Siyasət

  • 2 477

Türk əməkdaşlığının gücləndirilməsi daha sabit və çiçəklənən regionun inkişafına xidmət edir ŞƏRH

image

2024-cü il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi görüşü Türk dünyasının siyasi arenasında əlamətdar hadisəyə çevrildi. Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Macarıstan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti liderlərinin, həmçinin TDT-nın Baş katibinin iştirak etdiyi görüş Türk xalqları arasında artan həmrəylik və əməkdaşlığın simvolu oldu. Görüşün məhz Şuşada keçirilməsi Türk xalqlarının birlik və həmrəyliyinin güclü siqnalı olmaqla yanaşı, dirçəliş və regionun inkişafında yeni mərhələnin göstəricisinə çevrildi. Bu o deməkdir ki, 2020-ci ildə erməni işğalından azad edilən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bütün Türk xalqları üçün dərin mənəvi əhəmiyyətə malikdir. Bu görüşdə “Qarabağ Bəyannaməsi”nin imzalanması Türk xalqlarının dayanıqlı gələcəyin qurulmasında birliyini və əzmini vurğulayan əsas hadisə oldu.

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü Azərbaycan Prezidenti cənab İlham Əliyev açaraq, iclasın mühüm hissəsinə çevrilən nitqlə çıxış edib. Dövlət Başçısı çıxışında Azərbaycanın və bütün Türk dünyasının strateji prioritetlərini önə çəkən bir neçə əsas mövzuya toxunub, o cümlədən Azərbaycanın xarici siyasətinin prioritetlərini, o cümlədən türk dünyasının siyasi, iqtisadi və hərbi qüdrətinin artırılmasını xüsusi qeyd edib. TDT-nın qlobal miqyasda güc mərkəzlərindən birinə çevrilmə potensiyalı, üzv ölkələrin demoqrafik dinamikasının, hərbi potensialının və təbii ehtiyatlarının vacibliyilə bağlıdır.

Türk dövlətlərinin rəhbərləri Türk xalqlarının tarixi, etnik və mədəni birliyinin, onların regionda və dünyada sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərinin vacibliyini vurğuladılar. Şuşanın sammitin keçirildiyi yer kimi simvolik əhəmiyyəti Türk xalqlarının mənəvi birləşməsi kontekstində xüsusi qeyd olunur ki, bu da birlik və böyük Türk ailəsinə mənsubluq hissinin daha da möhkəmlənməsinə xidmət edir.

Görüşdə qəbul edilən qərarlar, o cümlədən “Qarabağ Bəyannaməsi”nin imzalanması Türk dünyasının həmrəyliyini daha da gücləndirilməsinə xidmət edəcək. 31 bənddən ibarət olan bu sənəd Türk dövlətlərinin əməkdaşlığının və strateji tərəfdaşlığının əsas istiqamətlərini əks etdirirərək, siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığın əsas istiqamətlərini vurğulayır.

İqtisadi əməkdaşlığa və nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət yetirilir. Bəyannamədə Türk dövlətləri arasında və qlobal səviyyədə ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verən səmərəli transregional dəhlizlərin yaradılmasının zəruriliyi vurğulanır. Şərq-Qərb nəqliyyat dəhlizinin daha da inkişafı və Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması ilə bağlı təkliflər mühüm təşəbbüslər olub.

Cənab İlham Əliyevin çıxış nitqində əməkdaşlığının gücləndirilməsinə yönəlmiş mühüm təşəbbüs və təkliflərlə zəngin idi. Azərbaycanın regionda mühüm aktor olmaqla, daha davamlı və firavan gələcək yaratmaq mövqeyi, dövlətimizin nüfuzunu daha artıraraq, regionda ciddi söz sahbinə dəstək verir.Təklif olunan infrastruktur və nəqliyyat dəhlizi layihələrinin həyata keçirilməsi iqtisadi əlaqələri gücləndirir və xarici oyunçulardan asılılığı azaldır. Bu, regionun iqtisadi dayanıqlığını artıra və qarşılıqlı faydalı əməkdaşlığa şərait yarada bilər. Türk dövlətləri arasında siyasi koordinasiyanın artması beynəlxalq məsələlərdə vahid cəbhənin formalaşmasına, onların qlobal səhnəyə təsir imkanlarının artmasına səbəb ola bilər.

Cənab İlham Əliyev təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini təklif edib ki, bu da terror və separatçı təhdidlərə qarşı daha effektiv mübarizəyə töhfə verir. Bu sahədə birgə səylər regionda sabitliyi artıra və münaqişələrin genişlənməsinin qarşısını ala bilər.

Böyük infrastruktur layihələrinin həyata keçirilməsi investisiyaları cəlb edə və regionda iqtisadi artıma töhfə verə bilər. Bu, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına səbəb olacaq. Ticarət və investisiya baxımından, Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ticarətin artmasına və investisiyaların cəlb edilməsinə kömək edə bilər, biznesin inkişafı üçün daha əlverişli şərait yarada bilər.

Cıxışda mədəni əməkdaşlığa vurğu milli kimliyi gücləndirən və mədəniyyətlərarası dialoqu təşviq edən türk mədəni irsinin qorunub saxlanmasına və təbliğinə kömək edir. Birgə təhsil proqramlarının yaradılması regionda təhsil və elmi tədqiqatların səviyyəsini yüksəldə bilən bilik və təcrübə mübadiləsini təşviq edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı Azərbaycanın Türk inteqrasiyasını gücləndirmək və daha vahid və davamlı region yaratmaq üçün strateji baxışını əks etdirir. Bunun güc balansına, iqtisadi inkişafa və beynəlxalq münasibətlərə təsir edən mühüm geosiyasi nəticələri var. Türk əməkdaşlığının gücləndirilməsi qlobal təhlükəsizlik və davamlılıq üçün vacib olan daha sabit və çiçəklənən regionun yaradılmasına xidmət edir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər