Siyasət

  • 1 291

Nasistlər nüvə silahı əldə edə bilər TƏHLİL

image

Bir qədər əvvəl belə məzmunlu məqalə ilə çıxıış edərək bildirmişdim ki, Avropanı tədricən öz təsir dairəsinə almaqda olan faşist ideologiyasının daşıyıcısı olan toplumlar insanlıq üçün təhlükə mənbəyinə çevirilirlər. Təəssüf ki, həyəcan təbili bir o qədər effektli olmayıb. Nədən ki, faşist ideologiyasının daşıyıcısı olanlar məsələyə münasibət bildirməklə diqqətləri öz üzərlərinə çəkmək istəmirlər. Sadəcə susurlar və gizli şəkildə öz məkrli və dünyanın sonunu gətirə biləcək siyasətlərini davam etdirirlər. Bununla paralel olaraq kütləvi şəkildə silahlanırlar. Nəzərə almaq lazımdır ki, Hitler faşizmi də tədricən silahlanma həyata keçirdi və gözlənilmədən meydana çıxıb dünyanı sarsıdan, insanlığı qanda boğan fəaliyyət yolu tutdu. Nəticədə dünyanın 60-a yaxın ölkəsi dağıntılara məruz qaldı, 70 milyon insan isə həyatını itirdi. Bu baxımdan günün birində Almaniyada gizli fəaliyyət göstərən faşiştlər meydana çıxıb Hitlerin insanlıq və bəşəriyyət əleyhinə olan əməllərini davam etdirə bilərlər. İndiki hakimiyyətin də faşistlərin yanında ola biləcəyi şübhələri var. Çünki İkinci Dünya müharibəsindən bu günə qədər Almaniyada hakimiyyətə gələn şəxslər bir dəfə də olsun dünya xalqlarından Hitlerin əməllərinə görə üzr istəməyiblər. Bu isə dolayısı ilə nasistlərə haqq qazandırılması deməkdir. Digər tərəfdən görünən ondan ibarətdir ki, Almaniyada hakimiyyətdə olmuş rejimlər münaqişəli bölgələrdə qanlı qırğınların daha da qızışdırılması üçün müəyyən tərəfə maliyyə və hərbi yardımlar göstərirlər. Ukrayna-Rusiya müharibəsində birinciyə milyardlarla dəyərində silah-sursat dəstəyi göstərməsi, Liviyada, Əfqanıstanda, İraqda döyüşən qüvvələrə hər cür yardımlarını göstərməsi qeyd olunan qorxulu planların tərkib hissəsi sayıla bilər. Təəssüflər olsun, sivil dünyanın sadəlövh insanları sanki gözlənilən fəlakətin fərqində deyillər. Anlamırlar ki, Hitlerin nəvələri onun ideologiyasını bərpa etməyə başlayırlar. Başa düşmürlər ki, artıq nasistlər peyda olur və onlar dünyanı yeni müharibələr və münaqişələrlə hədələyirlər. Əgər nasistlər nüvə silahı əldə etsələr, dərhal ondan insanlıq əleyhinə istifadə edə bilərlər. Bəlkə də artıq niyyətlərini reallaşdırmaq üçün genişmiqyaslı gizli işlər həyata keçirirlər. Hər il Almaniyanın dövlət büdcəsindən 35-40 milyad dollar faşist ideologiyasının təmsilçilərinə ayrılması təsadüfi sayıla bilməz. Yəni ehtimal ki, ayrılan maliyyə vəsaitləri nüvə silahının hazırlanmasına xərclənilir. Hətta 2024-cü ilin fevralın 27-də dünyanın bir sıra nüfuzlu nəşrlərində belə bir informasiya dərc olundu ki, Almaniya nüvə silahı istehsal etməyi planlaşdırır. Bu isə təhlükədən də təhlükəlidir. Çünki Almaniyanın nüvə silahına malik olması bəşəriyyətə bəlalar gətirə bilər. Bir növ Almaniyanın faşist təmayüllü qüvvələrinin əlində atom bombası olması terrorçuların nüvə silahı ilə bəşəriyyəti hədələməsi deməkdir. Kim qarantiya verə bilər ki, sabah faşist ideologiyası ilə “silahlan”mış Hitlerin nəvələri İkinci Dünya müharibəsində reallaşdıra bilmədikləri bəd niyyətlərini həyata keçirmək üçün nüvə silahından istifadə etməyəcək? Təbii ki, atom bombasından istifadə edilməsi dünyanın sonunu gətirəcək. Bunun real və qaçılmaz olduğunu dünya xalqları dərk etməlidirlər. Eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar bəşəriyyəti gözləyən dəhşətli fəlakətin ağırlığını anlamalıdırlar. Almaniyanın dövlət səviyyəsində faşizmin inkişaf etdirilməsi və yayılmasına dəstək verilməsi və inkişaf etdirilməsi onu deməyə əsas verir ki, bəşəriyyətimiz təhlükə ilə üz-üzədir. Hər anaə dünya müharibəsi baş verə bilər. Əgər faşizm atom silahını əldə edə bilsə, indidən dünyanın sonu çatdığını demək olar. Əgər üçüncü dünya müharibəsi baş versə, dünyanın varlığı şübhə altında qalacaq. Nəzərə almaq lazımdır ki, İkinci Dünya müharibəsi Birinci Dünya müharibəsinindən dağıdıcı xarakterinə görə daha amansız olmuşdur. İkinci Dünya müharibəsində 70- ə yaxın dövlət iştirak etmişdir ki, insan itkilərinin sayı 70 milyon olmuşdur. İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başladı. Daha sonra müharibə bütün Avropaya yayıldı. Müharibəni başlatmaqla Faşist ideoloqları elə hesab edirdilər ki, 3 həftə ərzində hədəflərinə çatacaqlar. Lakin müharibə 6 ilə qədər uzandı. Faşistlər özlərini ali irqin nümayəndələri hesab edirdilər. Bu tezis Adolf Hitlerin “Mayn kampf” kitabında ifadə edilmişdi. Hitlerin ideologiyasına görə, ari-almanların başçılığı ilə ari irqinin dünya hökmranlığı, dünyanın irqi prinsip üzrə iyerarxik strukturunun qurulması.

Hitlerin nəvələri iş başındadır

İkinci Dünya müharibəsini başlamaqla faşist Almaniyası bəzi ölkələri öz ərazisinə qatmağı planlaşdırırdı. Yəni Almaniyanın strateji və iqtisadi mövqelərinin yaxşılaşdırılması və gələcəkdə Avropada əsas rəqibləri olan Sovet İttifaqı, Fransa və İngiltərəyə qarşı mübarizə aparmaq məqsədilə Mərkəzi, Şərqi, Cənub-Şərqi və Şimali Avropanın kiçik dövlətlərinin “sülh” və ya hərbi vasitələrlə özünə birləşdirmək.Faşistlərin məqsədlərindən biri də ondan ibarət idi ki, Şərqdə “həyat sahəsi”ni genişləndirmək və Sovet İttifaqını dağıtmaq. Eyni zamanda müttəfiq hesab etdiyi İtaliya ilə birgə Şimali Afrika ölkələrini ələ keçirməklə müstəmləkəçi Almaniya imperiyasını yaratmaq, Yaxın Şərqin neftlə zəngin olan rayonlarına çıxış əldə etmək və Hindistana müdaxilə etmək. Fransanı dağıtmaq və bütövlükdə Qərbi Avropanı ələ keçirmək, növbəti mərhələdə isə Sovet İttifaqını məhv etmək üçün həlledici ilkin şərtləri yaratmaq məqsədilə İngiltərəni tabe etdirmək. Bu, iki qitədə ekspansiya siyasətinin davam etdirilməsinin əhəmiyyətli şərti olardı. O dövrdə bəzi ölkələr müharibədən qaçmağa və ya rəqiblərini bir-birinə qarşı qoymaqla zəiflətməyə çalışırdılar. Belə ki, ABŞ və İngiltərənin planı ondan ibarət idi ki, Almaniya ilə Rusiyanı ölümcül savaşa sürükləmək, müharibə yolu ilə Fransanı zəiflətmək, müharibədən sonrakı Avropa üzərində nəzarəti təmin etmək, Afrikada və Asiyada müstəmləkə torpaqlarını qoruyub saxlamaq idi. Sovet ittifaqının planları mövcud idi. Moskva çalışırdı ki, Avropada kollektiv təhlükəsizlik sistemini yaratmaq, ölkəni təcavüzə qarşı müqavimət göstərməyə hazırlamaq, Qərb ölkələri ilə Yaponiyanın vahid antisovet cəbhəsini yaratmasına yol verməmək. İlkin mərhələdə nasist Almaniyasının niyyəti heç də sovet ittifaqına hücum etmək deyildir. Bu baxımdan da 1939-cu ilin avqustun 23-də SSRİ- i ilə Almaniya arasınada 10 il bir-birinə hücum etməmək haqqında müqavilə imzaladı. Lakin sonradan vəziyyət dəyişdi və 1941-ci ildə Almaniya SSRİ-yə hücum etdi. Hitler hesab edirdi ki, Sovet ittifaqını qısa müddətdə məğlub edəcək və bundan sonra dünyada hegemonluq iddiasında olan ABŞ-ı cəzalandırmaq üçün hərəkətə keçəcək. Lakin Hitlerin planları Mosvanın 25 kilometrliyində alt-üst oldu. Sonrakı mərhələdə isə nasistlər geri çəkilib məğlub oldular.

Nasistlər Almaniyada hakimiyyətə gəlməyə hazırlaşırlar

Ortada olan faktlar da təsdiq edir ki, Almaniya, Fransa, Ermənistan kimi quruluşlar bəşəriyyətin varlığına təhlükə mənbəyidirlər. Ən dəhşətlisi və qorxulusu isə Almaniyadır. Çünki son 300 ildə dünyada 26 dağıdıcı gücə malik müharibələr baş verib, onun 19-u Almaniya tərəfindən törədilib. Bu zaman dünya əhalisinin 223 milyonu həyatını itirib. Təkcə ötən əsrdə iki dəfə dünya müharibəsi baş verib ki, hər iki müharibənin müəllifi Almaniya olub və nəticədə hər iki savaş nəticəsində 105 milyon insan ölüb, 145 milyon isan isə yaralanıb. İkinci Dünya müharibəsi zamanı ən rüsvayçı məğlubiyyəti Fransa yaşamışdır. Demək olar ki, Hitler Fransa hakimiyyətini əzərək, təhqiramiz təslimçilik aktını imzalamağa məcbur etmişdir. Bu rüsvayçı məğlubiyyətin acı nəticələrini bu gün də fransızlar yaşamaqdadırlar. Hələ də fransızlar Hitlerin fransız generallarını dizi üstə dar, balaca vaqonda təslimçilik aktını imzalamağa məcbur etməsini unuda bilmirlər. O zaman, yəni 1940-cı il, mayın 10-da faşistlər Fransanı, Belçikanı, Niderlandı, Lüksemburqu işğal etmək üçün hərəkətə keçdi. Həmin ilin iyunun 9-da almanlar böyük qüvvə ilə hücum edib, şəhərin əsas hissəsini işğal etdilər. 22 iyun tarixində isə Fransa rüsvayçı formada diz çöküb təslim oldu. Bu biabırçılığı daha da dərinləşdirmək üçün Hitler daha amansız fəaliyyət həyata keçirdi. O bunun Birinci Dünya müharibəsində Fransanın Almaniyaya yaşatdığı rüsvayçı təslimçilik aktının qisasını almağa çalışdı. O dövrdə, yəni 1918-ci ilin noyabrın 11-də fransalı marşal Ferdinant Foşun almanları Kompeyn meşəsindəki mənzil-qərargahında tarixə “Kompeyn müqaviləsi” kimi düşən müqaviləni imzalamağa məcbur etmişdir. Vaqonda imzalanan bu müqavilə almanların alçaldılması olaraq dəyərləndirilir. İndinin özünə qədər almanlar bu rüsvayçılığı özlərinin bir millət olaraq fransızlar tərəfindən təhqir edilməsi kimi dəyərləndirirlər. Lakin Hitler qısa müddətli də olsa, bu rüsvayçılığın qisasını almağa müvəffəq oldu. Fransa üç həftəlik müqavimətdən sonra təslim olduqdan sonra Hitler əmr etdi ki, həmin vaqon tapılıb, təslimçilik aktının imzalanmasına hazırlansın. Belə də oldu. Almanlar artıq yararsız hala salınmış vaqonu tapıb, təmir etdilər, hətta 11 noyabr 1918-ci ildə “Kompeyn müqaviləsi” zamanı çəkilmiş fotolar arxivlərdən tapılaraq vaqonun divarlarına vurulub. Vaqon 1918-ci ildə olduğu kimi eyni yerə, Parisdən 70-80 kilometr aralıda yerləşən Kompeyn meşəsinə aparılıb. Fransızların təhqir edilməsi mərasiminə Hitler özü qatılıb. Onu Almaniyanın xarici işlər naziri Ribbentrop, partiya üzrə müavini Qess, Vermaxtın qərargah rəisi Keytel, Parisin alınmasında qoşunlara rəhbərlik etmiş generallar və digər yüksək vəzifəli şəxslər iştirak etmişlər. Diqqətçəkən məqam ondan ibarətdir ki, 1918-ci il 11 noyabrda marşal Foşun əyləşdiyi kresloda əyləşən A.Hitler Fransa tərəfini ruhən və mənən alçaltmaqla onları kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Təslimçilik aktının imzalanmasından sonra Hitlerin əmri ilə “Kompeyn vaqonu” Almaniyaya aparılıb və Berlin şəhərinin mərkəzi meydanında xalqına nümayiş etdirilib. Fransanın diz çökdürülməsi münasibəti ilə Almaniyada bir həftə bayram tədbirləri keçirilib. Lakin bu bayramlar və Avropanın az qala yarısının işğal edilməsi almanlara baha başa gəldi. 1941-ci il iyunun 22-də faşist Almaniyası 15 respublikasının birliyindən yaranan SSRİ-yə hücum etdi. Qısa müddətdə ölkənin bir sıra şəhərlərini işğal etdi. Hətta almanlar Moskvanın 5 kilometrliyinə qədər yaxınlaşmağa müvəffəq olmuşdular. Lakin əks hücuma keçən sovet qoşunları almanları Moskvadan 250 kilometr uzaqlaşdıra bildilər. Sonrakı sürətli hücumlar nəhayət Almaniyanın məğlub olması və təslim aktını imzalaması ilə başa çatdı. İkinci Dünya Müharibəsində Azərbaycan xalqı böyük qəhrəmanlıqlar göstərmişdir. Müharibəyə yollanan 600 min azərbaycanlıdan 3000 mini həyatını itirib. Döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox oğul və qızı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. O zaman cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Söz yox ki, bu dəstək olmasa idi Sovet ittifaqının faşist Almaniyası üzərində qələbəsi çətin olacaqdı. Azərbaycan xalqının fədakarlığı, oğullarının qəhrəmanlığı nəticəsində Sovet İttifaqı Almaniyanı təslim olmağa vadar etdi. Təəssüflər olsun ki, müharibədən sonra bir sıra şəhərlərə “qəhrəman şəhər” adı verilsə də, Bakı o siyahıda yer almadı.

Bir sözlə, hazırkı dünyamız yenidən faşistlərin məkrli fəaliyyəti ilə üz-üzə qalıb. Hətta ehtimallar var ki, növbəti seçkilərdə nasistlər hakimiyyəti zəbt edə bilərlər. Ona görə də, bəşəriyyət vəziyyətin ağırlığını dərk etməli faşizmin beşikdcə boğulması üçün təxirəsalınmaz tədbirlər görməlidir. Tərəddüdlər və gözləmə mövqeyi tutmaq dünya üçün böyük fəlakətlər yarada bilər. Hələlik isə, görünən ondan ibarətdir ki, Almaniya sürətlə silahlanır və müxtəlif dağıdıcı gücə malik silahlar istehsal edir. Hazırda Almaniya silah istehsalına və satışına görə dünyada 4 - cü yerdədir. Yaxın və uzaq mənzilli silahlar istehsal edir və bu silahları münaqişə aparan dövlətlərə satır. Silah tədarükünü artırmaqla Almaniya dünyaya meydan oxuyur. Nüvə silahı əldə etsə, vəziyyət nasistlərin istəklərinə uyğun cərəyan etmiş olacaq. İtirən, dağıntılara və insan itkilərinə məruz qalan isə dünyamız olacaq. Yəni fəlakət dünyanın hər bir ailəsinin şəhərində, qəsəbəsində, kəndində, belə demək mümkünsə qapısı önündədir. İnsanlığın və bəşəriyyətin xilası naminə birliyə və həmirəyliyə ehtiyac var, həmrəy olaq və faşizmə qarşı birgə mübarizə aparaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər