Siyasət

  • 503

BBC News Əli Kərimli və Arif Hacılını kukla kimi oynatdı ANALİZ

image

Qədirbilən Azərbaycan xalqı fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində böyük fəallıq nümayiş etdirməklə 30 illik erməni işğalına son qoymaqla Azərbaycanın müstəqillik tarixinə “Qalib Azərbaycan xalqı” şüarını yazdıran Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevə səs verməklə öz müdrikliyini nümayiş etdirdi. Bu qələbə həm də Xalq-İlham Əliyev birliyinin sarsılmazlığını ortaya qoydu. Təbriklərin ardı-arası səngimir. Tərəqqipərvər dünya xalqları Azərbaycan xalqının sevincinə şərik olduqlarını bəyan edirlər. Dövlət və hökumət başçıları Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevi xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla yenidən Prezident seçilməsi münasibəti ilə təbrik edir, Azərbaycan xalqına Prezident İlham Əliyevin rəhbərliyi ilə sülh və təhlükəsiz şəraitdə, firavan ömür arzulayırlar. Gözlənildiyi kimi, Zəfər seçkisində Qalib xalqın Fateh Sərkərdəsinin parlaq qələbəsi yerli və xarici qüvvələri ciddi narahat edib. Bunu bir sıra xarici antimilli ünsürlərin, Azərbaycanın dağıdıcı müxalifətinin, eləcə də ermənipərəst dairələrin qarayaxma kampaniyalarının miqyasının artması da təsdiqləyir. Hətta abır-həyadan uzaq olan Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və digərləri “seçkinin nəticələrini tanımırıq” kimi absurt, gülüş doğuran iddia ilə çıxış edirlər. Həm də bu yerdə dağıdıcı müxalifətə ünvanlanan atalar misalı yada düşür. “Elə danışdı ki, bişmiş toyuğun da gülməyi gəlir”.

Bəli, bütün dünya dövlətləri Azərbaycana gözaydınılığı verir, təbriklər ünvanlayır, bu əbləh yığnağı “biz seçkinin nəticələrini tanımırıq” deyir. Sual olunur, siz kimsiniz, hansı gücə və imkana maliksiniz ki, xalqın iradəsinə qarşı çıxırsınız? Digər tərəfdən elə bir fakt varmı ki, bu vaxta qədər Azərbaycanın əldə etdiyi hansısa uğurlarına dağıdıcı müxalifət sevinib, xalqla həmrəy olduğunu bəyan edib? Birmənalı şəkildə qeyd etmək olar ki, belə bir hal olmayıb. Əksinə, uğurlara, qələbələrə kölgə salmaq, xalq arasında dezinformasiya toxumu səpməyə cəhdlər olub. Hətta 30 il erməni işağlına son qoyularaq suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa olunmasına qısqanclıqla yanaşılıb, erməni revanşistlərisayağı açıqlamalar verilib.

Cəmiyyət AXCP və Müsavatı hələ də siyasi partiya kimi tanımır

Görünən ondan ibarətdir ki, bir sıra xarici KİV-lər Əli Kərimlinin, Arif Hacılının, Cəmil Həsənlinin və digərlərinin sürüşkən, istəkləri yerinə yetirən məxluqlar olduqlarını anladıqlarından tez-tez onlardan istifadə edirlər. Yəni, müxtəlif qarışıq suallarla onlardan maraqlarına uyğun cavablarını alırlar. Düzdür, dağıdıcı müxaliflərin özləri də tezislərə əsaslandıqlarından təxribat xarakterli suallardan yayınmaq, fərqli cavab vermək fikrindən uzaq olurlar. İki gün öncə BBC News Arif Hacılı ilə Əli Kərimlini bir araya gətirməklə onları əməlli-başlı kukla kimi barmağına doladı. Biçarələr dirijor çubuğunun sehrində keyləşdiklərindən ağıllarına deyil ağızlarına gələn fikirləri səsləndirdilər. Ə.Kərimli o qədər çaşdı ki, xaricdəki ağalarının bəzilərini qılınclamaqdan da çəkinmədi. A.Hacılı isə özünün idarəolunan məxluq olmadığını göstərməyə çalışsa da, nəhayətdə, Ə.Kərimlini bir sıra məqamlarda qınamaqla zəif və boşboğaz “siyasətçi” olduğunu nümayiş etdirdi. “Biz seçkinin nəticələrini tanımırıq” dedikdən sonra BBC News-un aparıcısı Ə.Kərimlini və A.Hacılını rahat buraxdı. Bu da onu deməyə əsas verir ki, BBC News-un əsas istəklərindən biri, bəlkə də birincisi dağıdıcı ünsürlərin “seçkinin nəticələrini tanımırıq” demələri idi. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, Əli Kərimli, Arif Hacılı və digərlərinin nə demələri, hansı sayıqlamaları səsləndirmələri cəmiyyət üçün maraqlı deyil. Çünki ictimaiyyət bu məxluqların xarici maraqlı dairələrin əlində alət olduqlarını yaxşı bilirlər. Bu məqamda AXCP-nin sədr müavini, baş troll olmağa iddialı Fuad Qəhrəmanlının söylədikləri Ə.Kərimli və Arif Hacılıya vurulan sərt şapalaq hesab etmək olar. F.Qəhrəmanlı paylaşdığı statusunda yazır: “Əvvəla indiki halda Azərbaycanla bağlı seçki nəticələrini tanımaq və tanımamaq deyilən vahid bir qərar anlayışı yoxdur. Biz yalnız seçki ilə bağlı Qərb dövlətlərinin və institutlarının indiki dönəmdə göstərdikləri və verəcəkləri reaksiyalar əsasında fikir deyə bilərik”.

Digər tərəfdən deyən lazımdır ki, cəmiyyət AXCP və Müsavatı ciddi partiya olaraq tanıyırmı? Birmənalı şəkildə demək olar ki, “xeyr”. Əgər ictimai rəy cüzi də olsa AXCP və Müsavatı tanısaydı, o zaman bu günə qədər keçirilən hansısa seçkilərdə onlara dəstək verərdi, lakin fakt budur ki, 1993-cü ildən bu günə qədər keçirilən bütün seçkilərdə dağıdıcı müxalifət xalq tərəfindən rədd edilib. Hətta partiyaların Ədliyyə Nazirliyindən təkrar qeydiyyatdan keçmələri zamanı AXCP və Müsavat ciddi problemlərlə üzləşmişdilər. Çünki onlar lazım olan 5 min imzanı toplayaraq nazirliyə təqdim edə bilməmişdilər. Yalnız bir neçə cəhddən sonra Ədliyyə nazirliyi böyük xeyirxahlıq nümayiş etdirməklə onları qeydiyyata aldı.

Son vaxtlara qədər Arif Hacılı Əli Kərimlini AXCP sədri olaraq tanımayıb

Tarixi reallıqlara nəzər yetirsək aydın olar ki, AXCP-Müsavat heç zaman bir-birini qəbul etməyib. Daim bu iki partiya bir-birini sıradan çıxarmağa çalışıb. Hətta vəziyyət elə gətirdi ki, Müsavat Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP-ni siyasi təşkilat olaraq tanımaqdan imtina etdi. Yəni, AXCP-nin parçalanmasını əsas gətirərək, Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi AXCP-nin rəsmi AXCP olaraq tanıdıqlarını bildirmişlər. Bu qovğa xaricdən verilən növbəti tapşırıqdan sonra aradan qaldırıldı. M.Mirəlioğlu AXCP-dən imtina edib, KAXCP yaratdığını élan etdikdən sonra Əli Kərimli ilə Müsavatın keçmiş başqanı İsa Qəmbər və indiki başqanı A.Hacılı arasında münasibətlər istiləşməyə başladı. Lakin dəvədən də kinli olan Ə.Kərimli Müsavat funksionerlərinin ona olan pisliklərini unutmadı. Elə ki, 2013-cü ildə “Milli Şura” deyilən qondarma qurum yaradıldı, Ə.Kərimli rəqiblərinə qarşı əvvəlcədən planlaşdırdığı pisliklərini həyata keçirdi. Nəticədə təzyiqlərə tap gətirməyə İsa Qəmbər və A.Hacılı məcburiyyət qarşısında qaldıqlarından “Milli Şura”nı tərk etdilər. Ancaq bununla da Ə.Kərimli kifayətlənmədi və təhqiredici hücumlarını davam etdirdi. Mitinqlər seriyası zamanı Ə.Kərimli Müsavatı meydanlardan məhrum etdi. Vəziyyət o dərəcədə Müsavat funksionerləri üçün acınacaqlı oldu ki, A.Hacılı mətbuat vasitəsi ilə Ə.Kərimlini qınamalı oldu. Bildirdi ki, üç dəfə Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyinə, Milli Şuranın sədri Cəmil Həsənliyə kütləvi etiraz aksiyalarının keçirilməsi ilə bağlı müraciət edib: “Amma onlar bizi orada tərəf kimi görmək istəmirlər, üzvlərimizin isə Milli Şuranın mitinqlərində iştirak etməsini istəyirlər. Yalnız özünü müxalifət hesab edən partiyalar prosesə mənfi təsir göstərirlər”.

Bir sözlə, hazırkı dönəmdə Əli Kərimli ilə Arif Hacılının maraqları üst-üstə düşdüyündən eyni mövqedən çıxış edirlər. Lakin bunun uzun çəkməyəcəyi şübhəsizdir. Zamanı yetişincə tərəflər yenidən bir-birinə düşmən kəsiləcəklər. Onlar belə tərbiyə alıb və belə təlimatla yükləniblər. Bu gün birlikdədirlərsə, sabah rəqiblərə çevriləcəklər. Bu isə utancvericidir və haqlı olaraq sıravi müxaliflər onları qınayır, müxalifətin inteqrasiyasına mane olmaqda günahlandırırlar.

İLHAM ƏLİYEV

Digər xəbərlər