PDF Oxu

Siyasət

  • 2 111

Qoşulmama Hərəkatı və Azərbaycan - Qlobal inkişafa müsbət təsiri - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: "Bu gün Qoşulmama Hərəkatı daha güclü təşkilatdır"

"Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir".Bunu Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında deyib.“Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır”, - deyə dövlətimizin başçısı əlavə edib.

PREZİDENT İLHAM ƏLİYEVİN HƏYATA KEÇİRDİYİ UĞURLU XARİCİ SİYASƏTİN NÖVBƏTİ TƏZAHÜRÜ - DAHA BİR İL

Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatına - Qoşulmama sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir. Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Məhz Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycanın Hərəkata sədrliyi bir il uzadıldı. Bəli, Azərbaycan 4 il sədrlik etməklə bir ilkə imza atdı. Qeyd edək ki, dünyanın ərazi, əhali və iqtisadi baxımdan güclü olan ölkələri bu hərəkatın üzvüdür və Qoşulmama Hərəkatı heç bir hərbi bloka qoşulmadan dünya miqyasında bütün problemlərin danışıq yolu ilə həll edilməsi və beynəlxalq hüququn əsas götürülməsini prioritet kimi götürür. 2019-cü ildə dünyada qazandığı siyasi nüfuza görə Azərbaycan bu təşkilatın sədri seçilməsi və təşkilat tarixində ilk dəfə olaraq sədrlik müddətinin bir il uzadılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürüdür.

«AZƏRBAYCAN QOŞULMAMA HƏRƏKATINA SƏDRLİYİ DÖVRÜNDƏ ÜZV ÖLKƏLƏRİN QANUNİ MARAQLARINI QƏTİYYƏTLƏ QORUYUB»

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə söyləyib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.Üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü xatırladan dövlət başçısı deyib ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı olub. Həmçinin Qoşulmama Hərəkatının institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Hərəkatın Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə Hərəkata sədrliyi dövründə Azərbaycanın prioritetlərindən danışaraq bildirmişdir ki, Azərbaycan əksəriyyəti QH-yə üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib: «Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik».Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident İlham Əliyev Azərbaycanın ilk donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları ayırdığını diqqətə çatdırıb.Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə bildirib ki, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır.«Biz «Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Hərəkatın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.

BİZ BU TƏŞKİLATA RƏHBƏRLİK ETMƏYƏ BAŞLAYANDA, TƏBİİ Kİ, FORMAL RƏHBƏR OLA BİLMƏZDİK

Prezident İlham Əliyev müsahibələrində bildirmişdir ki, bu təşkilata rəhbərlik etməyə başlayanda formal rəhbər ola bilməzdik. Qoşulmama Hərəkatının birqütblü dünya dövründə fəallığın müəyyən qədər azalmasından sonra, qurumun xarici siyasət mövqeləri yenidən inkişaf etməyə başlayıb və bu gün bu tendensiya dinamik şəkildə inkişaf edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də, təşkilatın fəallaşmasına öz ciddi töhfəsini verdi. Belə ki, dünya üçün çətin olan bu dövrdə, Azərbaycanın Hərəkata sədrliyi dövlətimizin qlobal proseslərdə rolunu və nüfuzunu daha da gücləndirmiş, beynəlxalq müstəvidə mövqeyimizi möhkəmləndirmiş, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini vermiş, qeyri-neft sektorunu inkişaf etdirmiş və ixrac potensialını yüksəltmişdir. Təbii ki, əldə olunan bütün müsbət nəticələr Azərbaycan Prezidentinin hələ 2011-ci ildə ölkəmizin Qoşulmama Hərəkatına üzv olması ilə bağlı qəbul etdiyi strateji qərara əsaslanır. Bakıda keçirilən Sammitdə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının Azərbaycanın üç il müddətinə QH-nin sədri seçilməsini yekdilliklə dəstəkləməsi, əlbəttə ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətin növbəti uğuru və dünyada ona göstərilən etimadın göstəricisidir.

Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın hərəkata uğurlu sədrlik etdiyini nəzərə alaraq, ölkəmizdən Hərəkata daha bir il sədrlik etməyi xahiş ediblər. Azərbaycan müraciətə müsbət cavab verdi və Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi 2023-cü ilə qədər uzadıldı. Bu, onu göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatının fundamental prinsip və dəyərlərinə sadiqliyi, çətin dövrdə hərəkata səmərəli sədrlik etməsi dəyərli təcrübə kimi qəbul olunur.

Göründüyü kimi, Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il uzadılması barədə qərarı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin uğuru, dünyadakı nüfuzunun daha bir göstəricisi və Onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir. Bəli, bu gün Qalib Liderimiz, Azərbaycan Prezidenti İlham Əliyev cənablarına inanırlar və irəli sürdüyü hər bir təklifləri bilavasitə dəstəklənir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin daha bir il uzadılması təşəbbüsünün irəli sürülməsi amili də bu kimi mühüm, prinsipial gerçəklikləri növbəti dəfə təsdiqləmiş olur.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər