Siyasət

  • 659

Yeni və çevik iqtisadi yanaşmalar TƏHLİL

image

Prezident İlham Əliyev: "Biz neft və qazın satışından əldə edilən gəlirlərin əksər hissəsini sosial sahəyə yönəldirik"

Son dövrdə reallaşan kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat və ən əsası da xalq-iqtidar birliyi Azərbaycanın əsas inkişaf göstəriciləri sırasında olan amillərdir.Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı hər bir vətəndaşda gələcəyə daha da böyük inam və əminlik yaradıb. Prezident İlham Əliyev dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib.
Azərbaycanın uğurlu inkişafının təmin edilməsində və qarşıda duran bütün əsas vəzifələr uğurla icrasının təməlində düşünülmüş siyasət, həyata keçirilən islahatlar və dövlət proqramları dayanır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz Azərbaycanın dinamik inkişafının göstəriciləridir. Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir. Ölkəmizin istənilən bir sahəsində uğurları görmək mümkündür ki, bu da insanların firavanlığının təminində mühüm rola malikdir.

ÖLKƏDƏ 60-DAN ÇOX YENİ ELEKTRİK STANSİYASI İSTİSMARA VERİLİB

Ümumilikdə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, əhalinin nominal gəlirləri isə 10,5 dəfə artıb. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. Statistik rəqəmlərə əsasən. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "İqqtisadi göstəricilərimiz və sosial proqramlarımız gəlirlərin ədalətli şəkildə paylanmasını təmin etmək üçün neft və qaz vəsaitlərini yoxsulluq və işsizlik kimi məsələlərin həllinə yönəltdiyimizi aydın şəkildə göstərir. Enerji əməkdaşlığımıza başlayanda və neft satışından ilk gəlirləri əldə edəndə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi. Yəni, hər iki adamdan biri yoxsul idi. Qaçqınlar arasında bu göstərici 75 faizi ötürdü. ,,,Hazırda biz həmin göstəricini 5 faizə qədər azaltdıq. Eyni vəziyyət işsizlikdə müşahidə olunur".
Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Bütün bu və ya digər göstəricilər və statistik rəqəmlər deməyə əsas verir ki. Azərbaycan böyük bir ikkişaf yolu keçərək nufuzunu yüksəltmələy nail olub. Bu göstəricilər insanların rahatlıq və firavanlığını yüksəldib.


"ÖLKƏNİN İNKİŞAFINA TÖHFƏ VERMƏK ÜÇÜN GƏNC NƏSİLLƏR TƏLİMDƏN KEÇMƏLİDİR"

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb, təhsildə özəl sektor formalaşıb. "Peşə təhsilinə xüsusi diqqət yetiririk. Hazırda bütün ölkədə peşə təhsili mərkəzlərinin açılmasına dair xüsusi proqramımız var. Rayonların iqlim şəraiti və ya inkişaf istiqamətindən asılı olaraq məktəblər açırıq. Məsələn, biz turizm yerlərində turizm peşə məktəblərini açırıq. Digər yerlərdə, sənayeyə aid mərkəzlər açılır. Bu, müəyyən elementlərin toplusudur. Lakin, əlbəttə ki, əsas məqsəd təhsilin səviyyəsini bu gün olduğu kimi yüksək səviyyədə saxlamaqdır. Bu gün mütləqdir ki, ölkənin inkişafına töhfə vermək üçün gənc nəsillər təlimdən keçməlidir. Yadımdadır, ilk dəfə gənclərin xaricə təhsil üçün göndərilməsi proqramına başlayanda müəyyən fikir var idi ki, biz onların geri qayıtması üçün təminat almalıyıq, çünki bu cür olmasa, biz çox vəsait xərcləyəcəyik və onlar oxuduqları yerdə qalacaqlar. Dedim, yox! Bildirdim ki, biz ölkəmizdə elə şərait yaratmalıyıq ki, onlar qayıtmağa üstünlük versinlər. Beləliklə, hazırda mən görürəm ki, Birləşmiş Ştatlarda, Britaniya və Avropanın digər ölkələrində təhsil almış tələbələrin əksəriyyəti geri qayıdır. Bu, onu göstərir ki, biz düzgün yoldayıq. Biz daha ürəkdən çalışmalıyıq ki, gənc azərbaycanlılar ölkəni tərk etməsin, çünki bu, postsovet məkanında bir çox ölkələrdə problemlərdən biridir... Düşünürəm ki, bizim vəziyyət daha yaxşıdır, çünki ölkədə əhali çox olanda, siz daha güclüsünüz. Lakin siz onları işlə, evlə, layiqli şəraitlə, səhiyyə ilə təmin etməlisiniz və biz bu işləri görürük. Biz neft və qazın satışından əldə edilən gəlirlərin əksər hissəsini sosial sahəyə yönəldirik". Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib.


AZAD EDİLMİŞ ƏRAZİLƏRİMİZİN BƏRPASI DÖVRÜ

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, bizim ölkəmiz üçün yeni dövr başlayır: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq".
Əlbəttə ki azad edilmiş torpaqların dirçəlişi və reinteqrasiyası ümumilikdə ölkənin iqtisadi potensialının artmasına geniş imkanlar vəd edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqrammı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bölgədə müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 2021-ci ildən bu günədək 12 milyard manata yaxın vəsait ayrılıb. Bununla yanaşı, bərpa və quruculuq işlərinə özəl investisiya cəlb olunması əsas məqsədlərdəndir. İnvestisiya cəlbi ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məhsuldar ərzaq istehsalına əsaslanan dayanıqlı təcrübələrin tətbiqi, turizmin təşviqi və digər tədbirlər gerçəkləşdirilir.

"2022-2026-CI İLLƏR ÜZRƏ DÖVLƏT PROQRAMI"NA ƏSASƏN CƏBRAYIL, QUBADLI VƏ ZƏNGİLANA 40 MİN NƏFƏR KÖÇƏCƏK

Müvafiq Dövlət Proqramına əsasən 2022-2026-cı illərdə Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında 24 kənd, 5 qəsəbə və 3 şəhərin inşası planlaşdırılır. Hazırda Cəbrayıl şəhərində 712 mənzildən ibarət böyük bir kompleks artıq tikilir və 2 aydan sonra onun bir hissəsi təhvil veriləcək. Həmin bu kompleksə Cəbrayıl şəhərinin sakinləri qayıdacaqlar. Cəbrayıl rayonundakı kompleksə 712 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda Zəngilanda da böyük abadlıq-quruculuq işləri görülür. 13 binadan ibarət bir kompleks tikilir və sakinlərin 2024-2026-cı illərdə ora köçürülməsi planlaşdırılır. Rayonun Cahangirbəyli kəndində də hazırda tikinti işləri həyata keçirilir. Həmçinin 2024-2026-cı illərdə Cəbrayıl rayonunun Xorovlu qəsəbəsinə, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də artıq tikintilər başlanılıb və həmin bu kəndlərə də köç nəzərdə tutulur.
"2022-2026-cı illər üzrə Dövlət proqramı"na əsasən Cəbrayıl, Qubadlı və Zəngilana 40 min nəfər köçəcək. Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilər yaşıl zona elan edilib və bunun sayəsində bütün inzibati binalarda, qeyri-yaşayış sahələrinin üstündə günəş panelləri istifadə olunur.
Artıq soydaşlarımız azad edilmiş ərazilərdə salınan yeni yaşayış məskənlərində məskunlaşmağa başlayıblar.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər