PDF Oxu

Siyasət

  • 862

İraqın Baş naziri Azərbaycanın səfiri ilə görüşüb

image

Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov bu ölkənin Baş naziri Məhəmməd Şiya Əs-Sudani ilə görüşüb.

SİA xəbər verir ki, Baş nazir səfirə gələcək fəaliyyətində uğurlar arzu edib. M.Əs-Sudani salamlarının və Ramazan, həmçinin Novruz bayramları münasibətilə təbriklərinin və xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edərək, ölkəmizlə tarixən formalaşmış güclü münasibətlərin müxtəlif sahələrdə daha da möhkəmlənməsində maraqlı olduqlarını vurğulayıb.

Səfir E.Səlimov Baş nazirə təşəkkürünü ifadə edərək, iki ölkə arasında tarixən təşəkkül tapmış əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Səfir 2025-ci il aprelin 20-də Bağdadda keçirilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci iclası və dekabrın 3-4-də Bakıda təşkil olunmuş Hökumətlərarası birgə komissiyanın 4-cü iclasının vacibliyini qeyd edərək, Bakı ilə Bağdad arasında özünəməxsus yüksəksəviyyəli əlaqələrin və qarşılıqlı faydalı dialoqun davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Digər xəbərlər