PDF Oxu

Siyasət

  • 1 332

YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib

image

Oktyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Respublika Qan Bankının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. SİA xəbər verir ki, Respublika Qan Bankının Mobil şəraitdə qan tədarükü şöbəsinin müdiri Günel Mehdiyeva bildirib ki, aksiyanın məqsədi talassemiya, irsi qan və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək verməkdir: “Respublika Qan Bankının əməkdaşları tərəfindən lazımi müayinələr aparılır, yararlı donorlardan qan götürülür. Toplanan qan Respublika Qan Bankının laboratoriya şöbəsində müayinədən keçirildikdən sonra xəstələr üçün istifadə olunacaq”.“Qanvermə həm məsuliyyətli, həm də xeyirxah missiyadır. Qana həmişə ehtiyac var, çünki onu heç bir dərman vasitəsi əvəz edə bilməz. İnsanlar ildə bir neçə dəfə qan verə bilərlər. Ümid edirik ki, belə aksiyalar bundan sonra da davam edəcək”, - deyə Respublika Qan Bankının şöbə müdiri əlavə edib.Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası qanvermə aksiyalarına hər zaman dəstək olur: “Budəfəki təşəbbüsünə görə də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatına və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk”.Qeyd edək ki, aksiyada partiyanın Mərkəzi Aparatının əməkdaşları da daxil olmaqla 400-ə yaxın YAP üzvü iştirak edib.

Digər xəbərlər