PDF Oxu

Siyasət

  • 1 027

Təyyarə qəzasında insan tələfatı xəbərini təəssüf hissi ilə öyrəndim - Mahmud Abbas

image

Fələstin Prezidenti Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.SİA-nın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini təəssüf hissi ilə öyrəndim.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşərək, qardaş Azərbaycan xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, sağ qalan insanlara görə Uca Allaha şükür edir, yaralıların tezliklə sağalmalarını diləyirəm.

Allah Sizi və xalqınızı qorusun".

Digər xəbərlər