Xəbərlər

  • 1 394

Şəhid sərhədçilərin anım tədbirləri keçirilib - FOTOLAR

image

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilib. SİA xəbər verir ki, Şəhid mayor Əliyev Malik Təvəkkül oğlu, baş leytenant Əzizov Elçin Əvəz oğlu, kiçik gizir Ramazanlı Əlizamin Umud oğlu, kiçik gizir Mustafayev Əkbər Natiq oğlu, kiçik gizir Məmmədov Əli Zeynal oğlu, gizir Əliyev Vüsal Məhəmmədəli oğlu, kiçik gizir Quliyev Fərid Ayazxan oğlu və kiçik gizir Abasov Davud Yalçın oğlunun anım mərasimlərində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, ictimaiyyət nümayəndələri iştirak edib, şəhidlərin məzarlarını ziyarət edib, gül çələngi qoyublar.

Mərasimlərə qatılanlar ərazi bütövlüyümüzün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində şəhidlərimizin qəhrəmanlığı, döyüş meydanında düşməni diz çökdürən şücaəti və fədakarlıqlarından danışıblar.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın müqəddəs savaşında bizlərə qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman minnətdarlıqla anılacağı, onların tariximizə yazdığı qəhrəmanlıq salnaməsinin gələcək nəsillər üçün örnək olacağı qeyd edilib, qəhrəman oğullar böyütdüklərinə görə şəhidlərin valideynlərinə minnətdarlıq ifadə olunub.

Döyüş meydanında intiqamlarının alındığı, şəhidlərimizin qanlarının yerdə qalmadığı, Vətən qarşısındakı xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, onların adlarının əbədiləşdirildiyi, göstərdikləri şücaətlərə görə ölkə başçısının müvafiq fərman və sərəncamları ilə xüsusi orden, medal və fəxri adlarla təltif olunduqları qeyd edilib.

Şəhidlərin ailə üzvləri torpaqlarımızın azad olunması uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi, ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıq ifadə ediblər.

Digər xəbərlər