Siyasət

  • 879

Əli Kərimliinin siyasıətdən getməyə cəsarəti çata bilərmi? - ANALİZ

image

Hər bir məsələ qanunla tənzimlənir və qanunla öz həllini tapır. Qanundan kənar istənilən hal yol verilməzdir, bu hal cinayət məsuliyyəti yaradır. Təəssüflər olsun ki, bəzi özlərindən razı məxluqlar, xüsusilə də dağıdıcı müxalifət qanunlara əmələ etmək istəmirlər. Onlar daha çox qanunsuz vasitələrdən istifadə etməklə özlərini idarəedilməz məxluqlar kimi tanıtmış olurlar. Təbii ki, belə məqam da qanun öz sözünü deyir, hay-küy də bundan sonra başlayır. Həbs olunan kimi şəbəkənin fəalla trolları sosial şəbəkələrə çıxıb, dezinformasiya xarakterli informasiyalar statuslar yazır, videolara paylaşırlar.

Ənənələrinə uyğun olaraq yenə də 5 may mitinq şousunun baş tutmamasından sonra bütün varlıqları ilə qarayaxma kampaniyası təşkil ediblər. Guya Bakı şəhər icra hakimiyyəti onların sərbəst toplaşmaq hüquqlarını pozub. Lakin Ə. Kərimli, C.Həsənli, G.Hacıbəyli, F.Qəhrəmanlı, S.Həzi və digərləri anlamırlar ki mənasız hərəkətləri ilə özlərini cəmiyyətin gözündən salmış olurlar. Çünki ictimaiyyət görür ki, dağıdıcı müxalifət şəhərin mərkəzində aksiya keçirməyi israr edir. Halbuki, insanların və avtomabillərin sıx hərəkət etdiyi ərazilər də kütləvi tədbirlərin keçirilməsi yol verilməzdir. Dağıdıcı müxalifət isə ictimai maraqları və vacib hesab edilən qanuni tələbləri qəbul etmək istəmirlər. Əksinə görünən ondan ibarətdir ki, onlar növbəti mitinq şousu təşkil etməklə özlərini abırsız və həyasız küçə adamı kimi aparırlar. Söz yox ki, gözlənildiyi kimi dağıdıcı müxalifətin planlaşdırdığı aksiyanın baş tutmayacağı əvvəlcədən bəlli idi.

Birincisi, Azərbaycan cəmiyyəti dağıdıcı müxalifətin simasına və fəaliyyətinə bələd olduğundan, onların mövqelərinə hər hansı formada bölüşmürlər. İkincisi, AXCP, Müsavat, Milli Şura sosial baza baxımından ciddi problemlər yaşayırlar. Düzdür, planlaşdırılan, lakin keçirilməsi məqbul hesab edilməyən mitinq öncəsi bəzi trollar vəziyyəti dəyişməyə və aksiyaya insan cəlb etmək üçün geniş iş aparırdılar. Demək olar ki, sosial şəbəkələr gecə gündüz mitinqlərə çağırış xarakterli statuslar yazır, videolar paylaşırdılar. Lakin aydın təfəkkürlü, işıqlı sosial şəbəkə insanları dağıdıcı ünsürlərin statuslarını ironiya ilə qarşılayır, videolarını məsxərə obyektinə çevirdilər. Çünki əksər statusları yalvarış xarakterlidir.Başa düşmürlər ki, yalvarmaqla, ona buna pul verməklə sosial baza toplamaq mümkün deyil.

Zamanında Əli Kərimlinin liderinin dedyi, “Pul qoyub, pul götürmək olar, ancaq pul qoyub, siyasi divident qazanmaq olmaz” ....

Zamanın da elə Əli Kərimlinin lideri olmuş AXCP-nin mərhum sədri Əbülfəz Elçibəy başqa rəqib partiya sədrinə “Pul qoyub, pul götürmək olar, ancaq pul qoyub, siyasi divident qazanmaq olmaz” deyə bildirmişdir. AXCP –dəki trollar liderinin tövsiyyələrini belə qulaqardına vurduqlarını nümayiş etdirirlər. AXCP sədr müavini Seymur Həzi görün statusunda insanlara necə yalvarır: “Sona xala, Əhməd dayı xahiş edirik mitinqə gəlin”. Bu əndrabadi məxluq anlayır ki, yalvar yaxarla nəticə əldə edə bilməyəcəklər. Ona görə də, növbəti statusunda dövləti hədəf seçir: “Sona xala, Əhməd dayı etiraz edə bilmirsə, bu dövlət hüquqi dövlət sayıla bilməz”.

S.Həzinin mitinqlə bağlı daha çox can-fəşanlıq etməsi onu göstərir ki, Ə,Kərimli aksiyaya mitinqçi toplamaq tapşırığını ona verib. O da etimadı doğrulmaq üçün dəridən qabıqdan çıxır. Gah insanları mitinqə gəlmədiklərinə görə şantaj edir, gah yalvarır, gah da hakimiyyətə qarşı özünün belə anlamadığı əsasız iddialarla ittiham edir. Lakin bu məxluq qanmır ki, siyasi partiyalara üzv ürəkdən olmalıdır. İnsanların rəğbətini, etimadını qazanmaq lazımdır. AXCP sədri Əli Kərimli isə yanlış, milli maraqlara zidd siyasət aparmaqla və partiya funksionerləri yanlış mövqe ortaya qoymaqla özlərini ictimai rəyin gözündən salıblar. Nə qədər yalvar yaxar etsəniz və pul para xərcləsəniz də, ictimaiyyətin rəğbətini qazana bilməyəcəksiniz. Çünki batmaqda olan gəmini xilas etmək mümkün olmadığı kimi sizlərində ləkələnmiş imicinizi salfalşdırmaq mümkünsüzdür.

Çıxış yolu sizlərin siyasətə əlvida deməyiniz olar. Bu təbii ki sizlər üçün çətindir. Çünki dolanışığınız və yaşayışınız siyasət də mənasız yerə var-gəl etməyinizdən çıxır. Ancaq halallıqla, zəhmət çəkməklə pul qazanmaq və yaşayışını təmin etmək olar. Yetər ki cəhd edəsən və cəsarətli olasan. Düzdür bu yolu seçmək C.Həsənli, Ə.Kərimli, F.Qəhrəmanlı və digərləri üçün çətindir. Ömrü boyu siyasət adı altında satqılıq və xəyanət etməklə qrant alan şəxsin və ya şəxslərin birdən birə siyasətə əlvida deməsi çətin görünür. Lakin qeyd etdiyimiz kimi ictimaiyyətin qınağından və tənəsindən qurtulmaq üçün hər cür imkandan istifadə etməyə dəyər.

İLHAM ƏLİYEV

Digər xəbərlər