PDF Oxu

Siyasət

  • 561

“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə olub

image

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə ilə BDU tələbələrinin görüşü keçirilib.

Bakı Dövlət Universitetinin Heydər Əliyev adına lektoriyasında baş tutan görüşdə BDU rektorunun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə bildirib ki, Bakı Dövlət Universitetində keçirilən “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi gənclərdə milli dövlətçilik düşüncəsinin formalaşmasına və ideoloji maarifləndirməyə mühüm töhfə verir. Bu layihə Ulu Öndərin siyasi irsinin dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz platformadır.Ulu Öndər Heydər Əliyevin hər çıxışı xalqı birliyə, vətənpərvərliyə və dövlətə sədaqətə səsləyirdi. O, xalqın maariflənməsini, milli şüurun güclənməsini və dövlətçiliyin ideoloji əsaslarını formalaşdırırdı. Ümummilli Lider Heydər Əliyevin düşüncə tərzi, idarəetmə mədəniyyəti və strateji baxışı müasir Azərbaycanın siyasi kursunun bünövrəsini qoydu. O, xalqla dövlət arasında mənəvi körpü yaratdı, azərbaycançılıq ideyasını dövlət siyasətinə çevirdi. Bu mühazirələrdə səslənən fikirlər bu gün də ölkənin inkişaf yoluna istiqamət verir. Prezident İlham Əliyev həmin müdrik siyasətin davamçısı kimi Azərbaycanın qüdrətini yeni zirvələrə yüksəldib. Onun uzaqgörən qərarları və dəmir iradəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib, tarixi Zəfərlərə imza atıb.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi tələbələrə Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyi, azərbaycançılıq ideyası və müasir Azərbaycanın formalaşmasında rolu barədə dərin bilik qazandırır. Bu mühazirələr gənclərdə vətənpərvərlik və dövlətə sədaqət hissini daha da gücləndirir. Ümummilli Lider Heydər Əliyev çıxışlarında hər zaman dövlət quruculuğunun prinsiplərini, vətəndaş məsuliyyətini və azərbaycançılıq ideyasını dərin təhlil edirdi. Ulu Öndər Heydər Əliyevin nitqləri, çıxışları Azərbaycan cəmiyyətində düşüncə tərzini dəyişdi, gələcəyə inam yaratdı. Hər bir nitqi xalqın dövlətə bağlılığını, milli dəyərlərə sədaqətini möhkəmləndirirdi.Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin irsini yeni dövrün reallıqlarına uyğun şəkildə davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi və hərbi sahələrdə böyük nailiyyətlər qazanıb. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə, ölkənin suverenliyinin bərpası bu böyük siyasətin məntiqi nəticəsidir.

Sonda çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə bildirib ki, Bakı Dövlət Universitetində reallaşan “Ümummilli Lider Heydər Əliyev mühazirələri” gənclər üçün əsl ideoloji məktəbdir. Bu mühazirələrdə Ulu Öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi, müstəqil Azərbaycanın gələcəyi üçün böyük mənəvi dayaq yaradır. “Ümummilli Lider Heydər Əliyevin mühazirələri” dövlətçilik məktəbinin ən dəyərli səhifələrini təşkil edir. Onun çıxışlarında müstəqil Azərbaycanın inkişaf modeli, milli həmrəylik və vətənə sədaqət prinsipləri öz əksini tapıb. Ulu Öndər Heydər Əliyev dövlət idarəçiliyinə sistemli yanaşma gətirərək xalqın gücünə, elmə və mədəniyyətə söykənən siyasət formalaşdırdı. O, dövlətlə xalq arasında etimad, sabitlik və inam mühiti yaratdı. Onun fikirləri bu gün də Azərbaycan üçün ideoloji istiqamət və milli ruh qaynağıdır.. Prezident İlham Əliyev bu siyasi irsi inamla davam etdirərək Azərbaycanı regional güc mərkəzinə çevirib. Onun qətiyyəti və uzaqgörənliyi sayəsində ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub, ərazi bütövlüyünü bərpa edib. Bu Ulu Öndər Zəfər Heydər Əliyev siyasətinin real nəticəsi və xalqın birliyinin təntənəsidir.

Çıxışlardan sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib.

Digər xəbərlər