Siyasət

  • 1 521

Əcnəbi ekspertlər: “Qərbin məqsədi Cənubi Qafqazda yeni müharibəni qızışdırmaqdır” - RƏYLƏR

image

“Qərb niyə Ermənistanı müdafiə edir? Otuz ildən artıqdır ki, özü də işğalçı ölkə olan və Cənubi Qafqazda sabitliyi pozan bir ölkəni niyə müdafiə etmək lazımdır”

.

ABŞ və onun nəzarətində olan peyk dövlətlər Ermənistan və Azərbaycanın Rusiyanın yardımı ilə əldə etdiyi razılaşmaların həyata keçirilməsinə xələl gətirməyə çalışırlar,- bu fikri Minskdə keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Lavrov bildirib. Onun fikrincə, kollektiv Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə çalışır. O, həmçinin qeyd edib ki, ABŞ Mərkəzi Asiyada da fəal işləyir və burada Moskvaya qarşı müxtəlif formatlar yaradılır. Lavrovun sözlərinə görə, Rusiyanın strateji müttəfiqləri böyük təzyiq altındadırlar, buna baxmayaraq, onlar inteqrasiya strukturlarının- Aİİ, MDB və KTMT-nin əsaslandığı ümumi dəyərlərə və prinsiplərə sadiq qalırlar. Eyni zamanda, Lavrov əmindir ki, strateji baxımdan Qərb xətti uğursuzluğa məhkumdur.

Aİ və ABŞ niyə bu qədər israrla regiondakı vəziyyəti pozmağa yönəlib? Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri niyə Qərbin Cənubi Qafqaz və digər regionlardakı strategiyasının iflasa uğrayacağına əmindir? Əcnəbi ekspertləri vəziyyəti “Caliber” analitik mərkəzinə şərh ediblər. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.

Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsinin Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Oleq Leşenyukun fikrincə, ABŞ və Aİ-nin Azərbaycan və Ermənistan arasında razılaşmaları pozmaq cəhdləri başa düşüləndir; bu, gözlənilən idi, çünki MDB-də xalqların davamlı inkişafına və sülhə yönəlmiş istənilən addımlar kollektiv Qərbin mənfi reaksiyasına səbəb olur.

“Diqqətlə baxsanız, istər Qərb dövlətləri ərazisində Azərbaycan və Ermənistan arasında paralel danışıqların təşkili cəhdləri, istərsə də Mərkəzi Asiya regionunda sülh və dostluq aksiyaları adı altında 5+1 formatı sabitliyi pozmağa yönələn cəhdlərinin hamısı MDB və digər regional təşkilatlarda destabilizasiya təşkil etməyə hesablanıb. Amma strateji baxımdan bu mümkün deyil, çünki xalqlarımızın ümumi tarixi keçmişi onu göstərir ki, biz birləşməyə və kənardan gələn istənilən təhlükəni, istər təcavüz, sanksiyalar, informasiya müharibələri və s. dəf etməyə qadirik”,- O.Leşenyuk vurğulayıb.

Siyasi elmlər namizədi, rusiyalı politoloq Dmitri Qradovun fikrincə, Lavrovun bəyanatlarının Rusiyanın MDB-dəki müttəfiqlərinin və tərəfdaşlarının iştirakı ilə səsləndirilməsi təsadüfi deyil. Bununla da Moskva eyni vaxtda bir neçə kresloda oturmağa çalışan, Qərblə sıx əməkdaşlıq mövzusunda danışıqlar aparan və görünüş xatirinə hələ də Moskvaya bir qədər loyallığını qoruyub saxlayan hər kəsə öz mesajını çatdırmağa çalışır.

“Müttəfiqlər düşərgəsini qoruyub saxlamağa və təhlükəsizliyini təmin etməyə çalışan Kremlin narahatlığı tamamilə başa düşüləndir, bir halda ki, Qərb həqiqətən də son illərdə Rusiya ətrafında yerləşən ölkələrdə siyasi sabitliyi pozmaq üçün daha çox səylər göstərməyə başlayıb və bu ölkələrin bir qayda olaraq, Rusiya ilə normal əməkdaşlığı və uzunmüddətli əlaqələri var. Fikrimcə, Ukraynadakı müharibə Qərbin Moskva ilə MDB ölkələri arasında münasibətlərə kifayət qədər açıq şəkildə zərər vurmağa başlaması üçün sadəcə əlverişli bəhanədir. Belə bir siyasət əvvəllər də Avropa və ABŞ tərəfindən aparılırdı və bu mənada bu böyük oyunçulara, ümumiyyətlə, yalnız bir şey lazım idi- Rusiyanın mümkün qədər çox müttəfiqini öz tərəflərinə çəkmək. Lakin indi Cənubi Qafqazda baş verənlər hiddətə səbəb olmaya bilməz. Aİ və ABŞ faktiki olaraq Cənubi Qafqazda yeni müharibəni qızışdırırlar”, - deyə politoloq əmindir.

Onun fikrincə, Qərb həm 44 günlük müharibədən əvvəl, həm də ondan sonra sülh təşəbbüsləri altında öz planlarının əsl məqsədini gizlədərək uzun müddət özünü göstərdi. Amma nəhayət, maskalar atıldı və indi aydındır ki, nə Brüssel, nə də Vaşinqton Azərbaycanın mövqeyinin ədalətli olması və ya mövqeyinin əsaslandırılması ilə maraqlanmır.

“Sual olunur, niyə Qərb Ermənistanı müdafiə etməlidir? Otuz ildən artıqdır ki, özü də işğalçı ölkə olan və Cənubi Qafqazda sabitliyi pozan bir ölkəni niyə müdafiə etmək lazımdır? İndi isə Azərbaycan regionda sülhü bərpa etməyə çalışarkən, İrəvanı sülhə çağıranda Aİ və ABŞ tam əksini göstərirlər- Ermənistana açıq dəstək ifadə edirlər, üstəlik, onlar onun iqtisadi artımını və hərbi potensialı dəstəkləmək və bərpa etmək niyyətindədirlər. Aydındır ki, belə aktiv dəstək sayəsində İrəvan yenidən Cənubi Qafqazda yeni eskalasiya planlarını həyata keçirəcək. Yəni, bu oyunda Qərb öz maraqlarını açıq şəkildə ortaya qoydu və təsdiq etdi ki, o, ölkələrin suverenliyinin, beynəlxalq hüquq prinsiplərinin qorunub saxlanmasında qətiyyən maraqlı deyil- bütün bunlar söz oyunudur və ən yaxşı halda ikinci dərəcəlidir.

Bununla belə, məncə, Lavrov öz mesajında ​​haqlıdır- belə siyasət demək olar ki, bütün hallarda uğursuzluğa məhkumdur. Fakt budur ki, Mərkəzi Asiya ölkələri Qərb “tərəfdaşlarının” oyun tərzini və onlarla mümkün qədər sıx əlaqələr qurmaq cəhdlərinin nəyə gətirib çıxardığını mükəmməl görürlər. Amma fakt budur ki, ölkələrin coğrafi mövqeyini dəyişmək mümkün deyil, Mərkəzi Asiya ölkələri onların Rusiya ilə sərhədlərə yaxın yerləşməsinin özəlliyini yaxşı bilirlər və hər bir əməkdaşlıq təklifi mikroskop altında araşdırılır, bütün risklər diqqətlə ölçülür.

Regionun geosiyasi yeri heç vaxt imkan verməyəcək ki, Mərkəzi Asiya xalqları Qərbin qurğuları və örtüyü altında yaşamağa köçsünlər- bu, məntiqsiz və əsassızdır. Əməkdaşlıq etmək olar, bəli, amma Qərbin vassalı olmaq- təbii ki, yox. Ola bilsin ki, bu gündəlik alqoritmi pozmağa çalışan yeganə oyunçu Ermənistandır ki, bu da açıq-aydın unikal erməni hərəkət və qərar qəbuletmə alqoritminə malikdir. Lakin 44 günlük müharibənin və hətta ötən ilin nəticələrinin nümunəsindən gördüyümüz kimi, erməni strateqlərinin dühası, bir qayda olaraq, uğursuzluğa düçar olur. İrəvan həmişə başqasının hesabına qazanmaq istəyir, amma təəssüf ki, bu, həmişə baş vermir”,- Qradov yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər