Xəbərlər

  • 513

Masallıda məktəb binasının açılışı olub

image

Sentyabrın 22-də Masallı rayonunun Qızılağac kəndində yeni inşa edilmiş 528 şagird yerlik məktəb binasının açılış mərasimi keçirilib. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, açılış mərasiminin iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Yeni məktəb binasının açılış mərasimində təhsil nazirinin müavini Muxtar Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Anar İsgəndərov və Məşhur Məmmədov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov iştirak edib. Mərasimdə çıxış edən qonaqlar məktəb kollektivini və valideynləri tədris ilinin başlanması və yeni məktəb münasibətilə təbrik edib və uğurlar arzulayıblar. Tədbir iştirakçıları daha sonra yeni məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar. Bildirilib ki, üçmərtəbəli yeni məktəb binası 4 korpusdan ibarətdir. Yeni məktəb binası elektrik, su və istilik sistemi ilə təmin edilib. Otaqlar lazımi avadanlıq və məktəb ləvazimatları ilə təchiz olunub. Məktəbin həyətində qazanxana, nasosxana, 2 ədəd 150 kubmetrlik ehtiyat su anbarı inşa edilib, elektrik transformatoru quraşdırılıb.

Digər xəbərlər