Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Avropa Siyasi Birliyinin Britaniyada keçirilən sammitinin Cənubi Qafqaz gündəliyi barədə fikirlərini Moskva-Baku” portalına müsahibəsində açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.
-Dmitri Vladimiroviç, Britaniyada Avropa Siyasi Birliyinin növbəti sammiti keçirilən həm Azərbaycan, həm də Ermənistan liderləri iştirak etməsi və bunun nəticələri haqda fikirləriniz necədir?
-Bilirsiniz, məncə, bu günlərdə Rusiya və Çin liderlərinin iştirakı ilə keçirilən sammitlər fonunda NATO və Avropa Siyasi Birliyinin sammitləri kifayət qədər solğun görünür. Bununla belə, qeyd etmək lazımdır ki, Avropa Siyasi Birliyinin 2022-ci ildə Emmanuel Makron tərəfindən düşünülmüş sammiti bir neçə mühüm hadisə fonunda keçirilir. Bir tərəfdən, ikinci müddətə Avropa Komissiyasının rəhbəri vəzifəsinə təyin edilmiş Ursula fon der Leyen Avropa İttifaqının gələcək inkişafı ilə bağlı baxışını müəyyən edən əsas bəyanatlar verdi: o, Avropa İttifaqının gələcək inkişafı üçün militarist ton təyin etdi və birliyin müdafiə komponentini sürətlə inkişaf etdirməyin lazım olduğunu söylədi. Digər tərəfdən, Macarıstanın baş naziri Avropa Şurasının hazırkı prezidenti kimi bu gün Ukrayna münaqişəsinin həlli üçün qondarma “sülh missiyasına” başlayır. O, Ukrayna ətrafında mövcud vəziyyətə tezliklə son qoymağın tərəfdarı olanların Aİ-də səsi kimi çıxış edir. Onun mövqeyi Aİ üçün son dərəcə narahatedicidir. Amma onun addımları Avropa Birliyində sağlam düşüncənin üstünlüyünü ifadə edir. Beləliklə, biz Avropa siyasi ictimaiyyətində parçalanma görürük.
Burada sual yaranır: Azərbaycan lideri niyə Avropa Siyasi Birliyinin sammitində iştirak edir? Cavab kifayət qədər şəffaf və ənənəvidir. İlham Əliyev bundan əvvəl də analoji sammitdə iştirak edib. Və onun vəzifəsi, məsələn, Ermənistan liderindən fərqli olaraq, Qərbin gündəmindəki bəzi anti-Rusiya meyllərinə göz yummamaqdır. Onun iştirakının məqsədi həmişə olduğu kimi, müxtəlif beynəlxalq platformalarda milli maraqların həyata keçirilməsidir. Ukrayna mövzusunun isə bununla heç bir əlaqəsi yoxdur. Azərbaycanı qarşıda BMT-nin iqlim konfransı- COP29 beynəlxalq miqyaslı tədbir gözləyir. Ona görə də bütün bu il ərzində Əliyev faktiki olaraq Azərbaycanın beynəlxalq statusunu yüksəltmək, bu halda gələcək dünya üçün iqlimlə bağlı qərarların mərkəzinə çevrilməsi üçün belə beynəlxalq platformalarda bu məsələ üzərində şəxsən çalışır. Müxtəlif qütblərdən olan əsas dünya oyunçuları Azərbaycanda keçiriləcək bu sammitdə iştiraklarını təsdiqləyirlər. Azərbaycanın COP29 çərçivəsində əsas konsepsiyası qlobal miqyasda qarşı-qarşıya gələn tərəflər arasında körpü olmaqdır və bu, müəyyən mənada, bu gün qlobal gündəmdə son dərəcə vacib olan və çatışmayan sülh tələbidir. Bu, sülh gündəminin məntiqi üçün yalnız başlanğıcdır.
Bundan əlavə, bugünkü Azərbaycan öz milli maraqlarını müdafiə edən və yeri gəlmişkən, özünə qarşı istənilən təzyiqlərə müqavimət göstərən, beynəlxalq gündəmin formalaşmasında faktiki iştirak edən suveren dövlət kimi kiçik regional ölkə deyil.
Azərbaycan prezidenti Avropa siyasi ictimaiyyətinin sammiti çərçivəsində “Enerji və kommunikasiya” mövzusunda keçirilən dəyirmi masada iştirak edib. Azərbaycan enerji bazarının ən mühüm aktorlarından biri statusuna nail olub. Təbii ki, Azərbaycan enerjisi bu gün Avropa üçün böyük maraq doğurur. Azərbaycan üçün bu, həm də faydalı əməkdaşlıqdır. Azərbaycan və Britaniya arasında enerji sektorunda məlum və sıx əməkdaşlıq mövcuddur. Belə ki, bu təmaslar sırf Azərbaycanın milli maraqlarına uyğun olsun. Qərb, gördüyümüz kimi, iki mövqe oynayır- Azərbaycanın enerji potensialına hörmətlə yanaşır, həm də ona şərtlər diktə etməyə çalışır. Bu necə olacaq?
Britaniyada keçirilən sammit İlham Əliyevin mükəmməl diplomatik keyfiyyətlərini bir daha nümayiş etdirdi. Onun müxtəlif dövlət və strukturların rəhbərləri ilə ünsiyyətinin kadrlarını gördük. Macarıstanın Baş naziri Viktor Orbanla mehriban qucaqlaşmalar. Azərbaycan Prezidenti hörmətli liderdir.
- Sammitdə Azərbaycan və Ermənistan liderləri arasında sülh sazişi ilə bağlı danışıqların aparılacağı gözlənilirdi. Rəsmi Bakı Britaniyanın belə bir təkliflə çıxış etdiyini bildirib, lakin Azərbaycan prezidentinin köməkçisinin sözlərinə görə, Ermənistan tərəfi bu təklifi rədd edib. Eyni zamanda Ermənistan hökumətinin mətbuat xidməti onların bunu təkzib edib və görüşə hazır olduqlarını bildirib...
- Erməni tərəfinin təklifi rədd etməsi özünü necə baha satmaq oyunudur. Azərbaycan prezidentinin ötən ilin sonunda Avropa İttifaqının siyasi sammitində Avropa Şurasının rəhbəri və Fransa prezidenti Paşinyanın iştirakı ilə Qrenadada- İspaniyada keçirilən görüşdə iştirakdan imtina etdiyi zaman onun sərt mövqeyini yaxşı xatırlayırıq. Onda Əliyev sadəcə olaraq zirvəyə getmədi.
Ermənistanın bu görüşdə nəyi sübut etmək istədiyini söyləmək çətindir, xüsusən də Azərbaycan və Ermənistan liderləri arasında görüşü açmalı olan Britaniyanın yeni baş nazirini “kurasiya etməkdən” imtina etdikdə. Görünür, bu, Qərbdə başqa bir oyundur. Dəfələrlə qeyd etdiyim kimi, Paşinyan Cənubi Qafqazda Qərb oyununda sadəcə bir piyadadır. Ona deyilənləri edir. Digəri mümkün deyil. Hələlik Britaniya səfəri ilə bağlı kadrlardan yalnız Paşinyanın həyat yoldaşı ilə Londonu gəzdiyini görürük. Amma Azərbaycan manipulyasiya ediləcək rəqib deyil.
Tərcümə - Elçin Bayramlı