Xəbərlər

  • 2 836

“Teknofest” festivalı çox böyük əks-səda doğuracaq - DEPUTAT ŞƏRH ETDİ

image

"Son illərdə Türkiyə Cümhuriyyəti hərbi sənayesinin inkişaf etdirilməsi üçün çox böyük sərmayələr qoyub. “Teknofest” festivalı həqiqətən Türkiyədə gənc, savadlı, bilikli mütəxəssislərin tapılması və onların dövlət tərəfindən dəstəklənməsi nəticə etibarilə informasiya texnologiyaları və startap layihələrinin inkişaf etdirilməsinə çox böyük töhfə verib". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, xüsusilə də Bayraktar SİA və PUA-larının istehsalı, bundan əlavə “Baykar” şirkəti tərəfindən istehsal edilən digər innovativ həllər faktiki olaraq Türkiyənin hərbi sənaye sahəsində böyük gəlirlər əldə etməsinə gətirib çıxardır: "“Teknofest” ilk dəfə olaraq Türkiyədən kənarda məhz Azərbaycanda keçirilir. Bu da Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Türkiyə öz əldə etdiyi uğurlarını, nailiyyətlərini Azərbaycan ilə bölüşür, Azərbaycanda da məhz texnologiyaların inkişaf etdirilməsi yeni informasiya texnologiya həllərinin ortaya çıxması və savadlı, bilikli gənclərin axtarılması, onların məhz bu “Teknofest” festivalında qaliblərin mükafatlandırılması faktiki olaraq gənclərə və gələcəyə böyük bir yatırımdır. “Teknofest” festivalının Azərbaycanda keçirilməsi, Azərbaycanda hərbi sahədə yeni SİA və PUA-ların istehsalına başlanılması ehtimal olunur. “Teknofest” festivalının məhz Azərbaycanda keçirilməsi onu göstərir ki, artıq bu festival təkcə Türkiyədə yox, həmçinin xaricdə də inkişaf edir. Nəticə etibarilə Türkiyəyə yaxın olan, qardaş olan, strateji-müttəfiqlik əlaqəsində olan dövlətlər də Türkiyənin informasiya texnologiyaları sahəsində yeni nəsil hərbi sənaye məhsulların istehsalında öz bilik və bacarıqlarını bölüşəcək. Biz bu festivalın Azərbaycanda keçirilməsinə çox sevinirik. Bundan əlavə artıq bizdə komando tipli ordu quruculuğuna start verilib. Bu Türkiyənin ordu modelinə çox yaxın bir modeldir. Burada əsas məqsəd Azərbaycanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, Azərbaycanın gücünü daha da artırmaq və bir daha ərazimizin hansısa dövlət və ya terror təşkilatları tərəfindən işğal edilməsinin qarşısını almaq məqsədilə biz bu addımnları atırıq. Düşünürəm ki, “Teknofest” festivalı çox böyük əks-səda doğuracaq".

Arzu Qurbanzadə

Digər xəbərlər