Xəbərlər

  • 2 158

Akkreditasiyadan hansı hallarda imtina olunacaq?

image

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyasından hansı hallarda imtina olunacağı açıqlanıb. SİA-nın xəbərinə görə, bu, Xarici İşlər Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.

Sənədə əsasən, xarici media nümayəndələrinin akkreditasiyasından aşağıdakı hallarda imtina olunur:

1. təqdim edilmiş sənədlər bu Qaydaların 2.1-ci bəndinə uyğun olmadıqda;

2. saxta və ya yanlış məlumat təqdim edildikdə;

3. xarici media nümayəndəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda;

4. xarici media nümayəndəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə.

Akkreditasiya olunmuş xarici media nümayəndələri akkreditasiya kartını XİN-dən şəxsən təhvil alırlar. Akkreditasiya kartı başqa şəxsə verilə bilməz.

Digər xəbərlər