YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovun rəhbərliyi ilə rayon təşkilatının əməkdaşları və partiya fəalları 8 Noyabr – Zəfər Günü münasibətilə Tərtər Şəhidlər Abidə Kompleksini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tarixi Zəfəri bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı diləyirik!