Xəbərlər

  • 1 457

YAP-ın gənc fəalları ilə görüş keçirilib - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Quba rayonunda Partiyanın fəal gəncləri ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, gənclərin partiyanın işinin aparılmasında əsas hərəkətverici qüvvə olduğunu vurğulayan Bəxtiyar İslamov qeyd edib ki, bu istiqamətdə Partiyanın sıralarında olan gənclər arasında əlaqələr daha da təkmilləşdirilərək yüksək səviyyədə qurulmalıdır. Eyni zamanda gənclərimiz öz əhatə dairələrini daha da genişləndirərək Partiyamızın fəaliyyətinin partiya üzvü olmayan gənclərə də çatdırılmasına nail olmalıdırlar.

Ali təhsil müəssisələrində təhsil alan gənclərin YAP Gənclər Birliyinin fəaliyyətində yaxından iştirak etməsi üçün səmərəli işlərin görüldüyünü diqqətə çatdıran B.İslamov bununla bağlı yeni addımların atılacağını bildirib.

B.İslamov qeyd edib ki, bu gün ölkəmizə qarşı daim informasiya hücumları aparılır ki, bundan əsas təsirlənənlər məhz gənclərdir. YAP Gənclər Birliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz, Azərbaycan gənclərinin bu təsirlərə məruz qalmasının qarşısı almaqdır.

Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

Digər xəbərlər