Siyasət

  • 3 830

Misirli analitik: “Əliyev heç vaxt hansısa ölkəyə boş yerə səfər etmir” - MÜSAHİBƏ

image

Misirli analitik, beynəlxalq biznes üzrə ekspert Taimur Dvidar “Caliber” analitik mərkəzinə müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim eidrik.

- Azərbaycan Prezidenti İlham Əliyev Misirə rəsmi səfərə gəlib. İki ölkə hansı sahədə əməkdaşlıq edə bilər?

-Hesab edirəm ki, Azərbaycan Prezidentinin Misirə səfərinin də öz mühüm ilkin şərtləri var. Bu gün Azərbaycan dünyada siyasi və iqtisadi təsirini sürətlə artırır və mənə elə gəlir ki, yaxın gələcəkdə ölkəniz nəinki Cənubi Qafqaz regionunda, həm də Yaxın Şərq regionunda çox mühüm iqtisadi oyunçuya çevriləcək. İlham Əliyevin Qahirəyə səfəri də şübhəsiz ki, bununla bağlıdır.

Gördüyüm ikinci mühüm səbəb Azərbaycan investisiyalarının Misirə cəlb edilməsidir. Fakt budur ki, dünyada tamamilə bütün qabaqcıl texnologiyalar Misirdə tələb olunur və buna xüsusi diqqət yetirilir. İndi isə Misirdə həyata keçirilən layihələr bunun əyani təsdiqidir: bunlar dəmir yolu və aviasiya infrastrukturu və digər sahələr üzrə layihələrdir. Yalnız dəmir yolu mövzusundan danışırıqsa, bu həm adi dəmir yolları, həm də yüksək sürətli və ya monorelsli yollardır. Hazırda Misirin müxtəlif meqalayihələrinə sözün əsl mənasında milyardlarla dollar sərmayə qoyan digər iri investorlarla birlikdə Azərbaycan burada ciddi oyunçu ola bilər.

İkinci ilə səsləşən üçüncü mühüm məqam: Misir əsl neft və qaz xəzinəsidir və burada daima yeni enerji yataqları tapılır və bu mənada Azərbaycan bu sahədə Misir üçün axtarılan ekspert kimi çıxış edə bilər və onları inkişaf etdirə bilər.

Ümumiyyətlə, demək yerinə düşər ki, bu gün Bakı ilə Qahirə arasında münasibətlərin qurulması çox böyük müsbət addımdır. Ümumiyyətlə, Misirin çoxlu özünün inkişaf etmiş texnologiyaları, yüngül və orta sənayenin yüksək inkişaf etmiş sektorları var, yeri gəlmişkən, dünya bazarında tez-tez türk şirkətləri ilə rəqabət aparır. Bütün bunlar Bakı üçün maraqlı ola bilər.

Mübaliğəsiz bu səfəri tarixi adlandırmaq olar, çünki hələ orta əsrlərdə Bakı, İstanbul və Misir şəhərləri arasında mühüm ticarət və mədəni əlaqələr mövcud idi və karvanlar şəhərdən-şəhərə uzunmüddətli səyahətlər edirdilər. Və ümid edirəm ki, səfər qarşılıqlı sərmayələr üzrə dialoqla yekunlaşmayacaq, Misir və Azərbaycan arasında böyük mədəni qarşılıqlı əlaqənin başlanğıcı olacaq.

— Azərbaycan Misirə investisiyalardan və enerji sənayesindəki təcrübəsindən başqa nə təklif edə bilər?

— Beynəlxalq biznes sahəsində mütəxəssis kimi qeyd edə bilərəm ki, Azərbaycan, mənim fikrimcə, indi istənilən regionda, sözün əsl mənasında, bizim gözümüzün önündə ölkə üçün çox perspektivli tərəfdaşdır, öz şirkətləri, insanı ilə bütöv bir təbəqə formalaşır; beynəlxalq bazarlara böyük kommersiya, ticarət, istehsal və maliyyə ekspansiyasının həyata keçirilməsi üçün resurslar, yaradıcı ideyalar. Mən Azərbaycan biznesi üçün ciddi uğurlar proqnozlaşdırıram və mən özüm də bu istiqamətdə sizin şirkətlərlə əməkdaşlığa hazıram.

Təbii ki, hiss olunur ki, bugünkü Azərbaycanın potensialı öz regionunun coğrafiyasından qat-qat genişdir, deyək ki, dünyanı heyrətləndirəcək bir şey var; Bunlara yüngül və kimya sənayesinin brendləri, iqtisadiyyatın bütün sahələrində- qidadan geyim istehsalına qədər innovasiyalar daxildir. Bu sahələrdən olan bir sıra Azərbaycan şirkətləri artıq daxili bazarı fəth edib, postsovet məkanında, xüsusən də Rusiya bazarlarında özlərini çox yaxşı sübut ediblər, lakin hiss olunur ki, onlara burada da darısqaldır, daha böyük potensiala malikdirlər, onlar böyük beynəlxalq bazarlara çıxmağa çalışırlar, lakin burada müəyyən çətinliklər var. İstər ərəb, istər ingilis, istərsə də başqa bazarlarda məhsulunuzu tanıtmaq üçün təcrübə lazımdır, bu həmişə kifayət etmir, çünki burada Azərbaycan şirkətlərinin öz fərdi yanaşmaları ilə eyni savadlı marketinqdən istifadə etməsi çox vacibdir. Beləliklə, bu şirkətlər üçün Misir bazarı çox perspektivlidir.

Ümumiyyətlə, bütün əməkdaşlıq üçün çox mühüm bir faktı qeyd etmək yerinə düşər- Azərbaycan üçün Misir həm ərəb dövlətləri, həm Şimali Afrika dövlətləri, həm də ümumilikdə bütün Afrika bazarına daxil olmaq üçün real pəncərədir. Həm regionun bütün ölkələrinin marağını cəlb etmək üçün uğurlu, bariz nümunə baxımından, həm də logistikanın özü baxımından. Xatırladım ki, Misir öz iqtisadi statusunda bu gün qlobal, azad ticarət və azad iqtisadi zonaların yaradılması baxımından Yaxın Şərqdə Sinqapur təcrübəsini kifayət qədər uğurla kopyalayır. Fakt budur ki, inkişaf illəri ərzində Misir Aİ, Hindistan və Afrika da daxil olmaqla, dünyanın 80-ə yaxın ölkəsi ilə pulsuz rüsumsuz ticarət haqqında çoxlu müqavilələr bağlayıb. Kobud şəkildə desək, azad iqtisadi zonanın olduğu Süveyş kanalı zonasında müəssisənizi yaradanda məhsullarınız Aİ bazarlarına və digər iri beynəlxalq bazarlara rüsumsuz çıxır. Üstəlik, bütün bunlar Avropaya və bizim regiona Sinqapurdan qat-qat yaxındır və müvafiq olaraq, bütün bunlar iqtisadi baxımdan xeyli sərfəlidir.

— Səfərin məhsuldarlığına sırf siyasi nöqteyi-nəzərdən baxsaq necə olar?

— Bu rakursdan baxsanız, Bakı ilə Qahirə arasında təmas çox düzgün, doğru zamanda baş verir və təbii ki, bu, Yaxın Şərqdəki vəziyyət, onun münaqişə komponenti, cənab Əliyevin Yaxın Şərqlə şəxsi əlaqələri ilə bağlıdır. Hər kəsin öz prezidentilə öyünə bilmədiyi Şərq ölkələri, o cümlədən Bakı ilə Moskva arasında sıx əməkdaşlıq düsturu Qahirə üçün maraqlı ola bilər.

Təbii ki, Bakı ilə Ankaranın indiki əlaqələri çox önəmlidir, yuxarıda qeyd etdiyim kimi, onlar uzun müddət bir yerdə olublar və bir-biri ilə fəal əməkdaşlıq ediblər. Digər məsələ odur ki, biz uzun əsrlərdən sonra müxtəlif vektorlara səpələnmişik. İndi bu münasibətlər bərpa olunur, biz yenidən yaxınlaşırıq, lakin yeni zaman kontekstində bu amil tamam başqa məna kəsb edir. Ona görə də hesab edirəm ki, səfərin son dərəcə mühüm geosiyasi əhəmiyyəti var, bir sıra yeni siyasi formullar və konfiqurasiyalar yaradır. Qlobal siyasi qeyri-sabitlik şəraitində, xüsusilə Şərqlə Qərb arasında mövcud münasibətlər fonunda yaranan ittifaqlar çox vacibdir.

— Əvvəlki sual kontekstində, regiondakı münaqişələr və təhlükələrdən artıq danışmağa başladığımıza görə, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq mümkündürmü?

- Məncə, olduqca mümkündür. Misirin öz silahlarını istehsal etmək və satmaq təcrübəsi var. Bu, əsas regional oyunçudur, Misir yaxşı sənaye hərbi bazasına, həm şərq, həm də qərb bloklarından tamamilə fərqli silah sistemlərinin inteqrasiyasında zəngin təcrübəyə malikdir. Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi kontekstində belə təcrübə Bakı üçün maraqlı ola bilər.

Səfərin potensialından danışarkən bir daha qeyd etmək istərdim ki, Azərbaycan Misir üçün çox maraqlı və praqmatik tərəfdaşdır və Azərbaycan Prezidenti heç vaxt müəyyən ölkələrə bu cür, rəsmiyyət və şou üçün səfər etmir, ona görə də mən Bakı və Qahirənin mövqelərinin yaxınlaşmasından böyük qayıdış, çoxlu maraqlı xəbərlər gözləyirəm.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər