Rusiya ombudsmanı Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin saxlanmasının qanuniliyinin və onların hüquqlarına riayət olunmasının yoxlanılması tələbi ilə RF Baş Prokurorluğuna vəsatət göndərib. SİA xəbər verir ki, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, iyunun 27-də Yekaterinburqda Azərbaycan diasporunun üzvlərinin saxlanılması ilə bağlı araşdırma aparılması üçün Rusiya Federasiyasının Baş Prokurorluğuna vəsatət göndərilib.Söhbət həbsin qanuniliyinin və əsaslı olmasının yoxlanılması, habelə cinayət işi üzrə şübhəli və zərərçəkmiş şəxslərin hüquqlarına riayət olunmasından gedir.Moskalkova onu da qeyd edib ki, o, Sverdlovsk vilayəti üzrə ombudsman Tatyana Merzlyakova ilə daimi əlaqə saxlayır, sonuncu isə, öz növbəsində, hüquqşünaslar və Azərbaycan diasporunun nümayəndələri ilə sıx əməkdaşlıq edir. Bir müddət əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinin saxlanması, ölümü və bədənə xəsarət yetirilməsi hallarının aydınlaşdırılması ilə bağlı Tatyana Moskalkova ilə əlaqə saxlayıb.