PDF Oxu

Xəbərlər

  • 1 979

Qubada şəhid Murad Həbibovun xatirəsi anılıb ANIM

image

YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri torpaqlarımızın azadlığı uğrunda canından keçərək, şəhadətə yüksəlmiş qəhrəman vətən oğullarından biri olan şəhidimiz Quba şəhər sakini Həbibov Murad Asəf oğlunun ildönümü ilə əlaqədar məzarını ziyarət edib, əziz xatirəsi ehtiramla yad ediblər.

2001-ci ilin may ayının 15-də Quba şəhərində anadan olmuş Murad Həbibov 44 günlük Vətən müharibəsində Tərtər istiqamətindəki döyüşlərdə xüsusi igidliklər göstərmişdir. O, şiddətli döyüşlərdə yaralansa da qısa müddətdən sonra yenidən ön cəbhəyə yoldaşlarının yanına qayıtmış və Ağdərə bölgəsinin erməni işğalçılarından azad edilməsi uğrundakı döyüşlərə qatılmışdır. Bu döyüş Muradın son döyüşü olmuşdur. Ölümü ilə ölümsüzlüyə qovuşan Murad Həbibov 5 oktyabr 2020-ci ildə doğulduğu Quba şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Xatirəsini əbədiləşdirmək üçün Qubanın küçələrindən biri şəhidin adına verilib.

Mərasimdə Y.Abidov qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda müharibədə zəfər qazanmış qalib bir ölkədir:"Bizim müharibəmiz torpaqlarımızı işğaldan azad etmək, ədalətin zəfər çalması müharibəsi idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq, Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümünü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq hissi ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar".

Daha sonra Azərbaycan Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Quba rayonunda da şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranları və digər həssas əhali qrupunun lazımi qayğı ilə əhatə olunduğu diqqətə çatdırılıb.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər