PDF Oxu

Xəbərlər

  • 12 127

Gözəlliyi ilə göz oxşayan 3 min 500 manatlıq GÜLLƏR - FOTOREPORTAJ

image

Güllər ilk dəfə olaraq 4 min il əvvəl Misir imperiyasında yetişdirilməyə başlayıb.

Bir vaxtlar Hollandiyada zanbaqlar mövcud deyildi. İlk dəfə hollandların zanbaqla tanışlığı 16-cı əsrə təsadüf edir. Qeyd etmək lazımdır ki, bu gülün dəyəri qiymətli daşlardan, gümüş və qızıldan da baha olub. Hətta Konfusinin dövründə zanbaq gülü çox sevilirdi, çünki bu çiçək həyat, sevgi və ölümsüzlük rəmzini daşıyır. Alimlərin araşdırmaları zamanı məlum olub ki, təbiətdə mövcud olan bir sıra güllər, ağaclar, çiçəklər qeyri-adi şəkildə insanların reaksiyalarını özündə əks etdirə bilirlər. Belə ki, xüsusi cihazlar vasitəsilə yaponiyalı alimlər güllərin yarpaqlarını qulaq formasında oval şəklinə salaraq insanlara "dinləyirəm" mesajını verdiklərini iddia edirlər. Güllər canlı təbiətdə insan həyatının istənilən anında onu müşayət edən incə gözəlliklərdir. Belə ki, insan dünyaya gələndə onu ziyarətə gələnlər arasında mütləq gül dəstəsi gətirənlər olur, hər il özəl günlərdə ilk ağla gələn hədiyyə gül olur, ad günlərində, toy mərasimlərində və nəhayət dünya ilə vidalaşanda da bizi gül dəstələri ilə yola salırlar. Bununla yanaşı qeyd etmək lazımdır ki, hər bir ölkədə gülə qarşı hörmət və mənəvi təsir başqa cürdü.

Bizdə SİA olaraq bu mövzu ilə bağlı paytaxt Bakıda yerləşən gül salonlarlarına baş çəkdik həm güllərə olan tələbatı, həm də onların qiymətləri ilə maraqlandıq.

İlk olaraq Azadlıq prospektində yerləşən “Ağçiçəyim” gül mağazasına yaxınlaşdıq. Gül salonunun dekorasiya üzrə mütəxəssisi Gülər Məmmədova öz fikirlərini bizimlə bu cür bölüşdü.

Gülər xanımın fikirlərinə görə, mağazadakı güllər Hollandiyadan, Türkiyədən və eyni zamanda Qəbələ, Şəmkir, Zirədən gətirilir: "Güllərin qiyməti onun növündən və gətirildiyi yerdən aslı olaraq dəyişir. Deyə bilərəm ki, təbii olaraq alıcılarımızın çoxu bəylərdi. Düzdü xanım alıcılarımız da az deyil. Alıcı səviyyəsi demək olar ki, əvvəlki vəziyyətinə qayıdır. Pandemiya dövründə isə vəziyyət daha çətin idi. Çünki onlayn şəkildə gül seçimi etmək daha çətin idi. Əminliklə deyə bilərəm ki, gülü sevməyən xanım yoxdu. Hər bir xanım gülü sevir. Əlavə olaraq da qeyd etmək istərdim ki, gül hər hansısa bir xanıma təqdim olunarkən o xanım sevinir, xoşbəxt olur. Hər bir gülün də özünəməxsus xüsusiyyəti var. Misal olaraq qırmızı qızılgül sevgi rəmzidi, sarı gül dostluq, ağ gül isə paklıq və saflıq rəmzidi. Güllərimizin qalıcılıq müddəti ona baxılmasından asılıdı. “Ağçiçəyim” mağazası 26 ildir ki, fəaliyyət göstərir. Bir sıra rayonlarımızda mağazalar şəbəkəmiz mövcuddur. Son 2-3 ildir ki, güllərə olan maraq yüksək səviyyədədi".

Daha sonra Babək prospektində yerləşən “7 GUL.AZ” adlı gül mağazasına yaxınlaşdıq. Mağazanın meneceri Fəxriyyə Nəzərova bizə bir sıra məlumatlar verib.

Onun sözlərinə görə bu mağazadakı güllər 3 ölkədən - Hollandiyadan, Ekvador və Keniyadan gətirilir: "Bizdə güllərin qiyməti 25-30-35 manat aralığında dəyişir. Təbii ki, qiymət gülün növündən aslıdı. Hal-hazırda onlayn (online) sifarişlərimiz daha çoxdu. Yəni sifarişlərimizin demək olar ki, 80% onlayndı. Alıcılarımızın çoxu xanımlardı. Yəni bizim müştərilərimizin çoxunu xanımlar təşkil edir. Güllər insanlara pozitiv bir enerji verir. Hətta deyə bilərəm ki, hər bir gülün özünəməxsusluğu, bir enerjisi var. Biz mağazamızdakı gülləri ona görə fərqli ölkələrdən gətiririk ki, hər bir şəxs öz zövqünə uyğun buradan gül tapa bilsin.

Güllərin uzun müddətli qalması üçün ona yaxşı qulluq olunmalıdı. Əsas istidən qorumaq lazımdı. Sərin yerdə və meyvələrdən kənarda saxlanılmalıdı. Çünki meyvələr də güllərə pis təsir edir. Bu kimi hallar baş vermədiyi təqdirdə güllərimizin 10 günə kimi qalıcılıq müddəti var. Mağazamızın digərlərindən fərqi odur ki, biz hər zaman buketlərin formasını və gülləri tez-tez yeniləyirik.

Mağazamızda indiyənə kimi ən bahalı buket 3500 manat qiymətində olub".


Daha sonra Rəşid Behbudov küçəsində yerləşən “BOUTON” gül mağazasına getdik. Mağazanın müdiri Babək Məmmədov öz mağazasındakı güllər barədə bizə bunları dedi.

Onun sözlərinə görə, Azərbaycanda güllərə olan maraq günü-gündən artır: "Alıcılarımızı faiz nisbəti ilə götürsək bəylər çoxluq təşkil edir. Çünki bizim ölkədə ən çox xanımlara gül verilir. Başqa ölkələrdə bu nisbi olaraq 50/50-dirsə, bizim ölkədə bu belə deyil. Azərbaycanda sayılı mağazalar var ki, xaricdən güllər gətirilir və saxlanılır. Belə mağazalardan biri də bizik. Güllərin saxlanılma qaydaları yay və qış aylarına görə fərqlənir. Gül hədiyyə etmək Azərbaycanda simvolik olaraq istifadə olunur. Lakin Ukranyada, Rusiyada, və s. bir çox ölkələrdə gül mədəniyyəti tamamilə başqa cürdü. Bütün bizneslərdə olduğu kimi pandemiya gül biznesinə də xeyli ziyan vurdu.

Sonuncu olaraq isə Parlament prospektində yerləşən “Bouquet” mağazasına yaxınlaşdıq. Bu mağazanın da dizayneri Umud Əliyev öz gülləri haqqında fikirlərini bizimlə bölüşdü.

Onun sözlərinə görə, ən dəyərli və gözəl güllər Hollandiyadan gəlir: "Buradakı güllər əsasən Avropa stilində yığılır. Ona görə də digər gül mağazalarından fərqlənirik. 5 ildi fəaliyyət göstəririk. Hər zaman alıcı səviyyəmiz yüksək olduğu kimi hal-hazırda da buna görə problem yaşamırıq. Çiçəklər və güllər xoşbəxlik rəmzidi. Əsasən ad günü, toy, nişan və s. günlərdə buketlərdən daha çox istifadə olunur.

Digər xəbərlər