Ağdam 27 idən sonra azadlığa qovuşan şəhid şəhər! Azərbaycanın strateji cəhətdən əhəmiyyətli şəhəridir Ağdam. Vaxtilə Pənahəli xan Ağdamda ağ daşlardan saray inşa etdirir. Ona görə də Ağdam nurlu işıqlı ev anlamına gəlir. Bu imarət 1738- ci ildə Pənahəli xanın Qarabağda xanlıq qurmağa başladığı ilk illərə təsadüf edir. Ağdam qədim insan məskənlərindən olmuşdur. Alimlər Üzərliktəpəni Qafqazda ilk şəhər tipli yaşayış məskəni hedab edirlər. Alban tayfalarından olan Qarqarlar Ağdamda Qarqarcay boyunca məskən salmışlar. Üzərliktəpə, Qutlu, Musaoğlu künbəzi, Papravənd kəndindəki türbələr, Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti, (XVIII) Şahbulaq qalası, Ağdamın tarixi abidələrindəndir. Ağdam bir çox fərqli memarlıq abidələrinin yerləşdiyi qədim diyarımızdır. Öz fərqli memarlığı ilə seçilən cay evi də bunlardan biridir. Onun baş memarı Natiq Səmədov bu qeyri-adi abidəni dəmir instruksiyalardan inşa etmişdir. Bu gözəl tikili də erməni vandallarının işğal zamanı yandırıb məhv etdiyi abidələr sırasındadır. Ağdamın gözəlliyinə tövhə verən daha bir memariyyə Ağdamın çörək muzeyidir. 1983 cü ilin noyabr ayında faəliyyətə başlayıb. Burada toplanan qədim taxıl nümunələri daşlaşmış çörəklər, əkinçiliklə bağlı əlyazmalar, qədim əkinçilik alətləri və başqa eksponatlarla zəngin olub. Muzeyin ən dəyərli eksponatı e.ə. VII minilliyə aid olan daşlaşmış buğda olub. Çox təəssüf ki, bu unikal muzey də erməni vandalizminin qurbanına çevrilib. 1992-ci ilin avqustun 12-də erməni işğalçılarının atdığı mərmi nəticəsində çörək muzeyi məhv oldu. Muzeydə olan 1500-ə dək tarixi əhəmiyyətli eksponat isə yanaraq külə döndü. İşğal dönəmində xarabazara çevrilən Ağdamda hal-hazırda demək olar ki, heç bir tikili qalmayıb. Ruhlar şəhərini andıran Ağdamın acınacaqlı vəziyyəti düşmənin işğalçı siyasətində faşizmin ən ağır təzhürlərini göstərir. Bu vəziyyətə gətirilən cənnət diyarı görən əcnəbi jurnalistlər 2000-ci illərdə “lonely planet” jurnalında Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırmışlar. Ağdamın işğaldan sonra çəkilən görüntüləri, viran edilmiş kəndlər, dağıdılmış tarixi abidələr, qurudulmuş bulaqlar, məhv edilmiş füsünkar təbiət ürək dağlayır. Ancaq biz əminik ki, qısa zamanda Ağdam şəhəri öz əvvəlki möhtəşəm görüntüsünə qayıdacaq. 2020-ci ilin 10 noyabt tarixində Azərbaycanın qələbəsi ilə başa çatan “Bəyənnamə” yə əsasən Ağdam tamamilə erməni işğalçılarından azad edilir və şanlı Azərbaycan ordusunun nəzarəti altına keçir. I Qarabağ müharibəsində 6000 şəhid verən Ağdam ruhların azaddır! Ağdam sən azadsan! Son damla qanmına qədər savaşan, düşmənə torpağa təslim etmək istəməyən Ağdam! Azadlığın mübarək!. Cənab Ali Baş Komandan sayəsində Ağdamın bir güllə belə atmadan müzəffər ordumuz tərəfindən düşmən tapdağından azad edilməsi ağdamlılar üçün şərəfli bir tarixi günə çevrildi. Noyabrın 23 də Ali Baş Komandan İlham Əliyev və I Vitse Prezidet Mehriban xanım Əliyevanın Ağdam səfəri hər birimizə qürurverici duyğular yaşatdı. Dünya mediasının diqqətində olan bu səfərdə Cənab Prezidentimizin Məkkədən gətirdiyi “Qurani Kərimin” Ağdamın Gövhər Ağa Məscidinə bağışlaması hər kəsi duyğulandırdı. Müzəffər ali Baş Komandan öz çıxışında “Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhəri, bu kəndləri bərpa edəcəyik. Zaman axarında Ağdamda gedən quruculuq işləri buna sübutdur. Ağdam yenidən Azərbaycanın ən gözəl, ən zəngin iqtisadi cəhətdən inkişaf etmiş şəhərlərindən birinə çevriləcəyi günü hamımız səbirsizliklə gözləyirik. Buna baxmayaraq erməni vandalizminin törətdiyi vəhşilkləri bütün dünyaya tanıtmaq üçün əlimizdən gələn hüquq savaşlarında səfərbər etməliyik. Zamanla öz doğma torpaqlarına qayıtmaq iştəyən ağdamlılar məhz bu vandallığın şahidi kimi bütün dünyaya haqq səslərini bəyan etməklə hər zaman Ali Baş Komandamızın və onun uğurlu və müdrik siyasətinin ətrafında birləşəcəklər. Əminik ki, Cənab İlham Əliyevin bu günlərdə dediyi “Biz iğaldan azad olunmuş bütün torpaqlarımız kimi Ağdamı da “Ağıllı” və “Ağ şəhərə” çevirəcəyik” kimi tarixi kəlamı hər birimizi möhtəşəm qələblərə çatdıracaq.
Leyla Həmidova
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini