PDF Oxu

Siyasət

  • 1 597

Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

image

"30 illik işğal dövründə Ermənistan dövləti hər bir cinayəti törədərək Azərbaycan ərazilərində bir milyon yarımdan artıq mina basdırıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.O bildirib ki, bu mina terroru bu gün də davam etməkdədir: "44 günlük savaş bitəndən sonra bu günə qədər 360-a yaxın Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Azərbaycan dəfələrlə Ermənistandan minalanmış sahələrin xəritəsini tələb etsə də, Ermənistan, guya həmin xəritələri Azərbaycana təqdim etsə də, məlum oldu ki, əslində Azərbaycana təqdim edilən xəritələr düzgün xəritələr deyil. Bunların dəqiqlik səviyyəsi 25%-dir. Yəni bu o deməkdir ki, faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib. Bu da mina axtarılması və minalı sahələrin təmizlənməsi işini ciddi şəkildə ləngidən prosesdir. Bu vəziyyətdə Azərbaycanın minalanmış ərazilərinin təmizlənməsi təxminən 25 ilə qədər vaxt apara bilər. Bu proses uzana bilər. Bu prosesin başa çatması üçün olduqca böyük məbləğdə maliyyə vəsaitləri tələb olunur. Bu da hardasa 25-30 milyard dollar həcmində dəyərləndirilir. Təbii ki, bu, olduqca böyük vəsaitlərdir. Azərbaycan hələlik bunu öz gücü ilə həyata keçirməkdədir".Onun sözlərinə görə, bəzi dövlətlər - qardaş Türkiyə, müəyyən qədər Rusiyadan, Avropa İttifaqından, İngiltərədən müəyyən kiçik dəstəklər olsa da, böyük ölçüdə əsas ağırlıq Azərbaycan mina axtaranlarının və ANAMA təşkilatının üzərinə düşür: "Azərbaycanda artıq bu istiqamətdə vahid struktur ANAMA-nın timsalında formalaşdırılıb. O cümlədən müxtəlif hərbi qurumların tərkibində də mina axtaran qurupları yaradılıb ki, onlar da bu prosesə cəlb olunublar. Hesab edirəm ki, Azərbaycan-Ermənistan arasındakı aparılan sülh danışıqlarında bundan sonra da dəqiq xəritələrin Azərbaycana verilməsi məsələsi gündəmdə olmalıdır. Azərbaycan bunu tələb etməlidir. Eyni zamanda düşünürəm ki, məhz bu minalı xəritələrin verilməməsi və Azərbaycanın artıq 360-a yaxın vətəndaşının mina terrorunun qurbanı olması məsələsi də Ermənistanı beynəlxalq cinayət məhkəməsinə verməyə əsas yaradır. Azərbaycan həm də bu istiqamətdə gələcəkdə addımlar atmalıdır.Əlbəttə ki, minalı sahələrin təmizlənməsi böyük ölçüdə Azərbaycanın öz üzərinə düşüb. Amma beynəlxalq təşkilatlar, BMT, Avropa İttifaqı və digər bu işlərlə maraqlanan təşkilatlar, o cümlədən böyük dövlətlər də artıq bu mina terrorunun ciddiyətini qəbul etməli və Azərbaycana bu istiqamətdə lazımi dəstəyi verməlidirlər".
Müəllif: Söylü Ağazadə

Digər xəbərlər