PDF Oxu

Siyasət

  • 2 407

Əli Kərimli siyasi dialoqdan niyə imtina edir? ANALİZ

image

Dağıdıcı müxalifətin xalqa, dövlətə zidd siyasət aparması dəyişməz olaraq qalır. Daha doğrusu, dağıdıcı müxalifət təxribatlar yaratmaq, pozuculuq aktları törətmək kimi əməllərindən əl çəkmir. Əksinə, daha geniş formada məkrli niyyətini həyata keçirməyə cəhdlər göstərir. Hətta o dərəcədə dağıdıcı siyasətə aludə olublar ki, sosial şəbəkələrdə dövlətçilik maraqlarına uyğun statuslar yazan, videolar paylaşanları hədəfə alıb, onları təhqir edir, haqlarında min cür ittihamlar irəli sürürlər. Vəziyyət o həddə çatıb ki, səhv yoldan dönüb, konstruktiv siyasətə meyil göstərən siyasilər də Əli Kərimlinin və ətrafında olan trolların hədəfinə çevrilir. Xüsusilə də, Müsavat partiyasının mayın 16-da Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə iştirak etməsi Əli Kərimli və trollarının Arif Hacılıya, İsa Qəmbərə, Gülağa Aslanlıya və digərlərinə qarşı ittiham irəli sürmələrinə fürsət yaradıb. Ə.Kərimlinin başıpozuq dəstəsi Müsavat funksionerlərini satqınlıqda, hakimiyyətlə işbirliyində və müxalifətçilikdən imtina etməkdə günahlandırırlar. Halbuki, bu görüş siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə xidmət edən görüş idi. Həm də nəzərə almaq lazımdır ki, dəfələrlə ölkə Prezidenti, Fateh Sərkərdə İlham Əliyev siyasi partiyalarla konstruktiv dialoqun qurulmasının vacibliyini bildirmiş və bu istiqamətdə vacib və əhəmiyyətli addımlar atıb. 2021-ci il martın 5- də keçirilən Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlham Əliyev siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu bildirdi: "Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Bu gün ölkəmizdə siyasi dialoq aparılır. Bu, çox təqdirəlayiqdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var". Mayın 16-da keçirilən görüş siyasi partiyaların dövlət orqanları ilə əlaqələrinin daha geniş və səmərəli qurulmasına və inkişaf etdirilməsinə mühüm tövhə idi.

Siyasi dialoq əlaqələrin inkişafına yeni töhfədir

Görüşdə Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası,Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, REAL Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası, Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, AĞ Partiyası, Azad Vətən Partiyası, Müasir Müsavat Partiyası, Gələcək Azərbaycan Partiyası, Yeni Zaman Partiyası və Müsavat Partiyası iştirak ediblər. İştirakçıların hər biri görüşlə bağlı müsbət fikirlər ifadə etmiş və belə təmasların vaxtaşırı aparılmasının vacibliyini söyləmişlər. Əli Kərimli isə çoxluğun əsaslı mövqeyinin əksinə olaraq sərsəm yanaşmalar ifadə edir. Trolları sosial şəbəkələri zəbt edərək görüşdə iştirak edənləri xəyanətkar adlandırırlar. Görünən ondan ibarətdir ki, siyasi partiyalar arasında daha çox hədəfdə Müsavat partiyasıdır. Ə.Kərimli Müsavatı gözdən salmaq və yeni başqan İsa Qəmbəri ləkələmək üçün hər cür vasitə və üsullardan istifadə edir. Hətta həbsdə olan müsavatçı Tofiq Yaqublu vasitəsi ilə İ.Qəmbəri təhqir etdirməkdən belə çəkinmir. Tez-tez sosial şəbəkələrdə paylaşımlar edirlər ki, guya T.Yaqublu Müsavat partiyasının siyasi partiyaların dövlət orqanları ilə keçirilən görüşünə qatılmasından qəzəblənib və qəzəbinin detallarını nümayəndəsi vasitəsi ilə İ.Qəmbərə çatdırıb. AXCP sədr müavini Seymur Həzi T.Yaqublunun nümayəndəsinin təhrif olunmuş fikirləri əsasında paylaşdığı statusunda qeyd edir ki, T.Yaqublu Prezident Administrasiyasının siyasi partiyalarla təşkil etdiyi məlum görüşdə Müsavar Partiyasının iştirakını televizorda izləyib. S.Həzi yazır ki, T.Yaqublu kadrları seyr etdikdən sonra bu qənaətə gəlib ki, Müsavat partiyası həqiqi müxalif mövqeyindən uzaqlaşmağa başlayıb.

Əgər Ə.Kərimli həyasızlıq edib görüşə qatılmağa cəsarət etsə idi, siyasi partiyalar ona etiraz edər və zaldan qovulmasını tələb edərdilər

AXCP-nin digər müavini F.Qəhrəmanlı isə sərsəm ifadələrlə çıxış edir. Deyir ki, “AXCP-siz görüs nə deməkdir?”. Bu məxluq anlamır ki, AXCP-siz görüşün keçirilməsi faciə deyil. Əksinə, siyasi partiyalara, ümumilikdə cəmiyyətə rahatlıq gətirir. Çünki cəmiyyət sual edə bilərdi ki, satqın və xəyanət yolu tutan AXCP hansı haqla siyasi dialoqun iştirakçısı olur? Digər tərəfdən düşünmürəm ki, siyasi partiya funksionerləri AXCP kimi Fransa casus şəbəkəsinə yardımçı olan, “PKK”-nın əsas ideoloqlarından olan Səlahəddin Demirtajla əməkdaşlıq edən bir şər yuvasının aralarında görmələrini arzu etsinlər. Əminliklə o fikri vurğulamaq olar ki, əgər Ə.Kərimli həyasızlıq edib görüşə qatılmağa cəsarət etsə idi, siyasi partiyalar ona etiraz edər və zaldan qovulmasını tələb edərdilər. Bu baxımdan yaxşı ki, AXCP görüşə qatılmadı və bu da görüşdə siyasi partiyalarla dövlət orqanlarının təmsilçiləri arasında konstruktiv müzakirələrin aparılmasına və sonda hər kəsi məmnun edəcək qərarın qəbul edilməsinə imkanlar yaratdı.

İLHAM ƏLİYEV

Digər xəbərlər