Siyasət

  • 1 282

İran-İsrail münaqişəsi nə vaxta kimi davam edəcək? - MÜNASİBƏT BİLDİRİLDİ

image

" Ümumiyyətlə son dövrlərdə baş verən hadisələr, İsrail-Həmas-Fələstin qarşıdurması onsuzda hər ötən gün yeni müstəvyə qədəm qoyur və bir çox İslam ölkələri, bəzi ərəb ölkələri, ümumiyyətlə bölgədə yaxın Şərqdə yerləşən bəzi ölkələr istər-istəməz bu münaqişəyə cəlb edilir və müharibənin, hərbi əməliyyatların arealı daha da genişlənir",-ekspert soyləyib.

"Bu baxımdan biz Amerika Birləşmiş Ştatları ilə İsrailin ən yaxın müttəfiqi olan Amerika Birləşmiş Statları ilə İranın uzun illərdir ki davam edən soyuq müharibəsi qarşılıqlı ziddiyətlər, düşmənçilik və eyni zamanda İranın İsraillə düşmənçilik həddinə gəlib çatması bu proseslərin daha da qəlizləşməsinin şahidi oluruq və son dövrlərdə İran-İsrail arasında baş verən gərginlik daha da qaynar müstəviyə qədəm qoyur.

Mən hesab edirəm ki, bu problemlər heç də diplomatik yolla, sülh yolu ilə nəticələnməyəcək,gələcəkdə İranla İsrail arasında çox ciddi toqquşmaların baş verməsi labüd ola bilər. Çünki Həmas liderinin öldürülməsi, xüsusilə də İranın ərazisində öldürülməsi çox ciddi məsələdir və İsraillə İran arasında son damlanı daşıran bardaq kimi biz bunu qiymətləndirə bilərik", deyə millət vəkili əlavə edib.

Məlumdur ki, bir neçə ay bundan əvvəl İranın dronları vasitəsilə İsrailə kütləvi şəkildə hücümlar təşkil etmişdi və bu hücum heçdə uğurlu olmamışdı. İsrail tərəfindən çox ciddi şəkildə dəf edilmişdi.

Amma mən hesab edirəm ki, Iranın yeni rəhbərliyi, İranda bilirsiniz ki son zamanlarda son dövrlərdə çox ciddi dəyişikliklər baş vermişdi, həm ölkə rəhbəri dəyişib eyni zamanda da müəyyən dövlət qurumlarının rəhbərliyi səviyyəsində dəyişikliklər baş verir və baş verəcək də. İran qarşıdakı dövrlərdə İsraillə çox ciddi qarşıdurma həddində olacaqdır. Bu da təbbidir ki bölgəmiz üçün çox ciddi təhlükələr vəd edir, çünki istər-istəməz Azərbaycan da İranın bir qonşusu kimi, ümumiyyətlə bölgədə güc və söz sahibi kimi özünün təhlükəsizliyini qorumaq baxımından, yəni qonşulardan gələn və ya hər hansı qonşu vasitəsilə, ümumiyyətlə bölgəmizdə, sərhədlərimizdə bu cür təhlükəli proseslərin baş verməsi ölkəmizin də daha ayıq-sayıq, daha təhlükəsiz şəraitdə təhlükəsizliyin qorunub-saxlanılması istiqamətində ciddi addımlar atmasına zərurət edir.

Yəni bu istiqamətdə gələcəyimiz üçün sülhün və təhlükəsizliyin tam bərqərar olması üçün Azərbaycan da öz töhfələrini verir və mən hesab edirəm ki İsraillə İran arasında da bu qarşıdurmaların həll yolu ilə həll olunması istiqamətində hem qardaş Türkiyə həm Azərbaycan öz səylərini əsirgəməyəcək.

Amma bəzən ele olur ki, ölkələrin bəzən bu cür hiddətlə və düşmənçilik mövqeyində dayanmasının qarşısını heç bir dost da, yəni yaxın münasibətdə olanlar da həll edə bilmirlər, vasitəçilik edə bilmirlər. Çünki Ukrayna məsələsində biz bunun şahidi olduq ki həm Türkiyə, həm də Azərbaycan Rusiya-Ukrayna məsələsində vasitəçilik etməyə çalışdı, amma təəssüf ki heç bir nəticə əldə edə bilmədilər. Azərbaycan bölgədə güc sahibi kimi təhlükəsizliyə öz töhfələrini verməyə çalışacaq.

Amma İsraillə İran arasında yarana biləcək heç bir müharibə təhlükəsizliyini biz gözardına almamalıyıq.

Digər xəbərlər