Bu fikir Astara Pedaqoji Kollecində YAP Astara rayon təşkilatı və kollecin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri, dünya səviyyəli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən “Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətçiliyinin Memarıdır” adlı konfransda səslənib.
Ulu Öndərin, eləcə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra kollecin direktoru, professor Kamran Kazımov konfransı açaraq bildirib ki, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində misilsiz xidmətləri olmuşdur. Onun zəngin siyasi irsi bu gün də layiqli varisi Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafında mühüm rol oynayır.
Natiq ümummilli liderin 103-cü ildönümü münasibətilə kollecdə keçirilən bir neçə tədbirin yekunlarına toxunaraq deyib:- Bu gün biz Heydər Əliyevin zəngin irsini öyrənmək və gələcək nəsillərə çatdırmaq məsuliyyətini daşıyırıq. Azərbaycanın xilaskarı kimi fəaliyyət göstərən dahi şəxsiyyətin yaratdığı dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyası ölkəmizin hərtərəfli inkişafında öndə gedən güclü, inanılmış siyasi güvədir . Kollecimizdə demək olar ki, kollektivin yüz faizi onun sıralarına qəbul olunub. İstehsalat təcrübəsində olan tələbələrin karyera planlaşdırılması fənnindən ulu öndərin anadan olmasının 103-cü ildönümünə ilə bağlı silsilə tədbirlər çərçivəsində Yeni Azərbaycan Partiyası sıralarına qəbul imitasiyası təşkil olunub. Gənclərə partiyanın əsas prinsipləri, məqsədləri və fəaliyyət istiqamətləri ilə tanışlıq, üzvlük üçün müraciət qaydaları barədə məlumat verilib. İmitasiya zamanı tələbələr simvolik şəkildə ərizələr təqdim edib, partiya üzvlüyünün məsuliyyəti və əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Buda onu göstərir ki, insanlar Yeni Azərbaycan Partiyasına daha çox inanır, parlaq gələcəyi onun ideyalarında görürlər.
“Müasir müstəqil Azərbaycanı daha güclü görmək Heydər Əliyevin ən böyük arzusu idi” mövzusunda məruzəsində Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov qeyd edib ki, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər məhz bu möhkəm təməl üzərində qurulub. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması, inkişafı və möhkəmlənməsi üçün misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətdir. Onun siyasi uzaqgörənliyi və qətiyyəti nəticəsində ölkəmiz bu gün sabit və güclü dövlət kimi tanınır.
Sonda onu da vurğulayıb ki, bu cür tədbirlər gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsinə, dövlətçilik dəyərlərinə ürəkdən bağlılığa və Heydər Əliyev ideyalarının təbliğinə mühüm töhfə verir.
Astara Veteranlar Şurasının sədri, kollecimin ictimai şura sədri Rafiq Əliyev, “Sosial və aqrar-turizm” şöbəsinin müdiri Aygün Səfərova, “Maliyyə işi” ixtisasının III kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Fərhad Abdullayev çıxış edərək gənclərin bu irsi dərindən öyrənməsinin və gələcək nəsillərə ötürməsinin vacibliyini deyiblər.
Əsas məqsədi gənclərdə dövlətçilik ənənələrinə sadiqlik hissinin gücləndirilməsi, onların ictimai-siyasi fəallığının artırılması və ulu öndərin ideyalarının təbliği olan tədbirin davamında Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın müasir tarixi və dövlətçilik ənənələri ilə bağlı viktorina keçirilib, tələbələr öz bilik və dünyagörüşlərini fəal sürətdə nümayiş etdirərək bir daha Ulu Öndərə olan sonsuz məhəbbətini göstəriblər.
Tədbirdə ağac əkmə aksiyası da böyük maraqla qarşılanıb, İştirakçılar ətraf mühitin qorunmasına töhfə verərək yaşıllığın artırılması naminə fəallıq nümayiş etdirib, yubiley münasibətilə tələbələrin arasında keçirən futbol yarışının qalibləri isə diplom və kubokla təltif ediliblər .
Heydər Əliyevin ad gününə həsr olunmuş tortun şamları şəhid əmanəti- baş leytenant Vüsal Kazımovun qızı Aynurun tərəfindən üfürülüb, bu an tədbir iştirakçıların qəlbində böyük hörmət və ehtiram hisslərini doğurub. Həmçinin yataqxanada yaşayan tələbələr və texniki-xidmətedici işçilər üçün səmimi mühitdə açılan yemək süfrəsi diqqət və qayğının bariz nümunəsi olaraq tədbir xoş bir ovqat qatıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü