Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputatı Lusine Badalyanın Rusiyaya girişinə qadağa qoyulub.
SİA-nın əldə etdiyi məlumata görə, "News-Armenia" xəbər verir ki, deputat MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının Sankt-Peterburqda keçirilən iclasında iştirak etmək üçün Rusiyaya getməyi planlaşdırdırıb.
Məlumata görə, ona Rusiya ərazisinə giriş qadağasının qüvvədə olduğu bildirilib, qadağanın səbəbi açıqlanmayıb.
Badalyan baş verənləri qəribə və narahatedici adlandıraraq, bunun beynəlxalq təşkilatın mənzil-qərargahında rəsmi vəzifələrini yerinə yetirməsinə mane olduğunu bildirib.
"Rusiya Federasiyasına daxil olmağıma icazə vermədilər. Səbəb kimi ölkəyə girişimin qadağan edildiyini göstərdilər. Bunun konkret səbəbi məlum deyil", – deputat yazıb.
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...
Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...
ABŞ prezidentinin başqa variantı qalmaya bilər...
Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?