Siyasət

  • 983

Qarşıya qoyulan məqsəd...

image

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirdi. Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə getdi. Qeyd etmək lazımdır ki, bu səfərin özəlliyi işğaldan yenicə azad etdiyimiz Füzulidən, Qarabağın hava qapısı olan Füzuli hava limanından birbaşa Avropanın mərkəzi Almaniyanın paytaxtı Berlinə edilməsi ilə bağlı idi. Füzulidən Berlinə ilk uçuş olduğu üçün bu səfər tarixi səfər kimi dəyərləndirilməlidir. Növbəti diqqət çəkən məqam isə səfərin məhz Almaniyaya edilməsidir. Çünki suverenliyimizin və bütövlüyümüzün tam təmin olunmasından sonra qalib Azərbaycan üçün yeni dövrün başlanğıcında keçirilən ilk Prezident seçkilərində qələbə çalan dövlət başçısı, müzəffər Ali Baş Komandan ilk xarici səfərini bu ilin fevralında məhz Almaniyaya etdi. Berlin dialoqunda, eləcə də 26 aprel tarixində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində aparılan müzakirələr Bakıda baş tutacaq COP29 üçün istiqamətləri müəyyən edib.

Xüsusi ilə qeyd etmək lazımdır ki, hazırda qlobal iqlim problemlərində iki istiqamət prioritetdir: 1. İqlim problemlərinin qarşısının alınması "yaşıl enerjiyə" keçidlə mümkündür; 2. İnvestorların "yaşıl enerji"yə kapital yatırması əhəmiyyətlidir və buna təşviq edilməlidirlər". Bu mənada Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışan və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olmağı qarşısına məqsəd kimi qoyub. Ölkə ərazisində 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Ölkə başçısı Berlində mətbuat konfransında çıxışı zamanı Avropa İttifaqının Energetika Komissiyasının Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirdiyini bildirdi. “Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul etmişlər. 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik”. Qeyd olunanlar həm ənənəvi enerji növləri, eyni zamanda, bərpa olunan enerji növləri ilə zəngin Azərbaycanın Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacağından xəbər verir.
Son olaraq qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Berlinə azad olunmuş ərazilərdən gedərək, buranın artıq tam təhlükəsiz bölgə olduğunu nümayiş etdirdi. Təbii ki, rəsmi Bakının hədəfi azad olunmuş əraziləri "yaşıl enerji zonasına" çevirməkdir və Prezidentin təkliflər portfelində də məhz investorları bu bölgəyə xüsusi bir xətlə keçib. Unutmaq olmaz ki, təhlükəsizlik məsələsi investorlar üçün vacib amildir. Deməli, müzəffər Ali Baş Komandan Avropanın mərkəzində Azərbaycanın torpaqlarının azad edildiyi, suverenliyinin bərpa olunduğu, təhlükəsizliyin təmin olunduğu mesajını praktiki olaraq Avropaya və investorlara çatdırmış oldu. Bu isə Avropanın fasiləsiz enerji təminatında xüsusi əhəmiyyətə malikdir.

İlqar İlyasov
YAP Laçın rayon təkilatının sədri

Digər xəbərlər