PDF Oxu

Siyasət

  • 2 079

Azərbaycanda vətəndaş həmrəyliyi yüksək səviyyədə təmin olunub

Azərbaycanda vətəndaş həmrəyliyi yüksək səviyyədə təmin olunub

Fikrət Əliyev: Vətəndaş həmrəyliyinin təmin olunmasında mühüm rol oynaya amillərdə biri də siyasi qüvvələrlə dialoq prosesinin uğurla davam etdirilməsidir

“Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan eyni zamanda demokratiya, insan haqlarının müdafiəsi və müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlığın qurulması istiqamətində uğurlu siyasət aparır. Hətta deyə bilərik ki, bu məsələlərdə Azərbaycan əksər ölkələr üçün bir nümunə təşkil edir”.
Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.O, qeyd edib ki, müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlığın qurulması, o cümlədən əldə edilən siyasi sabitlik kontekstində bu gün Azərbaycan Cənubi Qafqazda sabitlik adası kimi tanınır: “Bu da səbəbsiz deyil. Hazırda hər iki qonşumuzda, həm Ermənistanda, həm də Gürcüstanda daxili-siyasi vəziyyətdə gərginlik, hökm sürür. Bəzi xarici ekspertlər bu iki ölkədəki vəziyyəti hətta vətəndaş qarşıdurması kimi xarakterizə edirlər. Lakin Azərbaycanda siyasi sabitlik hökm sürür. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir. Eyni zamanda, dövlət və xalq üçün həyati əhəmiyyət kəsb edən məsələlərdə siyasi partiyalar da dövlətin yanında olur. Bir sözlə, Azərbaycanda vətəndaş həmrəylik yüksək səviyyədə təmin olunub”.F.Əliyev bildirib ki, vətəndaş həmrəyliyinin təmin olunmasında mühüm rol oynaya amillərdə biri də siyasi qüvvələrlə dialoq prosesinin uğurla davam etdirilməsidir: “Bu gün birmənalı olaraq qeyd edə bilərik ki, ölkədəki siyasi sabitliyin mərkəzində dayanan amillərdən biri də dövlətlə siyasi partiyalar arasında münasibətlərin normal əsaslarda davam etdirilməsidir. Təbii ki, bu məsələdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin öz işini uğurla qurması öz sözünü deyir”.V.Əliyevin sözlərinə görə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühiti təşviq olunur: “Dövlət başçısının rəhbərliyi ilə sözügedən istiqamətdə həyata keçirilən siyasətin reallşmasından məsul olan və Ədalət Vəliyevin rəhbərlik etdiyi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir. Hesab edirəm ki, siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüşün təşkili də bu istiqamətdə atılmış növbəti uğurlu addımdır”.

SƏBİNƏ

Digər xəbərlər