PDF Oxu

Dünya

  • 1 535

Təhlükəsizlik zəmanətlərinin komponentləri açıqlandı

image

ABŞ dövlət katibi Marko Rubio Ukrayna üçün təhlükəsizlik təminatlarını hazırlayacaq işçi qrupuna rəhbərlik edəcək, mənbələr bildirirlər. Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri dörd əsas komponentdən ibarət olacaq. Bu barədə bir gün əvvəl “The Wall Street Journal” danışıqlarla tanış olan avropalı rəsmilərə istinadən məlumat yayıb.

İddia olunur ki, avqustun 18-də ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ABŞ dövlət katibi Marko Rubionun Ukrayna üçün təhlükəsizlik təminatları hazırlayacaq milli təhlükəsizlik müşavirləri və NATO nümayəndələrindən ibarət işçi qrupuna başçılıq edəcəyi barədə razılığa gəliblər.

Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri dörd əsas komponentdən ibarət olacaq:

hərbi mövcudluq;
hava hücumundan müdafiə sistemləri;
silahların çatdırılması;
hərbi əməliyyatların dayandırılmasının monitorinqi.

İddia olunur ki, Amerika qoşunlarını birbaşa Ukrayna ərazisinə daxil etmədən ABŞ-ın avropalı sülhməramlılara dolayı yolla hərbi dəstək verə biləcəyi variantlar var.

Xatırladaq ki, avqustun 16-da mətbuatda Alyaska sammiti zamanı Tramp və Putinin guya Ukrayna üçün təhlükəsizlik təminatları barədə razılığa gəldiyi barədə məlumat yayılmışdı. Onlar Şimali Atlantika Müqavilənin “5-ci maddəsinin üslubunda” olacaqlar, lakin NATO çərçivəsində deyil. Daha əvvəl bu məlumatı əslində Trampın özü də mediaya təsdiqləyib. Onun sözlərinə görə, ABŞ, Avropa və bəzi başqa ölkələr Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər, lakin NATO formatında deyil.

Və bu gün Ukrayna prezidenti Vladimir Zelenski təsdiqləyib ki, həqiqətən də Ukrayna üçün təhlükəsizlik zəmanətləri veriləcək və yaxın günlərdə onlar üzərində aktiv iş aparılacaq.

VƏLİ

Digər xəbərlər

ABŞ Rusiyalı nazir müavinini ölkəyə buraxmayıb...

Alimov BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək...

Bild: Almaniya kanslerinin partiyası onun yerinə keçmək barədə danışır...

Söhbət artıq qeyri-rəsmi pərdəarxası müzakirələrdən kənara çıxır...

NASA Ayda ilk bazanın inşası planlarını açıqladı...

Artıq hər şeyin harada və nə vaxt başlayacağı məlumdur...

Ukrayna cəbhə üçün gözlənilməz texnoloji həllər hazırlayır...

Rusiya hərbi müxbirləri qarşıdan gələn məğlubiyyəti gözləyərək donub qalıblar...

WSJ: Putin Avropada müharibəyə başlamağa hazırlaşır…

Ukraynadakı çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün…

“The Times”: Ukrayna müasir müharibə qaydalarını dəyişdirir...

Dronların geniş istifadəsi Ukrayna Silahlı Qüvvələrinin əsas silahına çevrilib...

Putin bütün moskvalılar üçün problemə çevrilir…

Hətta Rusiyada belə insanlar diktaturanın nə qədər baha başa gəldiyini anlamağa başlayırlar…