Siyasət

  • 2 302

“Lukaşenko Ermənistanı iki ölkə arasında sülh prosesini ləngitməkdə ittiham edib” AÇIQLAMA

image

“Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən zirvə görüşündə Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması üçün ilk addımın Ermənistan tərəfindən atılmalı olduğunu bildirib. Belarus rəhbəri bu sözlərlə birbaşa Ermənistan tərəfini iki ölkə arasında sülh prosesini ləngitməkdə ittiham edib”. Bunu politoloq Elşən Manafov "Səs" qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, həm Rusiya, həm də belarus hakimiyyəti Azərbaycanın Ermənistanla müqayisədə Avrasiya İqtisadi Birliyi və KTMT üçün əhəmiyyətinin nə qədər böyük olduğunun fərqinə varıb: “Belarus və onun lideri Lukaşenko Azərbaycanın Ermənistanla müqayisədə AİB və KTMT üçün nə qədər böyük strateji əhəmiyyət daşıdığının, Azərbaycanın bu təşkilatlara qoşulacağı təqdirdə onların beynəlxalq nüfuzlarının, regional və qlobal çatda proseslərə təsir imkanlarının genişlənə biləcəyinin əhəmiyyətinə varır. Belarus və Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq çərçivəsindədir. Hələ 2007-ci ildə bu dövlətlər arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, 2015- ci ildə isə sosial iqtisadi əməkdaşlıq barədə sənədlər imzalanıb. Bundan əlavə, iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 2017-ci ildə 161 milyon dollar civarında olduğu halda, 2021-ci ildə 484 milyon dollara çatdırılıb”.E.Manafov onu da bildirib ki, hazırda Azərbaycanda Belarusiyanın 300-ə yaxın şirkəti fəaliyyət göstərir: “Beynəlxalq və subregional təşkilatlarda dövlətlər sıx əməkdaşlıq edirlər. Bu baxımdan, belarus Qarabağ münaqişəsinin ilk günlərindən bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olub və bir qayda olaraq, Ermənistanı münaqişə ilə bağlı BMT TŞ-nin qətnamələrini icra etməyə çağırıb. Bu mənada istisna deyil ki, Lukaşenko rəsmi Bakı qarşısında geosiyasi və iqtisadi divident qazanmaq, onu adı çəkilən təşkilatlara cəlb etmək üçün vasitəçilik edir. Çünki Azərbaycan özünün maliyyə imkanları, neft və qaz resursları, kənd təsərrüfatı məhsulları, loqistika, nəqliyyat dəhlizlərinə çıxış imkanları ilə cəlbedicidir. Həmçinin, qeyd edim ki, İrəvandakı son zirvə görüşünün Paşinyanın ümidlərini doğrultmaması, təşkilatdan istədiyi dəstəyi ala bilməməsi bu təşkilatlarda təmsil olunmuş dövlətlərin Azərbaycanla ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsi və inkişafı ilə bağlı məsələlərdən irəli gəlir”.

Müəllif: Gülyana

Digər xəbərlər