PDF Oxu

Xəbərlər

  • 3 106

Hərbi qulluqçularımız "Xüsusi təyinatlı kursu"nu müvəffəqiyyətlə bitiriblər

image

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkənin Ankara şəhərində keçirilən “Xüsusi təyinatlı kursu"nda iştirak ediblər.

Kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib. Buraxılış mərasimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim edilib.

Digər xəbərlər