PDF Oxu

Siyasət

  • 1 196

"Ermənistan ağalarının tapşırıqlarını yerinə yetirir" - ŞƏRH EDİLDİ

image

"Ermənistan öz mövqeyi, öz siyasəti olmayan ölkədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.O bildirib ki, Ermənistan ağalarının tapşırıqlarını yerinə yetirir: "Bu qərarı da gah Fransa, gah Amerika deyir. Ona görə çaşqınlıq içindədir, bilmir nə etsin. Daxildə də müxalifət buna qarşı çıxışlar edir, Paşinyanın düzgün siyasət aparmadığını bildirir. Bəzi erməni politoloqları Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün Azərbaycanın tələblərinin yerinə yetirilməsinin vacib olduğunu bildirir. Ancaq Ermənistan hələlik bu məsələni uzadır.Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci il noyabrın 10-da bağlanmış üçtərəfli bəyannamənin maddələrini yerinə yetirməkdən imtina edirdi. 9-cu maddə xüsusilə Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı orada yazılanları təkzib edir. Bildirir ki, həmin dəhlizə Rusiyanın federal təhlükəsizlik xidmətinin sərhəd qoşunlarının nəzarəti məsələsi yazılıb, ancaq Paşinyan inkar edir ki, belə bir şey yoxdur. Bununla bağlı da Paşinyan özlərinin təhlükəsizlik orqanlarının tərkibində idarə yaratdı ki, həmin yola onlar nəzarət edəcəklər. Sonra isə Rusiyanın iştirakını təkzib etdi, onların gəlməsindən imtina etdi. Moskva görüşündən sonra İrəvanda çıxışı zamanı "Sülhün qovşağında" adlı proyektdən danışan zaman bildirdi ki, həmin dəhlizə Rusiyanın federal təhlükəsizlik xidmətinin sərhədçilərinə monitorinq aparmağı verə bilərlər. Çünki erməni siyasi rəhbərliyi tez-tez fikirlərini dəyişən siyasətçilərdir. Ona görə də onlar çaşqınlıq içindədir. Təbii ki, bu gün Ermənistanda elə bir güc yoxdur ki, Azərbaycanla müharibə istəməsə də, guya, sülh istəyir. Amma sülh müqaviləsində Azərbaycanın dedikləri məsələləri yerinə yetirmir. Bununla bərabər həm də silahlanırlar. Yəni bilir ki, yaxın 15 ilə nə qədər silahlansa da, Azərbaycana yaxın düşə bilməz. Çünki bilirlər ki, Azərbaycanın çox güclü potensialı var. Ermənistandan üç dəfə böyük ölkədir. Həm ərazisinin böyüklüyünə, həm də əhalinin sayına görə Ermənistandan çox yüksəkdir. Amerika, Fransa, İran onlara dəstək olur, ancaq quyuya su tökməklə quyu dolmaz. Ermənistana nə qədər kömək olsa da, Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan Rusiyanı yayındırmaq üçün onlara xaricdən elektron avadanlıqların alınmasında yardımçı olur"."Balaca ölkənin 2024-cü ildə ticarət dövriyyəsi 16 milyarda çatacaq. Bu, çox böyük rəqəmdir. Azərbaycanla Rusiyanın ticarət əlaqəsi 4,5 milyard dollardır. Görünən odur ki, Ermənistan bu sahədə də pul qazanır. Ona görə də bilmir ki, Qərbə getsin, yoxsa Rusiyadan aralansın. Mən hesab edirəm ki, sabahı da Ermənistan özü üçün konkret yolları olmadığına görə Rusiya barmağını silkələyəndə də fikrini dəyişir. Onun üçün də, nə müharibə istəyir, nə də sülh. Hələlik, çaşqınlıq davam edir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər