Siyasət

  • 3 662

Azərbaycan-Litva: dost və strateji tərəfdaşlar - ŞƏRH

image

MUXTAR NAĞIYEV,
YAP Səbail rayon təşkilatının sədri

Bu gün Azərbaycan istər 2020-ci il sentyabrın 27-nə kimi, istərsə də 27 sentyabrdan bu günə kimi regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə bu sahədə geniş təcrübəyə malik bir dövlətdir.

Belə ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın may ayının 21-22-də Litva Respublikasına rəsmi səfəri ölkəmizin beynəlxalq əlaqələr coğrafiyasının tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır və bu gün qarşılıqlı maraqlar üzərində qurulan ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Səfər çərçivəsində Azərbaycan və Litva arasında müxtəlif sahələri əhatə edən vacib sənədlərin imzalanması, biznes-forumda iştirakı və hər iki ölkə liderlərinin geniş fikir mübadiləsi əsnasında aparılan önəmli müzakirələr ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrini bir daha təsdiqlədi.

Onu da qeyd edək ki, bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Keçən il Litva Prezidenti Nausedanın Azərbaycana rəsmi səfəri, bu il isə Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi, eləcə də cari ilin əvvəlində iki ölkənin dövlət başçılarının Davosda baş tutmuş görüşü onu göstərir ki, ölkə rəhbərləri arasında fəal siyasi dialoq mühiti mövcuddur. Prezident İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda Vilnüsdə mətbuata bəyanatında bildirib ki, Azərbaycan və Litva arasında çox fəal siyasi dialoq aparılır: "Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni bu özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır. Və bu dialoq konkret nəticələrlə də tamamlanacaq".

Göründüyü kimi, Azərbaycan və Litva prezidentləri arasında siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, regionda yeni situasiya yaradır. Bu əlaqələr digər sahələrə də öz müsbət təsirini göstərir. Eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayan Litva həm də NATO üzvü kimi hər zaman ölkəmizə öz dəstəyini əsirgəməyib. Prezident İlham Əliyev öz bəyanatında bu məsələyə bir daha toxunaraq vurğuladı ki, Litva ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişafına önəmli töhfələr verir. Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq. Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür. Bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edərək regional sülhün bərqərar olunmasına dəstək verir. Bir sözlə, bu gün Prezident İlham Əliyevin son iki ildə keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq rəsmi Bakının yürütdüyü sülh siyasəti Qərb ölkələri tərəfindən tam dəstəklənir.

BİZİM ERMƏNİSTANA SÜLH TƏKLİFİMİZ QALİB ÖLKƏNİN TƏKLİFİDİR, MÜZƏFFƏR XALQIN TƏKLİFİDİR

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bir daha Enmənistana öz mesajını göndərdi: "«Ermənistanla anlaşmanın imzalanması qaçılmazdır!". Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında bildirdi ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrinigözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşlərində, çıxışlarında dəfələrlə vurğulayıb ki, bizim təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Və Ermənistanın bu hərəkəti, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar. Ancaq 44 günlük İkinci Vətən müharimbəsindən iki il keçməsinə baxmayaraq Azərbaycan tərəfindən Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr əldə olunmayıb. Ermənistan hələ də məcburən öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Və Ermənistan tərəfi başa düşməlidir ki, revanşist açıqlamaların, bəyanatlarn, sülh prosesindən yayınmağa cəhd göstərilməsinin onlara heç bir faydası yoxdur. Və nəticədə hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir.

Beləliklə, Prezident İlham Əliyevin Litvaya səfəri iki ölkə arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan dost və strateji tərəfdaşlıq münasibətlərinin getdikcə inkişaf etməsi üçün yeni imkanların açılması baxımından çox əhəmiyyətli və əlamətdardır. Və iki ölkə arasında mövcud strateji əməkdaşlığın daha da dərinləşdirilməsinə və ikitərəfli münasibətlərin gələcək yol xəritəsinin müəyyənləşdirilməsinə böyük təkan verəcək.

Digər xəbərlər