Siyasət

  • 602

Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənir ŞƏRH

image

Bu gün Azərbaycan qlobal dünyanın iqtisadiyyatının yüksəldilməsində mühüm rol oynayır. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşir və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şaxələndirilmiş böyük nəqliyyat-logistika infrastrukturu yaradılmışdır.Şərqdən Qərbə, Şimaldan Cənuba Azərbaycan üzərindən yükdaşımaların həcmi hər il artmaqdadır. Bunun sayəsində BRİCS-ə üzv olan dövlətlərin iqtisadiyyatına böyük töhfələr verilir. Azərbaycanın BRİCS-ə üzv olması ölkəmizlə yanaşı bu təşkilatın ümumi iqtisadiyyatının artmasına müsbət təsir göstərəcək.BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı, faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Daha ədalətli beynəlxalq nizamın inkişafına və qlobal idarəetmənin təkmilləşdirilməsinə xidmət edir.Hal-hazırda təşkilatın 9 üzvü vardır. XVI BRICS Sammiti bu il oktyabr ayının 24-də Kazan şəhərində keçirilmişdir. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterres qatılıblar.BRİCS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə sadiqlik nümayiş etdirir. Azərbaycan da hər zaman bu prinsipləri qoruyur.

XVI BRİCS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Görüş zamanı sülh gündəliyinin irəli aparılması, sülh sazişı, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olundu. İki ölkə xarici işlər nazirlərinə, Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə məlumat verilib.BRICS hazırda on ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini ozündə birləşdirir. 30-a yaxın ölkə, o cümlədən Azərbaycan və qardaş Türkiyə də bu təşkilata üzv olmaq və ya “tərəfdaş dövlət” statusu almaq istəyini bəyan edib.Oktyabrın 23-24-də Kazanda keçirilən BRICS Sammitidə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak ediblər. Sammitin əsas mövzusu “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi”dir. BRICS Sammitinin əsas prinsipinin problemlərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsidir. Sammitin əsas məqamlarından biri də BRICS-in genişlənməsi, yeni üzvlərin qəbul edilməsidir. Bu, BRICS-in daha böyük beynəlxalq təşkilata çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib. Çox məhsuldar keçən səfər zamanı ölkə başçısı Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit, BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşləri olub.Prezident İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak edərək çıxış edib. Prezident İlham Əliyevin sammitdə dediyi kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır: Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik edib və bu dövrdə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər