PDF Oxu

Siyasət

  • 1 336

Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlər dövlətin şəhərsalma sahəsində strateji baxışını nümayiş etdirir - Prezident

image

Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində deyilir.Dövlət başçısı qeyd edib ki, ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir: "Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir".Prezident xatırladıb ki, ötən otuz il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində şəhər və kəndlər tamamilə viran edilib, tarixi-mədəni irsimiz dağıdılıb, torpaqlar geniş miqyasda mina çirklənməsinə məruz qalıb, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb."2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu", - İlham Əliyev bildirib.

Digər xəbərlər