Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür. 2020 ci ilin oktyabrın 3-də Azərbaycan ordusu hər 2 kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qədim adı Suqovuşan olan, Sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.
Suqovuşan ilk dəfə 1991-1992 ci illərdə Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994 ci ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub. Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan Su elektrik stansiyası yerləşir. Suqovuşanın düşməndən azad edilməsi Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekolojı tarazılıq təmin olunub. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqladı. Daha sonra Ali Baş Komandan həmin dövürdə 1-ci Ordu korpusuna komandanlıq edən general-mayor Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibəti ilə təbrik etdi. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında” qanun lahiyəsi Milli Məclisə göndərildi. Lahiyə parlamentin 2020 ci ilin oktyabr 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edildi. Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanun imzaladı. Sənədə əsasən Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırıldı. Suqovuşan kəndi ərazisində üç tarix - memarlıq abidəsi qeydiyyata alınmışdır.
Müqəddəs Yelisey monastrı, XII əsrə aid Alban monastrı, Körpü Kilsə-1898–ci ildə inşa edilib.
Bölgə əsasən dərin yarğanlarla kəsilmiş yüksək seyrək meşəlik və çəmənliklərdən ibarətdir. Qəsəbə ərazisindən Tərtər çayı axır. Bölgədə əhəngdaşı ehtiyatları mövcuddur.Bəs görəsən,Tərtər rayonunun bu yaşayış məntəqəsinin hərbi əhəmiyyəti nədir? Hərbi ekspertlərə görə, Suqovuşan şimal istiqamətində irəliləmə və əraziyə nəzarət baxımından olduqca önəmli rola malikdir. Həmçinin bu yaşayış məntəqəsinə nəzarət həmin istiqamətdə gələcək irəliləmə üçün də daha geniş imkanlar yaradır. Eyni zamanda bu, qarşı tərəfin hərbi imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, Suqovuşan o istiqamətdə olan qüvvələrin idarə məntəqəsi idi.Bu gün xalqımız işğaldan azad olunmuş torpaqların dirçəlməsini səbirsizliklə gözləyir, həmin torpaqları ziyarət etməyi arzulayırlar. Tezliklə o torpaqlarda görüşmək diləyi ilə.....
Aygül Kərimova
262 nömrəli tam orta məktəbin müəllimi
sia.az