Aprelin 4-də Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 31 illiyi tamam oldu. Bu gün analoji tarix Rusiya və Ermənistan tərəfindən də qeyd olunur. Hər iki dövlət Rusiyanın müttəfiqi və strateji tərəfdaşıdır. Bu günlərdə prezident Putin tərəfindən təsdiq edilmiş Rusiyanın yeni Xarici Siyasət Konsepsiyasında qeyd olunduğu kimi, Rusiya Federasiyası yaxın xaricdəki dost dövlətlərlə əlaqələrin inkişafına bundan sonra da xüsusi diqqət yetirmək niyyətindədir. Bununla belə, Azərbaycan və Ermənistanın öz müttəfiqinə Moskvaya yanaşma tərzi kökündən fərqlidir- politoloq Aleksandr Razuvayev belə hesab edir. Rusiya ilə Qərb arasında qlobal qarşıdurma fonunda kimin əsl konstruktiv tərəfdaş adlandırıla biləcəyi, kiminlə irəli gedilə biləcəyi və kiminlə bağlı problemlərin ortaya çıxması daha aydın görünür. Politoloq “Moskva-Baku” portalına şərhində bu məqamları analiz edib. Ekspertin şərhini oxucularımıza təqdim edirik.
- Rusiya ilə Qərb arasında qlobal münaqişə fonunda dövlətlər müəyyən dərəcədə hansı tərəfdə olduqlarını seçməli olurlar. Xatırlayırıq ki, ötən ilin əvvəlində Ukrayna ətrafında yaranmış vəziyyət Azərbaycan liderinin fikrini dəyişməsinə deyil, gələcəyə strateji baxışın bütün məntiqi ilə baxmasına və Vladimir Putinlə Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannaməni imzalamasına səbəb oldu. Bu addım iki dövlətin liderlərinin ikitərəfli əməkdaşlığın perspektivlərini necə görmələri, köklü şəkildə dəyişən dünyada bu münasibətləri necə görmələri baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Daha sonra Azərbaycan Prezidenti jurnalistlərin müvafiq sualına “fikrinizi dəyişmək istəməyəcəksiniz ki?” sualına mənfi cavab verdi və bəyan etdi ki, Bəyannamə çoxdan hazırlanıb və bu, gələcək üçün strateji qərardır. Axı, nəticədə indiki vəziyyət nə vaxtsa bitəcək.
Rusiya və Azərbaycan prezidentlərinin çox yaxşı münasibətləri var ki, bu da dövlətlər arasında qarşılıqlı əlaqə vektorunu müəyyən edir. Onlar öz xalqlarının, ölkələrinin əsl liderləridir, çox güclü və hörmətlidirlər. Yeri gəlmişkən, təcrübənin göstərdiyi kimi, iki lider güclüdürsə, onların dostluq münasibətləri inkişaf etdirmə ehtimalı daha yüksəkdir. Bunun təsdiqi Vladimir Putinlə İlham Əliyev arasındakı münasibətdir. Rusiya-Azərbaycan münasibətləri ümumilikdə müsbətdir, həlli mümkün olmayan elə bir mürəkkəb məsələ yoxdur.

Baxın, Türkiyə ilə də belədir. Burada biz həm də qarşılıqlı əlaqəni, ən çətin sahələrdə kompromis və qarşılıqlı fayda tapmaq bacarığını görürük. Axı Rusiya və Türkiyə son illərdə çox çətin anlar yaşadı, amma biz hər şeyi yoluna qoyduq. İndi isə hazırkı beynəlxalq vəziyyət fonunda Ankara ilə xüsusi münasibətlərimizin olduğunu deyə bilərik. Rusiya Şərqə dönüş edir. Niyə? Axı türk komponenti Rusiyada tarixən güclüdür. Mən çoxdan deyirəm ki, Rusiya Federasiyası Türk Dövlətləri Təşkilatına daxil olmalıdır.
Ermənistan Rusiyanın Aİİ və KTMT-də çoxdankı müttəfiqidir, lakin bunun praktikaya ciddi təsir etdiyi bir anı xatırlamıram. Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, ötən ilin aprelində (burada Putin və Əliyev arasında Bəyannamənin imzalanması ilə bənzətmə aparmaq olar) Rusiya prezidenti və Ermənistanın baş naziri Nikol Paşinyanın nə az, nə çox, 30 bənddən ibarət olan Moskva ilə İrəvan arasında münasibətləri möhkəmləndirmək və Moskva üçün mövcud olan qırmızı xətləri hansısa formada düzəltmək məqsədi daşıyan birgə bəyanat imzaladı. Xüsusən də, Ermənistan ərazisindəki bədnam Amerika bioloji laboratoriyalarının fəaliyyətinə aid olan xətlər və prinsipcə Qərb tərəfdaşları ilə münasibətlər.
Amma biz görürük ki, heç bir bəyanat İrəvanı ayağa qaldırmadı. O, getdikcə Aİ ilə yaxınlaşmağa doğru irəliləyir. O, Moskvanın tənqidlərinə baxmayaraq, öz ərazisində Aİ missiyasına ev sahibliyi edir. Qəfildən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya liderinin müəyyən həbsinə order verəndə, qəfildən Ermənistan Konstitusiya Məhkəməsi BCM-nin Roma Statutunda təsbit olunmuş öhdəlikləri tanıyır. Rusiya sülhməramlılarının, KTMT-nin daimi tənqidi ilə məşğuldur. Müttəfiq üçün bunlar qəribə yanaşmadır.
Ermənistan 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatı 2 ildən artıqdır ki, yerinə yetirmir. Hansı ki, bu da Rusiyanın maraqlarına uyğun deyil. Axı xüsusən indiki şəraitdə bizim üçün vacibdir ki, Cənubi Qafqaz sülh və sabitlik regionu olmalıdır ki, orada bu regional təhlükəsizliyi pozacaq heç bir “yad”, qeyri-regional ünsürlər olmasın.
Ermənistanın etdiyi hər şey daha çox geriyə getmək cəhdinə bənzəyir, bu isə sərfəli deyil. Lakin Rusiya üçün regionda nəqliyyat və logistika layihələrinin işə salınması vacibdir. Ermənistan üçtərəfli bəyanatı yerinə yetirmək üçün getdikcə daha çox sövdələşməyə çalışır. İrəvan hesab edir ki, hələ nəyisə dəyişmək mümkündür. Amma bu cəhdlər yenə də regionda qüvvələr balansını dəyişməyəcək.
Hətta Primakov Ermənistan tərəfini Azərbaycanla münasibətləri normallaşdırmağa çağırıb, çünki vaxt İrəvanın əleyhinə işləyir və bu, gələcəkdə daha da pisləşəcək. Amma Ermənistan heç nəyi normallaşdırmaq istəmir. Əksinə, “yeni ərazilər uğrunda yeni müharibə”, “Qarabağ Ermənistandır, nöqtə” çağırışları səslənirdi. Nəticədə “paylarını” aldılar.
Məsuliyyətli ölkə öz sərhədlərində həmişə sülh və əmin-amanlıq istəyir. Rusiya Qafqazda sülhün olmasında maraqlıdır. Əslində, İrəvanın istəkləri istisna olmaqla, regionda yeni münaqişənin yaranması üçün heç bir ilkin şərt yoxdur. Düşünürəm ki, Moskva ilə Bakı arasında bağlanmış müqavilələr çərçivəsində Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının 5 illik mandatı başa çatanadək və sülhməramlılar gedənədək Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi öz həllini tapacaq.
Rusiya ilə Azərbaycan və Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının növbəti ildönümləri ilə bağlı hansı nəticələr çıxarmaq olar. Əlbəttə, Moskva Cənubi Qafqazın bütün dövlətləri ilə, bütövlükdə MDB ilə dostluğa, qarşılıqlı anlaşmaya və tərəflərin hər birinin milli maraqlarını dərk etməyə əsaslanan konstruktiv münasibətlər qurmaq istərdi. Buna baxmayaraq, Ermənistan yenidən özünü kompleks, qeyri-şəffaf, gözlənilməz tərəfdaş kimi göstərir.
Azərbaycan suveren dövlət kimi öz sözlərinə, verdiyi qərarlara görə cavabdehdir. Heç kim Bakıya şərt diktə edə bilməz. Çoxları, xüsusən də Qərb, müstəqil dövlətləri sevmir.
Prinsipcə, Ermənistanın bu gün bir ölkə kimi nə qədər uzağa getdiyini söyləmək çətindir... O, sözün əsl mənasında, hamıdan- Moskvadan, Qərbdən, erməni diasporasından asılıdır. İndi biz ABŞ-ın Ermənistanı bir daha qondarma Demokratiya Sammitinə necə dəvət etdiyinin şahidi olduq. Göründüyü kimi, Ermənistan Qərb dünyasının bir hissəsinə çevrilməyə can atır. İrəvan səmimi şəkildə inanır ki, NATO, ABŞ, Avropa Qarabağın Ermənistanın tərkibində qalması üçün onlara kömək edəcək. Əslində bunların hamısı illüziyadır. Heç kim onlar üçün döyüşməyəcək.
Ermənistan kasıb ölkədir. Onun büdcə ilə problemləri var, büdcə isə ordu deməkdir. İqtisadiyyatı zəif olan dövlət xüsusi heç nə edə bilməz, çünki zəifdir. O, inkişafa doğru getmək istəmir. Tarixən qonşularına daimi iddiaları ilə seçilib. Normal, məsuliyyətli ölkələrdə hakimiyyət ən azı əhalinin firavan həyat problemini necə həll edəcəyini düşünür. Biz Ermənistanda belə bir şey görmürük, ambisiyaları, iddiaları görürük. Və dünya dəyişir. Ermənistan bu dünyada müəyyən yer tuta bilər.
Ermənistanın indiki hakimiyyətinin problemi ondan ibarətdir ki, Nikol Paşinyan ancaq hakimiyyətdə necə qalmaq və bunun üçün kiməsə xoş gəlmək haqqında düşünür, eyni zamanda ölkə qarşısında məsuliyyət hiss etmir.
Paşinyanın dövründə bu, ilkin olaraq - qərbyönlü mövqelərini göstərmək istəyi, Rusiyaya qarşı iynələr idi. Həmin proses KTMT-nin hazırkı baş katibinin saxlanması ilə başlayıb və bir sıra başqa təxribat xarakterli hərəkətlərlə davam edir. İrəvan Qərbə getmək istəyir, amma Rusiyadan qopmağa imkanı yoxdur. Bundan əlavə, İrəvan hesab edir ki, Moskva İkinci Qarabağ müharibəsində onlara kömək etməyib, müharibədən sonra problemlərini həll etməyə başlamayıb. Eyni zamanda, Ermənistan hakimiyyəti Rusiyanın dəstəyindən məhrum olmaqdan çox qorxur. Ermənistan öz qorxusu ilə yaşayır. Amma bəlkə də, rasional düşünməyin, qonşularla münasibətlərdə konstruktiv yanaşmaya keçməyin vaxtı çatıb. Amma belə etmirlər, əksinə brlə deyirlər- biz istəyirik ki, hamı bizim problemlərimizi həll etsin- Rusiya həll etsin, Qərb həll etsin. Əgər qərar verməsələr, deməli, özləri pisdirlər.
Belə siyasət nə Moskvada, nə də Brüsseldə nə inam, nə də hörmət yaradır. Aydındır ki, həm Rusiyada, həm də Qərbdə erməni lobbisi var. Amma bütün erməni problemlərini həll edəcək qədər güclü deyil.
Təbii ki, Moskva İrəvanın hərəkətindən qıcıqlanır. Rusiyanın rəsmi müttəfiqi statusunda olması Ermənistanın addımlarını daha da ağırlaşdırır. Müttəfiqlər özlərini belə aparmırlar. İrəvan istədiyini edən kaprizli uşaq kimidir. Belə bir ittifaqdan nə qazanc əldə etdiyimiz obyektiv olaraq anlaşılmazdır.
Ermənistana qəti şəkildə başa salmaq lazımdır ki, müttəfiqlər özlərini belə aparmırlar. Və buna paralel olaraq, ən yaxşı cavab hazırda strateji əhəmiyyət kəsb edən layihələri, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizini inkişaf etdirdiyimiz Azərbaycanla münasibətlərin ardıcıl dərinləşməsidir. Ermənistan da bu layihədə iştirak edir, lakin hazırda passivdir.
Ermənistan həm Rusiya, həm də bütövlükdə Qafqaz üçün əhəmiyyətini həddən artıq çox qiymətləndirir. Ermənistan olmasa, Aİİ və KTMT çox itki verməyəcək. Buna görə də, onunla daha sərt olmaq lazımdır: əgər belə davranırsansa, bəlkə bu strukturlarda sənə ehtiyac yoxdur?
İrəvanın Rusiyaya davamlı hücumlarına həssas cavab verilməlidir. Müxtəlif iqtisadi tədbirlər mümkündür. Həmişə bir yol tapmaq mümkündür.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb