Xəbərlər

  • 1 677

Vətəni, milləti satan xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar TƏHLİL

image

Bu yerdə Vətən satqını Əli Kərimli həyasızlığı...

27 sentyabr – işğalçı Ermənistanın dünyada məğlub dövlət kimi qaldığı gün, Azərbaycanın Qələbə ilə bitən Vətənin azadlığı müharibəsinin başlandığı gün kimi tariximizə ən şərəfli gün kimi düşdüyü gün. Bu günü bütün dünya dövlətləri, həmiçinin, xalqımız torpaqlarımızın azad olunmasının sevincini yaşadığı halda, radikal müxalifət deyilən satqınlar buna sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur, sosial şəbəkələrdən mitinq çağrışı edirlər.

Çünki bunlar satılan-satan erməni çaqqallarından fərqlənməyən dağıdıcı düşərgənin çaqqaları yada düşür. Bunu biz demirik, elə elmdə də belə adlanırlar, satqınlar. Baxın, görün Ömər Xəyyama görə satqınlıq nə deməkdir. Ömər Xəyyama görə, ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar, bu da həyasızlığın göstəricisidir''. Dante ''İlahi komediya'' əsərində satqınları cəhənnəmin ən sonuncu - 9-cu qatında yerləşdirib. Cəhənnəmin lap mərkəzində duran İuda - onların simvoludur. Xəyanətlərin ən böyüyü - dövlətə xəyanətdir. Və bu «dəmir yumruq» əməliyyatı ilə 30 il Vətən, torpaq, yurd həsrətilə yaşayan xalqımızın bu niskilinə qələbə sevincini yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik siyasəti ilə torpağı qanları ilə yoğuraraq Vətən edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimiz haqqımızı, bütövlüyümüzü, Qarabağ Azərbaycanımızı öz sahibinə, özümüzə qaytardığı bu gündə Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Qənimət Zahid, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Arif Məmmədov və bu kimi satqınlar sosial şəbəkələrdə çıxışları ilə riyakarlıqlarını nümayiş etdirirlər. Çünki bu, o radikal müxalifətçilərdir ki, xarici mərkəzlərin “əl müxalifətçiliyi” missiyasını həmişə yerinə yetirib və bu gün də davam etdirir. Bu, o riyakar və satqınlardır ki, sentyabrın 27-də erməni təxribatlarına qarşı əks-hücum əməliyyatları başlanan zaman 50 siyasi partiyanın qəbul etdiyi birgə bəyanatına, daha sonra ölkəmizə qarşı aparılan təcavüzkar siyasətin pislənməsinə yönələn və siyasi birliyimizi özündə ehtiva edən sənədlərə imza atmayaraq Vətən mübarihəsinin bitməsi ilə öz əsl kimliklərini bir daha ortaya qoydular.

Radikal düşərgə 44 günlük müharibə dövründə heç bir həmrəylik çağırışlarına qoşulmadı

Qeyd edildiyi kimi, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində Vətən müharibəsi getdiyi dövrdə ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın həmrəylik nümayiş etdirərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşdiyini özündə əks etdirən bəyanatına qoşulmayan radikal müxalifət tarixi qələbəmizdən sonra məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər etməyə başladı. Belə ki, sentyabrın 27-dən siyasi fəaliyyətində moratorium elan etdiyini deyən müxalifət artıq Fransa və digər ermənipərəst ölkələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başladı.

Kimlərdir? Məgər müxalifətin dağıdıcı düşərgəsində yırtıcılar üçdür? Bu infeksiyalı düşərgədə sayı-hesabı yoxdu yırtıcıların. Ancaq "Milli Şura"nın yırtıcı ünsürləri Gültəkin Hacıbəyli, Cəmil Həsənli və Əli Kərimlidir ki, özlərini "müqəddəs üçlük" yox, yırtıcı üçlük elan etməlidirlər. Ancaq bu satqınlar hələ də anlamırlar ki, biri beşinə dəyməz, beşi birinə. Fərqində deyillər ki, "Milli Şura" çoxdan tarixin arxivinə gömülüb, təki qrant alsınlar. Bu aksiomadır ki, erməni xüsusi xidmət orqanlarına xidmət edən hər kəs, şübhəsiz ki, Azərbaycanın düşmənidir. O zaman ermənilərin dostları ilə dostluq edən "Milli Şura"çılar kimdir? Nə araşdırmaq lazımdır, nə də fikirləşmək. Cavab bəllidir. Çünki Vətən daşına dönük çıxanlar bu satnınlar" kadrosunda" toplaşıb. Belə satqınlar nə qanır Vətən, millət nə qədər böyük bir milli dəyər, mənəviyyatdır. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Ancaq bu gün Orduxan Teymurxan, Emin Hüseynli, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Həbib Müntəzir, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Leyla Yunus və.. və quduzları susdurmaq heç də çətin deyil. Və özlərini "mühacir" kimi qələmə verərək, havadarlarının xüsusi sifarişini yerinə yetirən erməni qulbeçələridir. Amma bu bədbəxtlər hələ də bilmirlər ki, havadarları onlardan uzunqulaq kimi yaxşı istifadə edirlər. Şərəfsizlik simvolu olan bu quduzlar hürə-hürə qalacaqlar. Və bu gün sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi «siyasi mübarizə» adlandıraraq özlərini «əsl müxalifətçi» hesab edirlərsə, o zaman susmaq haraya qədər? Belə bir məqamda susmaq yox! Yetər bu qədər, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və bu kimi məxluqların «Azərbaycan əsgəri» adından danışmağa! Yetər bu qədər iftira dediniz! Cəmiyyət sizlərə aşırı nifrət edir, yaxın zamanlarda əlahəzrət qanun qarşısında cavab verəcəyiniz günü səbirsizliklə gözləyir! Və xalqımız əmin olsun ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar – özü də Azərbaycan xalqı və qanunları qarşısında!

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər