Həbib Cəfərova yaxşı adam kimi cənub qapımız Astara rayonunda kiçik də, böyük də dərin hörmət göstərir. Vətənini, dövlətini ürəkdən sevən, böyük amallar uğrunda çalışan, ülfətli, mənəviyyatlı bir şəxsiyyət olan Həbib müəllim YAP Astara rayon təşkilatının sədridir. Ulu öndərin ideyalarına sədaqət onun canına, qanına hopub.
Həbib müəllimin xeyirxah əməlləri, gözəl işləri həmişə astaralıların köməyinə çatır. Çətin günün kişisi olaraq onun qapısını ürəklə döyürlər. Məclislərin başında onu yer vermək isə Astarada çoxdankı adətdir. O, gördükləri ilə insanları həyata, yaşamağa, qurub-yaratmağı ruhlandıra bilir.
Bütün bunlarla bərabər, həm də Həbib müəllim şəhid ailələrini unutmur. Vaxtaşırı onlara baş çəkir, problemlərini öyrənir, imkan daxilində maddi və mənəvi yardımlarını heç vaxt əsirgəmir. Bu günlər Həbib müəllim “Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihələrinin rəhbəri Mircalal Qurbanovla birlikdəMilli qəhrəman, şəhid Pəncəli Teymurovun, 44 günlük Vətən müharibəsi şəhidi kapitan Şahnur Hüseynovun valideynlərini ziyarət ediblər.
Ziyarət zamanı Vətən, millət yolunda canından keçən hər iki şəhidinəziz xatirəsi dərin ehtiramla yad olunub, onların döyüş meydanında göstərdiyi misilsiz qəhrəmanlıqdan qurula söhbət açıblar. O da xüsusilə bildirilib ki, Şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi, onların qayğı və problemlərini öyrənib vaxtında yoluna qoyulması hər zaman dövlətin diqqət mərkəzindədir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü