PDF Oxu

Siyasət

  • 6 178

Rusiyalı politoloqlar: “Sülh olmursa, problemi sərt şəkildə həll etmək lazımdır” - RƏYLƏR

image

Azərbaycan Laçın yolunda post qurmaqda Qarabağdakı ermənilərə silah daşınmasını və təbii sərvətlərin ölkədən oğurlanmasını əngəllədi”

Laçın yolunun əvvəlində Azərbaycan sərhəd-keçid məntəqəsinin yerləşdirilməsi Ermənistan tərəfinin sülh yolu ilə nizamlanmanı pozmağa yönəlmiş təxribatlara cavabıdır. İrəvan, təbii ki, belə düşünmür- qışqırır və hiddətlənir, Bakıya təzyiq etmək üçün öz ağalarından istifadə edir. Fransa Xarici İşlər Nazirliyi artıq Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını çox xoşagəlməz şəkildə şərh edib. Amma bütün bunlar gözlənilən idi.

Bu qəbildən olan bəyanatları gözləyərək, eyni zamanda “özbaşınalığına” görə Azərbaycana qarşı indiki və gələcək bütün hücumlara cavab verən Xarici İşlər Nazirliyi ölkəmizin rəsmi mövqeyini açıq şəkildə ortaya qoyub: “Azərbaycanın atdığı addımı qanunidir və onun suveren ərazisindəki sərhəd beynəlxalq hüququn bütün prinsip və normalarına uyğundur. Məlumdur ki, erməni tərəfi Praqa və Soçidə görüşlər nəticəsində tez-tez istinad etdiyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan edib. Buna əsaslanaraq, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxışa nəzarəti təmin etmək hüququnu qəbul etməli və ona hörmət etməlidir. Rusiyalı politoloqlar belə düşünür.

“Vestnik Kavkaza” agentliyinin baş direktorunun müavini, rusiyalı politoloq Andrey Petrov “Caliber” analitik mərkəzinə müsahibəsində deyib ki, bu Cənubi Qafqaz üçün həqiqətən tarixi hadisədir- çünki Azərbaycan nəzarətsizliyə, qadağan olunmuş malların idxalı və qeyri-qanuni şəxslərin Qarabağ iqtisadi ərazisinə daxil olmasına son qoyub.

“Əvvəlki iki il yarımda biz şahidi olduq ki, Rusiya sülhməramlıları Moskva ilə Bakı arasında hardasa razılaşdırılmış o qeyri-rəsmi mandat çərçivəsində sərhəddə yükləri süzgəcdən keçirməyib, sadəcə onları Xankəndiyə müşayiət ediblər. Və məlum oldu ki, Ermənistan iki il yarım ərzində, belə demək mümkünsə, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Sazişdən sui-istifadə etməklə məşğul olub və Azərbaycanın Ermənistanla Xankəndi arasında maneəsiz əlaqəni təmin etməyi öhdəsinə götürüb. Və məlum oldu ki, Ermənistan təkcə humanitar xarakterli yüklərin maneəsiz daşınmasını və üçtərəfli Bəyanatda müstəsna olaraq müzakirə olunan təkcə Qarabağ sakinlərinin deyil, həm də silah-sursat, mina və yaraqlılar üçün idxal olunan və həmin müqavilə çərçivəsində mülki şəxslərin qiyafəsində “idxal olunan” hərbçilərin daşınmasını tələb edib”,- politoloq vurğulayıb.

Ekspertin sözlərinə görə, Ermənistan daha bunu edə bilməyəcək, çünki Azərbaycan özü Ermənistandan ərazisinə daxil olan hər bir avtomobili filtrdən keçirib yoxlayacaq.

“Bundan əvvəl biz Azərbaycan vətəndaş cəmiyyətinin Qarabağa silah və yaraqlıların idxalına son qoymaq üçün diqqətəlayiq cəhdini gördük”, - rusiyalı politoloq xatırladıb. - Bu, öz təşkilatçılığı və məsuliyyəti ilə Ermənistan-Azərbaycan nizamlanmasında bir daşla bir neçə quş vuran ekoloji fəalların etiraz aksiyasıdır: birincisi, Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz hasilatı dayandırılıb, çünki filiz artıq avtomobillərlə Ermənistana daşınmır, ikincisi, Laçın yolu ilə silah və yaraqlıların daşınması qeyri-mümkün oldu, çünki bu fakt da eko-aktivlər tərəfindən dərhal qeydə alınacaqdı. Ancaq bu il gördüyümüz kimi, İrəvan təslim olmadı və ekoloji fəalların aksiyası ətrafında torpaq yollarla silah, mina və yaraqlıların necə daşınacağının yolunu axtardı. Bundan sonra bəlli oldu ki, daha sərt davranmaq, yeri gəlmişkən, Azərbaycanın çoxdan danışdığı Laçın yolunda post qoymaq lazımdır.

Ermənistanın indi Azərbaycanın bu nəzarət buraxılış məntəqəsi ilə Üçtərəfli Bəyanatın müddəalarını pozduğundan şikayət etməyə başlaması, əlbəttə ki, əsassız bəyanatdır. Və bunun bir sıra səbəbləri var. Biz ən azı ondan başlamalıyıq ki, 2020-ci ilin dekabr ayından bəri Ermənistan tərəfi Üçtərəfli Bəyanat üzrə üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib. Bu isə Ermənistanın xarici siyasətinin ənənəvi təzahürüdür, o zaman tamamilə heç nə etmir, amma hamıdan bunu tələb edir. Yəni o, Qarabağ iqtisadi rayonundan öz silahlı birləşmələrinin qalıqlarını çıxarmır və öz ərazisində Zəngilan rayonu ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsini təmin etmir”,- rusiyalı ekspert qeyd edib.

A.Petrovun fikrincə, hər şey məntiqlidir: əgər Ermənistan bunu etmirsə, o zaman Azərbaycan niyə maneəsiz keçidin təşkili ilə bağlı öhdəliklərini davam etdirməyə borcludur, xüsusən də silah və yaraqlılar xaricdən gətirilirsə: “Tərəflər bununla bağlı razılığa gəlməyiblər- onlar yalnız Qarabağa mülki şəxslərin və humanitar yüklərin keçirilməsi ilə bağlı razılığa gəliblər. Ermənistan isə özünü “axmaq axtarmaq” prinsipi ilə aparır – bir tərəfdaş hər şeyi ehtiyatla yerinə yetirir, digəri isə onun səylərinə qarşı parazitlik edir.

İkinci məqam ondan ibarətdir ki, Azərbaycan öz nəzarət-buraxılış məntəqəsini qurmaqla Üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirir və Ermənistanın işini onun əvəzinə görür– Qarabağa silah və yaraqlıları buraxmır, çünki onlar orada olmamalıdır. Yəni, silahlı birləşmələrin qalıqları tezliklə Azərbaycanı tərk etməli olacaqlar, çünki onların sadəcə olaraq döyüşəcək heç bir şeyləri olmayacaq. Üçüncüsü, Azərbaycan keçid məntəqəsini quraşdırmaqla Üçtərəfli Bəyanatı pozmur, çünki Qarabağa buraxılan hər kəs yenə də ora problemsiz daxil ola bilər. Rusiya sülhməramlıları isə əvvəlki kimi Qarabağ ermənilərinin bütün Laçın yolunun uzunluğu boyunca Xankəndinə və geriyə keçidinin təhlükəsizliyini təmin edirlər. Yəni, Azərbaycan keçid məntəqəsi heç nə ilə ziddiyyət təşkil etmir, əksinə, yalnız Üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsinə kömək edir”.

A.Petrovun fikrincə, keçid məntəqəsinin əsas üstünlüyü ondan ibarətdir ki, Qarabağa silah və yaraqlıları buraxmamaqla, keçid məntəqəsi Ermənistanın bu regionda revanş hazırlığı imkanını əngəlləyir: “Separatçılar öz qüvvələrini artıra, yeni müharibəyə hazırlaşa bilmirlər. Prinsipcə, onların heç vaxt bir növ məhsuldar müharibəyə başlamağa gücü yox idi, amma indi heç bir hərbi əməliyyat keçirməyə cəhd etmək üçün də heç bir əsasları yoxdur, çünki indi məhdud qüvvələri ilə heç bir şey edə bilməzlər. Azərbaycan ordusunun əks hərəkətləri ilə tez aradan qaldırılacaq nəsə edə bilərlər.

Beləliklə, Azərbaycan Həkəri çayı üzərindəki körpüdə cəmi bir kiçik post qurmaqla Qarabağda potensial yeni müharibəni tamamilə ləğv etdi. İndi onun mərkəzi yalnız şərti Azərbaycan-Ermənistan sərhədində mümkündür. Buna uyğun olaraq, Azərbaycan bu sadə hərəkəti ilə dünəndən etibarən Cənubi Qafqazda dinc həyat şansını sözün əsl mənasında kəskin şəkildə artırıb. İndi isə biz sülh danışıqlarının irəliləyəcəyini gözləmək olar, sadəcə ona görə ki, Ermənistanın artıq Qarabağda yeni müharibə hazırlamaq imkanı yoxdur. Ümid edək ki, belədir. Baxmayaraq ki, ermənilər yenə də o klassik “heç nə etməmək” mövqeyini tuta bilərlər, ancaq şikayətlənirlər ki, Azərbaycan düz etmir. Baxmayaraq ki, reallıqda regionda siyasi və strateji qüvvələrin birləşməsi belə görünür: Azərbaycan sülh gündəmini hərəkətə gətirir və təbliğ edir, Ermənistan isə ancaq şikayət edir və yalvarır. Deməli, görünür, belə bir alqoritmdə Cənubi Qafqazda proseslər gələcəkdə inkişaf edəcək”.

Bu fikirləri digər rusiyalı politoloq- Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun elmi işçisi, “Arxont” jurnalının baş redaktoru, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin prezidenti Anton Bredixin də tam bölüşür. O, əmindir ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaqla öz dövlət sərhədlərinin suverenliyi və ərazilərinə nəzarətin bərpası istiqamətində daha bir mühüm addım atıb.

“Əslində bu, Bakının Ermənistanın 2020-ci il üçtərəfli sazişlərinə əməl etməməsinə cavabıdır. Sülh müqaviləsi yoxdur, bu o deməkdir ki, məsələni sərt şəkildə həll etmək lazımdır. Ermənistandan müsbət nəticə gözləməyə dəyməz. Əslində heç bunu gözləmək də lazım deyildi”, - ekspert vurğulayıb.

Onun fikrincə, İrəvan danışıqlar prosesini ləngidirdi və buna görə də öz siyasətinin bəhrəsini görür.

“İndi silah tədarükü üçün heç bir imkan yoxdur, yalnız humanitar yüklər keçə biləcək. Bir daha deməyə dəyər: Paşinyanın şərtləri ilə sülh müharibə deməkdir. Qərb kuratorları isə onu buna doğru sövq edirlər”, - deyə A.Bredixin bildirib.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər