Xəbərlər

  • 697

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

image

Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir. SİA həmin məktubların bir qismini dərc edir:

Litva Tatarları İcmaları İttifaqının sədri Adas Yakubauskasdan:

- Hörmətli cənab Prezident.

İkinci Qarabağ müharibəsində qazanılmış Qələbənin ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. On beş il bundan əvvəl mən Bakıda olarkən Azərbaycanın işğal edilmiş Şuşa və digər rayonlarından olan köçkünlərlə görüşmüşdüm. Onlar Azərbaycan ərazilərinin işğalı ilə bağlı dəhşətli hadisələrə dair təəssüratlarını danışırdılar. Otuz il əvvəl öz yurdlarından zor gücü ilə qovulan bu insanlar artıq azad olunmuş ərazilərə qayıdacaq, viran qoyulan torpaqları bərpa edəcək və həyatlarına davam edəcəklər.

Azərbaycan dövlətinə və xalqına tərəqqi və rifah arzulayıram.

XXX

Latviyanın “Sabitlik” partiyasının İdarə Heyətinin sədri Aleksei Roslikovdan:

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Qarabağ uğrunda Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsinin ildönümü – 8 Noyabr – Zəfər Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Regionda sülhün və sabitliyin bərqərar olması çox sevindiricidir.

Sizi bir daha təbrik edirəm. Qarabağ Azərbaycandır!"

XXX

Banqladeş Zaker Partiyasının sədri Mostafa Amir Faisaldan:

- Zati-aliləri.

8 Noyabr – Zəfər Günü münasibətilə Sizə və Azərbaycan xalqına Banqladeş Zaker Partiyası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Əminəm ki, Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə Yeni Azərbaycan Partiyası və Azərbaycan daim inkişaf yolu ilə irəliləyəcək, ölkəniz gələcəkdə də tərəqqi və əmin-amanlıq şəraitində yaşayacaq.

Azərbaycan və Banqladeş xalqları arasında uzunmüddətli dostluq münasibətləri mövcuddur. Ümid edirəm ki, bu münasibətlər genişlənəcək və gələcək illərdə daha da zənginləşəcək, Asiya qitəsində yerləşən regionumuzun bütün ölkələrində Azərbaycan və Banqladeş dövlətlərinin birgə səyləri ilə hər zaman sülh və tərəqqi təşviq ediləcək.

Əminəm ki, Yeni Azərbaycan Partiyası və Banqladeş Zaker Partiyası ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişafına xidmət edən yaxşı əməkdaşlıq əlaqələri quracaqlar.

Sizə möhkəm cansağlığı, Yeni Azərbaycan Partiyasına uğurlar, ölkənizə və xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

Digər xəbərlər