Siyasət

  • 882

“The Washington Post” şər yuvasına çevrilir TƏHLİL

image

ABŞ özünün qara işlərinə jurnalistlərini də şərik edir

Azərbaycanın iqtisadi, siyasi, hərbi cəhətdən güclənməsi yerli və xarici qüvvələr ciddi şəkildə narahat olmağa başlayıb. Xüsusilə də Azərbaycanın Vətən Müharibəsi ilə Ermənistan ordusunu darmadağın edərək, ərazi bütövlüyünü bərpa etməsi və Xankəndi şəhərində hərbi parad keçirməsi dünya güclərini əndişələndirib. Azərbaycanın dünya siyasətini müəyyənləşdirən və istənilən məsələdə diktə edən tərəf olmasını qəbul etmək istəmədiklərindən anormal vasitələrlə ölkəmizə problemlər yaratmağa çalışırlar. Xüsusilə də, ABŞ, Fransa, Almaniya kimi dövlətlər Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirməklə açıq formada məkrli niyyətlərini nümayiş etdirirlər. Təbii ki, bu məsələdə erməni lobbisinin sifarişləri də rol oynayır. Beynəlxalq normalara görə, hər hansı dövlət başqa bir suveren dövlətin iç məsələlərini müzakirə edə və hər hansı bir qərarla çıxış edə bilməz. Lakin ABŞ Konqresi və ya Senatı Ermənistanın dövlət istəklərinə erməni lobbisinin maraqlarına uyğun olaraq dəfələrlə Azərbaycanla bağlı anormal dinləmələr keçirib. Dinləmələr Ermənistandakı revanşist qüvvələri ruhlandıran və onları və Cənubi Qafqaza sabitliyi pozmağa xidmət edən qərarların qəbulu ilə müşahidə olunur. Hətta ara-sıra anormal qərarlar da qəbul edirlər. Söz yox ki, ABŞ Qarabağı azad edən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmir və ona qarşı belə çirkin kampaniyalar təşkil edir. Lakin diqqətdən qaçmamalıdır ki, bu, təkcə Prezident İlham Əliyevə deyil, ümumilikdə Azərbaycan xalqına və dövlətinə qarşı hörmətsizlik, təhqirdir. Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələr bunun daha bir nümunəsi sayıla bilər. Söz yox ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub. Bu da onu deməyə əsas verir ki, dünyanın aparıcı dövləti kimi özünü təqdim etməyə çalışan ABŞ, əslində, Kardaşyan kimi fahişə modellərin əlində alət olub. Nəzərə almaq lazımdır ki, qondarma tədbirdən öncə tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Görüşün 5 saata qədər davam etməsi onu təsdiq edir ki, tərəflər Azərbaycana qarşı necə şər və böhtanlar səsləndirmək, iddialar və ittihamlar irəli sürmək məsələlərini geniş və əhatə şəkildə müzakirə edib, razılaşma əldə ediblər. Dinləmələr gözlənildiyi kimi, erməni lobbisinin tələblərinə uyğun keçirilib. Tomas Kin ermənilərin Qarabağdan guya etnik təmizləmə yolu ilə çıxarılması məsələsinə etiraz edərək deyib ki, Birləşmiş Millətlər Təşkilatının Komissiyası və Beynəlxalq Qırmızı Xaç Komissiyasının Ermənistana köç edən Qarabağ erməniləri ilə bağlı xüsusi arayışı var. Orada çox aydın şəkildə yazılıb ki, onlar Qarabağdan etnik təmizləmə ilə məcburi şəkildə köçürülməyib. Özləri könüllü şəkildə köçüb gediblər. Təbiidir ki, bütün bunları Tomas Kin də bilir. Sadəcə, Azərbaycanın Qarabağda əldə etdiyi qələbəsinə, insanlarımızın öz yurd-yuvalarına qayıdışına qısqanclıqla yanaşmalar nümayiş etdirilib. Bu anormal müzakirələrdən sonra ermənipərəst konqresmenlər Azərbaycana yardımların azaldılacağı barədə çıxışlar da ediblər. Ancaq bunlar anlamırlar ki, zatən Amerika Birləşmiş Ştatları Azərbaycana Ermənistandan qat-qat az yardımlar göstərir. Bununla yanaşı qeyd olunmalıdır ki, ölkəmizin hər hansı kənar yardımlara ehtiyacı yoxdur. Azərbaycan işğaldan azad edilən ərazilərini öz gücünə qurub yaradır. Artıq görülən böyük quruculuq, təmir-bərpa işlərinin nəticəsi olaraq bir sıra kənd və şəhərlərə soydaşlarımız köçürülüb. Proseslər uğurla davam etdirilməkdədir.

Cəmiyyət ermənipərəst konqresmenlərə etiraz edir

Haqlı olaraq Azərbaycan cəmiyyəti ABŞ-ın müəyyən dairələrinin, o cümlədən Konqresin, Senatın qərəzli mövqe sərgiləməsinə və erməni maraqlarına xidmət edən qərarlarla çıxış etməsinə sərt etiraz bildirir. Noyabrın 22-də Milli Məclisin payız sessiyasının plenar iclasında ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar Azərbaycana qarşı qəbul etdiyi qərarına sərt münasibət bildirilib. Parlamentin komitə sədrləri və deputatlar ABŞ Senatının ölkəmizə qarşı yönəldilmiş ədalətsiz aktı barədə fikirlərini qeyd ediblər. Senatın aktında bölgədən könüllü getmiş erməni sakinlərin zorla köçürüldüyü iddia edilir. Bu, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların rəylərinə tamamilə ziddir. Sonra parlamentin komitə sədrləri və deputatlar ABŞ Senatının ölkəmizə qarşı yönəldilmiş ədalətsiz aktı barədə fikirlərini qeyd etdilər. Milli Məclisin sədri Sahibə Qafarova çıxışında bildirib ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış etmişdir. Lakin Qarabağı sözdə Azərbaycan ərazisi kimi tanıyan Ermənistan, təəssüf ki, bu üç il ərzində siyasi və hərbi təxribatlarla məşğul olmuşdur. Təəssüf ki, Ermənistan sülh naminə çalışmaq əvəzinə hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti çaşdırmağa ça­lışır, ölkəmizə qarşı kampaniyada bütün imkanlardan istifadə edir. Bu məsələ ilə əlaqədar Azərbaycana qarşı bir sıra qeyri-obyektiv və ədalətsiz qətnamələr qəbul edilmişdir. Bu ədalətsizliyə ABŞ-ın da qoşulması təəssüf hissi doğurur.

ABŞ jurnalistlərdən qarayaxma kampaniyasında alət olaraq istifadə edir

Diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ Konqresi və Dövlət Departamenti özlərinin qara işlərinə, bəd əməllərinə qəzet və jurnalların əməkdaşlarını da cəlb edirlər. Dəfələrlə “The Washington Post“ qəzeti Azərbaycan haqqında reallıqdan uzaq olan məqalələrlə çıxış edib. Yalnız 2023-cü ildə qəzetdə Azərbaycanda söz azadlığı, korrupsiya, Ermənistanla münasibətlərə dair 5 məqalə dərc edib və onlardan 3-cü redaksiya məqaləsi olub. Özünü obyektivlik simvolu hesab edən qəzetin keçmişinə və hazırkı durumuna baxdıqda isə onun heç azad söz və demokratiya carçısı olmadığını, ABŞ-da müəyyən siyasi və maliyyə dairələrinin əlində vasitə olduğunu görmək olar. İlk olaraq, “The Washington Post” barədə onu demək olar ki, qəzet Demokratlar Partiyasına yaxınlığı ilə seçilir. Yarandığı 1877-ci ildən bəri ortabab sayılan qəzetin XX əsrin 60-cı illərində nüfuzlu KİV sırasına daxil olması da məhz bu amillərlə əlaqəlidir. Sirr deyil ki, 1965-ci ildə baş redaktor seçilən Bencamin Bredli Demokratlar Partiyasından Prezident olan Con Kennedi ilə yaxın dost olub və bu dövrdən yüksəlişə qədəm qoyub. Bundan başqa, qəzetin 2 əməkdaşı 1974-cü ildə respublikaçı prezident Riçard Niksonun istefası ilə nəticələnən araşdırmanın da əsas icraçısı olub. 26 il qəzetə baş redaktorluq edən Bencamin Bredli, ümumiyyətlə, maraqlı simadır. Onun 1950-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olduğu və ABŞ-ın Fransadakı səfirliyində çalışarkən bu qurum üçün kəşfiyyat məlumatları topladığı məlumdur. Görünür ki, müəyyən dairələr qəzetin yüksəlişində və ictimai rəyi öz istəklərinə və maraqlarına uyğun şəkildə formalaşdırmaq üçün istifadə etməkdə maraqlı olublar. O zamandan bəri “The Washington Post” qəzeti Demokratlar Partiyasının sol qanadının əsas media ruporu sayılır. Bu qanada daxil olan siyasətçilər, nüfuzlu maliyyə mərkəzləri və hərbi simalar ABŞ-ın yox, öz qruplarının yaxud şəxsi maraqlarının naminə istər ABŞ daxilində, istərsə də dünyanın fərqli ölkələrindəki siyasətçiləri və hökumətləri hədəfə alırlar. Bu baxımdan, “The Washington Post” qəzeti də sponsorlarının tapşırığı ilə müntəzəm əsasda Azərbaycanı hədəfə alır, ölkəmiz haqda mənfi imic formalaşdırır, öz beynəlxalq hüquqla tanınan ərazilərini bərpa etmiş Azərbaycanı militarist ölkə kimi təqdim edir, Qarabağı isə uzun illər öz redaksiya məqalələrində “mübahisəli ərazi” kimi təqdim edirdi. Bu işdə sözügedən qəzetin erməni əsilli kolumnisti, Azərbaycana qarşı xüsusi qərəzi və böhtanları ilə seçilən Devid İqnatiusun da müəyyən rolu var. Sirr deyil ki, xarici siyasət mövzusunda yazıları ilə ABŞ cəmiyyətində rəy formalaşdıran jurnalist Qarabağ məsələsi və “erməni soyqırımı” məsələsinə görə tez-tez Azərbaycanı və Türkiyəni hədəfə alır. Amma nəzərə almaq lazımdır ki, o, bu prosesdə önəmli fiqur deyil, sadəcə vasitədir və qəzetin redaksiya siyasətini pərdə arxasında olan şəxslər və qurumlar müəyyən edir. Məhz bu qərəzli və merkantil maraqlara əsaslanan siyasət qəzetin dəfələrlə qeyri-obyektivlikdə, böhran və yalan yaymaqda, “fake news” istehsalçısına çevrilməsi ilə bağlı ittihamlara səbəb olub.

“The Washington Post“ sifarişlər yerinə yetirən dərnəyə çevrilib

Dəfələrlə “The Washington Post” qəzeti ciddi tənqidlərlə və qərəzli, sifarişli məqalələri ilə gündəmə gəlib. Məsələn, hər kəsə məlumdur ki, qəzetin himayədarı olan dairələr ABŞ-ın eks-prezidenti, qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasından ən şanslı namizəd olan Donald Trampa qarşı düşmən mövqedədirlər. Buna görə də, qəzetin səhifələrində Donald Trampın siyasi və biznes fəaliyyəti, şəxsi həyatı barədə tez-tez tənqidi, bəzən isə ittiham və konfidensial məlumatlarla zəngin məqalələr çıxır. Jurnalist peşəsinə yaraşmayan qeyri-peşəkarlıq, qərəz və tələskənlik “The Washington Post”u dəfələrlə xoşagəlməz situasiyalara salıb və reputasiyasına ciddi zərbələr vurub. Təsadüfi deyil ki, oxucu auditoriyasının azalması səbəbi ilə “The Washington Post” qəzeti 2023-cü ili 100 milyon dollar zərərlə başa vuracaq. Reuters-in məlumatına görə, qəzet 10%-ə qədər əməkdaşını da ixtisar etməyi planlaşdırır. Ümumilikdə isə, yanlış redaksiya siyasəti, ABŞ-ın Konqresindən və Senatından, eyni zamanda, erməni lobbisindən asılılıq qəzetin imicini tamamilə təkləyib. Artıq bu “The Washington Post” qəzetinə ciddi qəzet olaraq yanaşılmır. Digər tərəfdən, qəzetin bəzi jurnalistlərinə şübhə ilə yanaşılır. Bu isə qəzetin fəaiyyət dairəsinin daralması ilə yanaşı, nüfuzun tamamilə alt-üst olması deməkdir. Ciddi qəzet imicini bərpa etmək üçün “The Washington Post” boyunduruqdan çıxmalı və müstəqil fəaiyyət yolu tutmalıdır.

İLHAM ƏLİYEV

Digər xəbərlər