Xəbərlər

  • 755

D vitamini çatışmazlığı "Covid-19" virusu ilə bağlı ölümlərə səbəb olur

image

Yeni növ koronavirus (Covid-19) hallarının və virusa bağlı ölümlərin D vitamini çatışmazlığı ilə əlaqəli ola biləcəyi aşkarlanıb.

SİA-nın məlumatına görə, bu barədə “Spring.org” saytında məlumat paylaşılıb. Bildirilib ki, elm adamları "Covid-19" ilə D vitamini arasındakı əlaqəni araşdırıblar. Tədqiqat çərçivəsində 20 Avropa ölkəsinin sağlamlıq hesabatlarına baxılıb. Araşdırmada İtaliya, İsveçrə və İspaniya kimi ölkələrin yaşlı əhalisində D vitamini çatışmazlığı müşahidə edilib. Mütəxəssislərə görə Cənubi Avropa ölkələrində fərdlərin D vitamini səviyyəsinin aşağı olmasının insanların günəş işığından özlərini qorumaları ilə bağlı ola bilər.

Digər tərəfdən, Skandinaviya ölkələrində "Covid-192 virusuna yoluxma hallarının az olmasının D vitamini və balıq yağı kimi əlavələrin istifadəsi ilə bağlı ola biləcəyinə, D vitamini ilə virusa bağlı ölümün qarşısının alına biləcəyinə diqqət çəkilib. Daha əvvəl aparılan araşdırmalarda D vitamini çatışmazlığının tənəffüs yolu xəstəlikləri ilə əlaqəli ola biləcəyi bildirilmişdi.