Ağdamda Vətən müharibəsi şəhidinin ailə üzvləri üçün tikiləcək fərdi yaşayış evinin təməlqoyma mərasimi keçirilib. 21 sentyabr 2022-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Ağdam rayonunun Çəmənli kəndində Vətən müharibəsi şəhidi Qurbanov Emil Rafael oğlunun ailə üzvləri üçün tikiləcək fərdi yaşayış evinin təməlqoyma mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, rayon ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Emil Qurbanov 10 oktyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. O, ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Zümrüd Bayramova