Siyasət

  • 1 590

Azərbaycanın dünyada nüfuzu daha da güclənir - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Yunanıstan Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə rolunu oynayır”

Azərbaycan bu gün iqtisadi inkişaf, ölkələrlə əməkdaşlığı möhkəmləndirmək və dərinləşdirmək sahəsində həyata keçirdiyi siyasət, sülhə, əmin-amanlığa, beynəlxalq hüquqa verdiyi dəstək baxımından dünyanın diqqət mərkəzində olan dövlətlərindən biridir. Həm də ölkəmiz etibarlı tərəfdaş kimi uzun illərdir dünya və Avropa bazarlarına xam neftin və qazını ixrac etməklə dövlətlərin və xalqların həyatının normal təmin olunmasına töhfələr verir və bu proses ildən-ilə sürətlənməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edərkən ölkələrimiz arasında enerji ilə bərabər, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.
CƏNUB QAZ DƏHLİZİ ÖLKƏLƏRİMİZİ BİRLƏŞDİRİR VƏ BÜTÖV BİR REGİONUN İNKİŞAFINA TÖHFƏ VERİR
Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılış mərasimində iştirakını məmnunluqla xatırlayıb və bu layihənin Avropanın enerji təhlükəsizliyinə töhfə verməsinin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin ölkələrimizi birləşdirdiyini və bütöv bir regionun inkişafına töhfə verdiyini, ümumi maraq kəsb edən layihə olduğunu bildirib.
LAÇIN-XANKƏNDİ YOLUN GUYA BAĞLI OLMASI BARƏDƏ ERMƏNİSTAN TƏRƏFİNİN İDDİALARI TAMAMİLƏ ƏSASSIZDIR
Görüşdə, həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığı məsələlərinə də toxunuldu, Yunanıstanın Azərbaycanın hər iki təsisatla əlaqələrinin genişləndirilməsini dəstəklədiyi qeyd olundu. Söhbət zamanı regional məsələlərə toxunularaq, Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr haqqında məlumat verildi, yolun guya bağlı olması barədə Ermənistan tərəfinin iddialarının tamamilə əsassız olduğu bildirildi. Dövlətimizin başçısı görüş zamanı, həmçinin onu da qeyd edib ki, dekabrın 12-dən indiyədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki şəxslərin və mülki yüklərin, 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yolla hər iki istiqamətdə hərəkəti təmin olunub. Dövlətimizin başçısı, eyni zamanda onu da bildirib ki, ölkələrimiz arasında enerji ilə bərabər, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu da söyləyib.
AZƏRBAYCAN YUNANISTANLA BÜTÜN SAHƏLƏRDƏ ƏMƏKDAŞLIĞI GÜCLƏNDİRMƏK NİYYƏTİNDƏDİR
Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafına mühüm önəm verdiyi ölkələrdən biri də Yunanıstandır. Rəsmi Afinanın da Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında əlaqələr inkişaf etməyə başlayıb. Yunanıstanın Azərbaycandakı səfirliyi 1993-cü il mayın 27-də, Azərbaycanın Yunanıstandakı səfirliyi isə 2004-cü il aprelin 16-da fəaliyyətə başlayıb. Və ötən müddətdə iki ölkə arasında iqtisadi, sənaye, texnologiya, enerji, elm, təhsil, mədəniyyət, nəqliyyat, investisiyaların qorunması, gömrük sahələrində sazişlər imzalanıb. Dövlət başçımız Yunanıstına səfəri zamanı iki ölkə arasında əməkdaşlığı belə xarakterizə edib: "Əlaqələrimizin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır. Burada Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır. TAP layihəsi nəinki enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki ölkə arasındakı dostluq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın təşəbbüsü ilə icra edilən "Şahdəniz", TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir. Bu layihələrin icrası nəticəsində bundan sonra onilliklər ərzində Azərbaycan Avropa bazarına öz təbii qazını ixrac edəcəkdir. Bu gün, eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu məsələləri də müzakirə edildi, mədəniyyət sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Bir sözlə, bizim əlaqələrimiz çox geniş xarakter daşıyır və əminəm ki, gələcəkdə daha da sürətlə inkişaf edəcəkdir".
PREZİDENT İLHAM ƏLİYEVİN MÜASİR ENEJİ STRATEGİYASI ÖLKƏMİZİ REGİONUN ENERJİ MƏRKƏZİNƏ ÇEVİRMƏKLƏ BƏRABƏR ONU AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİ SİSTEMİNDƏ APARICI ROL OYNAMASINA DA TƏKAN VERDİ
Dövlətimizin başçısı Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən də bir daha bildirib ki, ölkələrimiz arasında enerji ilə bərabər, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var. Bu gün iqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyin gücləndirilməsinə xidmət edərək, ölkənin bir nömrəli probleminin həllini də yaxınlaşdırdı. Prezident İlham Əliyevin müasir eneji strategiyası ölkəmizi regionun enerji mərkəzinə çevirməklə bərabər onu Avropanın enerji təhlükəsizliyi sistemində aparıcı rol oynamsına da təkan verdi və Avropanın enerji təhlükəsizliyində mühüm faktor olan Cənub Qaz dəhlizi çoxtərəfli tərəfdaşlığı genişləndirərək beynəlxalq əməkdaşlıq prosesini sürətləndirdi. Çünki Cənub qaz dəhlizi məhz Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən və Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən mühüm və böyük enerji infrastrukturudur.Azərbaycan Cənub qaz Dəhlizi və bu dəhlizin əsas seqmentləri vasitəsilə öz qazını Avropa bazarlarına çıxarır. Tranzit və idxalçı ölkələrdən biri də qardaş Türkiyədir. Türkiyənin qaz bazarına 2007-ci ildən 2021-ci ilə qədər 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb. Beləliklə, Azərbaycan-Türkiyə münasibətləri enerji sahəsində də müttəfiqlik səviyyəsinə yüksəldi. Təhlükəsizliyi, inkişafı və tərəqqini təmin edən Azərbaycan-Türkiyə birliyi regionda yeni siyasi georeallıqların inkişaf proseslərinin aparıcı faktoru kimi də reytinq qazanmaqdadır. Cənub Qaz Dəhlizi ilə Azərbaycan və Türkiyə energetika sahəsində yeni əməkdaşlığın persperktivlərini müəyyənləşdirdi. Bu layihədən sonra nəinki ənənəvi neft kimya sektorunda eləcə də elektrik enerjisi yaşıl enerji konsepsiyası çərçivəsində alternativ və bərpa olunan enerji mənbələrinin birgə işlənməsi və ixracı sahəsində layihələr həyata keçirildi. Bir sözlə, bütün bunlar 2021- ci il 15 iyun tarixində Azərbaycan və Türkiyə dövlət başçılarının imzaladığı Şuşa Bəyannaməsində əksini tapan müddəalarda yer alıb. Şuşa Bəyannəməsində qaz və elektrik enerjisi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi haqqında da müvafiq müddəalar var ki, bu da Azərbaycanın həm iqtisadi, həm də siyasi maraqlarını tamamilə təmin edir. Və bu gün Cənub Qaz Dəhlizlə artıq qaz Türkiyə və Avropaya nəql olunur.Dövlət başçımızın Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən dediyi kimi, Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirən və bütöv bir regionun inkişafına töhfə verən layihədir. Bu uğurlar isə, məhz prinsipial və alternativsiz mövqeyi ilə tanınan Azərbacan Prezidenti İlham Əliyevin möhtəşəm, qətiyyətli siyasətinin uğurlu nəticəsidir.
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər