Fuad Qəhrəmanlı dedi-qodularını ictimai siyasi vəziyyətin müzakirəsi kimi qələmə verir
İnsan özünə peşə seçəndə ilk vaxtlar bir qədər çətinlik çəkir büdrəmələrə, səhvlərə yol verir. Lakin vaxt keçdikcə peşə sahibi tədricən qazandığı təcrübə əsasında işində dönüş edir, müsbət nailiyyətlər qazanır, uğurlar əldə edir. Təəssüflər olsun ki, elə peşə, sənət sahibləri var ki, uzun illər eyni məkanda çalışsalar da yenə də kobud yanlışlıqlara yol verir, o sənəti, peşəni gözdən salan əməllər törədirlər. Belə insanlara nə ad verildiyini deməyə çətinlik çəksəm də, bildiyim ondan ibarətdir ki, çalışdığı peşənin, sənətin incəliklərini, dərin sirlərini mənimsəməyi bacarmayanlar bədbəxt adamlardır. Belələrinin siyasət də olması daha faciəvidir. Çünki digər peşə sahiblərindən fərqli olaraq siyasətçi nəinki təmsil olunduğu düşərgənin, ümumiyyətlə, cəmiyyətin diqqət mərkəzində olur. Həmin siyasətçinin səhvləri, yanlışlıqları bəzən cəmiyyətin adına yazılır. Misal olaraq, daima dövlətçilik maraqlarına, milli mənafeyə qarşı qərəzli siyasət yürüdən AXCP sədri Əli Kərimlinin, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin Azərbaycan cəmiyyətinin üzqarası olaraq təqdim olunmasını göstərmək olar. Bu məxluqlar uzun illər siyasətdə olmalarına baxmayaraq cüzi belə irəliyə doğru addım atmayıblar, hansısa uğur qazana bilməyiblər. Yəni, 30 ildən çoxdur ki, eyni zurnada eyni havanı ifa edirlər. Fikir verilsə açıq şəkildə görmək olar ki, dağıdıcı müxalifət düşərgəsində təmsil olunan şəxslərin hamısı eyni boyda, biçimdə və düşüncədədir. Danışıqları, özlərini aparmaq qaydaları da eynidir. Sanki inqubator aparatından çıxan cücələrdir. Kənddə yaşayanlar bilirlər, qonşunun xoruzu banlayanda dərhal digər həyətlərin toyuğu-xoruzu da səsə səs verib banlayırlar.
Fuad Qəhrəmanlı dedi-qodu xəstəliyinə mübtəla olub
Oxşar proseslər Əli Kərimlinin və Cəmil Həsənlini meydan suladıqları dağıdıcı düşərgədə də yaşanır. Azərbaycana qarşı düşmən mövqe sərgiləyən hansısa xarici ölkədə kimlərsə bayquş kimi səs çıxartsalar, C.Həsənli və Ə.Kərimli vatçapda yaratdıqları qrupda həmin səsi tezis formasında paylaşırlar. Həngamə də ondan sonra başlayır. Qrupun trolları ağız-ağıza verib ölkəmizin imicini ləkələməyə, milli varlığımızı təhdid etməyə hesablanan şər və böhtanlarını geniş şəkildə paylaşırlar. Diqqətçəkən məqam ondan ibarətdir ki, keçirdikləri toplantılarda, İnternet TV-lərə verdikləri açıqlamalarında səsləndirdikləri dedi-qodu xarakterli fikirlərinə ictimai siyasi vəziyyətin müzakirəsi donunu geyindirməyə çalışırlar. AXCP sədrinin müavini, baş trol olmaq iddiasına düşən Fuad Qəhrəmanlı sosial şəbəkə hesabında yazır: “AXCP Xətai şöbəsinin növbəti rayon məclisi keçirildi... Sonda ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparılıb, dünyada və ölkəmizdə baş verən hadisələr barədə məclis üzvlərinə geniş məlumat verildi”. Bu yerdə el məsəli yada düşür: “Gicin dəlidən fərqi onların hərəkətlərində və danışığında hiss olunar”. İnandırıcı deyil ki, dəli yığnağı kimi bir şey olan AXCP Xətai şöbəsinin rayon məclisinin toplantısında ağıllı fikirlər söylənilsin. Heç şübhəsiz ki, toplantıda hakimiyyətə böhtanlar atılıb, xalqını sevən insanlar haqqında şər və böhtanlar səsləndirilib. Bütün bunların fonunda F.Qəhrəmanlının “AXCP Xətai şöbəsinin rayon məclisinin toplantısında dünyada və ölkəmizdə baş verən hadisələr barədə müzakirələr apardıq” deməsi abırsızın açıq şəkildə həyasızlıq etməsi deməkdir.
Gültəkin Hacıbəyli heç zaman ümidlənməsin
Dağıdıcı ünsürlər səslərinin gur çıxması xəyalı ilə Gültəkin Hacıbəyli, Nazim Məmmədov, Ramiz Tağıyev və digər sözəbaxan məxluqları özlərinə yoldaş edirlər. Halbuki, sözügedən bu şəxslər zamanında Əli Kərimlini, Cəmil Həsənlini, İsa Qəmbəri, Arif Hacılını ən sərt formada tənqid və təhqir edən şəxslər idilər. Gültəkin Hacıbəyli deputat olduğu o əyyamlarda ləyaqətli şəxsləri şantaj etməklə yığdığı var-dövlətin miqyasını bir qədər də artırmaq üçün Əli Kərimlini, Cəmil Həsənlini, İsa Qəmbəri və Arif Hacılını “satqınlar”, “xəyanətkarlar”, “erməni nökərləri” adlandırırdı. Elə ki, deputat seçilmədi və zibil qutusuna atıldı, dönüb oldu “milli demokrat”. Başladı dünən söyüb təhqir etdiyi dağıdıcı müxalif başbilənlərini bu gün tərifləməyə. Hətta özünə məxsuz vasitələrdən istifadə etmək Ə.Kərimlinin və C.Həsənlinin təşkil etdikləri mitinqlərdə peyda olub, müxtəlif pozalarda şəkillər çəkdirib, sosial şəbəkələrdə paylaşdı. Düşündü ki, bu metodunu işə salmaqla artıq müxalifətçidir. Həm də elə zənn etdi ki, bundan sonra Əli Kərimli, Cəmil Həsənli ona etimad göstərib, təşkil etdikləri tədbirlər də yuxarı başda oturdacaqlar. Lakin anlamır ki, Ə.Kərimli və C.Həsənli xalqdan qisas almaq üçün şeytanın özü ilə belə iş birliyinə getməkdən imtina etməzlər. G.Hacıbəyli onu da anlamalıdır ki, Ə.Kərimli və C.Həsənli ondan bir alət olaraq istifadə edirlər, heç bir halda ona inamları yoxdur, keçmiş hörmətsizliklərini də unutmayıblar. Xatırlatmaq lazımdır ki, Səhiyyə naziri olarkən Əli İnsanov Müsavat başqanı İsa Qəmbərə diqnoz qoyduğunu bildirmiş və qeyd etmişdir ki, İ.Qəmbər “rəsmən şizofrenik xəstədir”. Ancaq ifşa olunub, məhşər ayağına çəkilən də Ə.İnsanovun yanaşması dəyişdi və İ.Qəmbər dönüb oldu sağlam, ağıllı müxalifət lideri. Hətta bir neçə illik “istirahət”dən qayıtdıqdan sonra Ə.İnsanov Əli Kərimlinin, Cəmil Həsənlinin, İsa Qəmbərin və Arif Hacılının təşkil etdikləri toplantılara qatılıb, babası Leninsayağı alovlu çıxışlarda etdi. Ancaq bu gediş də çox çəkmədi. Ə.İnsanov kursunu dəyişib, oldu adı elmə məlum olmayan nəsə. Əminliklə demək olar ki, uzaqdan fit çalıb, G.Hacıbəyliyə əl edilsə qaça -qaça, yolda yorulsa sürünə-sürünə işarə verilən yerə gedər. Ancaq anlamalıdır ki, bizim cəmiyyət ikiüzlüləri, satqınları sevmir, xəyanət yolu tutanlara nifrət edir. Ona görə də, G.Hacıbəyli heç zaman ümidlənməsin. O elə Əli Kərimlinin, Cəmil Həsənlinin trolu olaraq dağıdıcı düşərgədə qalacaq və beləcə yaşayıb, tarixin zibilliyinə atılacaq.
İLHAM ƏLİYEV