Siyasət

  • 347

Əli Kərimlinin xəstə ambisiyaları Nurəddin Məmmədlinin istefası ilə nəticələndi ANALİZ

image

Əli Kərimli sosial şəbəkələrdə baboşlardan biri ola bilər, lakin bundan sonra siyasətçi ola bilməz

Dağıdıcı müxalifətin və xaricdəki antimilli ünsürlərin ağılsız, ikibaşlı və milli maraqlara ziddi fəaliyyətləri onların içəridən çürümələrinə və tədricən sıradan çıxmalarına gətirib çıxarır. Artıq istəsələr belə ictimai-siyasi proseslərdə demaqoqluq edə, xarici qaranlıq dairələrə “donos”lar göndərə, yalan, populist vədlərlə ən azı mətbuatın diqqət mərkəzinə çevrilə bilməzlər. Çünki bütün hallarda onlar millətin gözündən düşən məxluqlara çevriliblər. Bütün bu kimi baş verənlərə əsaslanaraq demək olar ki, yaxın vaxtlarda AXCP, Milli Şura, Müsavat kimi qurumların parçalanaraq tarixin arxivinə atılması prosesi baş verəcək. Son günlər AXCP-nin rəhbər strukturlardan ardıcıl olaraq istefaların baş verməsi və bunun fonunda sıravi üzvlərin Əli Kərimlinin sədrlikdən istefasını tələb etmələri qeyd olunanlara misal ola bilər. AXCP MNTK-nın sədri Aydın Əliyevin Əli Kərimli haqqında xüsusi ittiham qaydasında məhkəməyə şikayət etməsinin ardınca partiyanın Salyan, Xətai, Abşeron və Şəki rayon təşkilatlarından 10 cəbhəçinin, eləcə də Asif Yusiflinin AXCP Rəyasət Heyətinin üzvlüyündən və Nurəddin Məmmədlinin Ali Məclisin sədri və Rəyasət Heyətinin üzvlüyündən istefa verməsi AXCP-nin çox qısa müddətdə fəaliyyətini dayandıra və ya hansısa partiyaya birləşməsi ehtimallarını yaradır. Diqqətçəkən məqam ondan ibarətdir ki, Ə.Kərimli acınacaqlı məsələləri cəbhəçilərin iştirakı ilə müzakirələrlə həll etməkdənsə, hikkə və iddialarla narazıların üstünə getməkdədir. Hətta qərarlarına və idarəetməsinə qarşı çıxanların sərt şəkil də cəzalandırılacağını bəyan edir. Bu isə Ə.Kərimlinin AXCP-yə özünün şəxs firması kimi baxdığını göstərir. Rəhbərlik etdiyi AXCP-yə heç bir uğur qazandırmayan Ə.Kərimli partiya daxilində tənqidlərə dözümsüzlük göstərdiyi üçün çıxış yolunu tənqid edənləri partiyadan uzaqlaşdırmaqda görür. Ali Məclis sədrinin istefasından sonra Ə.Kərimlinin təkbaşına idarəetməni əlinə aldığı görünür. Bu cür “unikal” idarəetmə Ə. Kərimlinin avtoritar xasiyyətindən və partiyanın amorf mahiyyətindən xəbər verir.

“Yurd” şefinin xəstə ambisiyaları səbəbindən AXCP içəridən çürüyür

Əli Kərimlinin yaxın dostlarının partiyadan istefa vermələri ortada ciddi problemlərin olmasından xəbər verir. Xüsusilə də, Ali Məclisin sədri Nurəddin Məmmədlinin partiyadan getməsi çox ciddi əlamət hesab olunur. Çünki AXCP-də əski cəbhəçilərin sayları barmaqla sayılan qədərdir. Əksəriyyəti Ə.Kərimlinin yanlış siyasətinə etiraz əlaməti olaraq partiyanı tərk ediblər. Ona görə də, Ə.Kərimli bütün imkanlarını səfərbər etməklə bir neçə nəfərdən ibarət olan əski cəbhəçiləri partiyada qoruyub saxlamağa çalışır. Nurəddin Məmmədli AXCP- yə 2003-cüil də gəlsə də, özünü partiya quruculuğunda olan və Ə.Kərimlinin sadiq tərəfdarlarından biri kimi göstərə bilmişdi. Ə.Kərimli onun xidmətlərini yüksək dəyərləndirərək aylıq maaşını stabil saxlamaqla yanaşı, partiyanın Ali Məclisinin sədri olaraq qalmasına yardımçı olmuşdur. Baxmayaraq ki, partiyanın əksər üzvləri Ə.Kərimlinin N.Məmmədlini Ali Məclis sədri təyin etməsinə qarşı çıxmışlar. Hətta bir qədər əvvəl AXCP Rəyasət Heyətinin üzvləri Asif Yusifli və İlham Hüseyn partiya sıralarını tərk etmələri barədə sosial şəbəkədə status paylaşarkən istefa səbəblərini dolayısı ilə N.Məmmədlinin Ali Məclisin sədri təyin olunmasına etiraz etmələri ilə əlaqələndirmişdilər. Sonradan qınaq obyektindən yayınmaq üçün fikirlərini təkzib etdilər. Hətta AXCP-dəki trolların rəhbəri İ.Hüseyn ümumiyyətlə paylaşdığı istefa statusundan imtina etdi. A.Yusifli isə istefa qərarını dəyişmədiyini bəyan etdi və bildirdi ki, partiyadan istefasına səbəb Ə.Kərimlinin səhv seçki siyasətidir. O, sentyabrın 1-də keçirilən parlament seçkilərində AXCP-nin iştirak etməsini israr etsə də, Ə.Kərimlinin qatı diktatura mövqeyi səbəbindən istəyini dəstəkləyənlərin sayının az olduğunu bildirdi. Doğrudan da əgər bir partiya ki, seçkilərə qatılmırsa, bu, artıq AXCP-nin siyasi partiya statusunun legitimliyini itirdiyini göstərir. Haqlı olaraq da aktiv siyasi fəaliyyətin tərəfdarı olan cəbhəçilər AXCP-nin sıralarını tərk etməklə daha geniş meydan qazanmağa çalışırlar. Hansı ki, orada seçkilərə qatılmamaq, siyasi proseslərdə iştirak etməmək kimi qadağalar yoxdur.

Ə.Kərimli nəhayət mövcud reallıqları istəməsə də qəbul edərək, AXCP-nin buraxıldığını elan edəcək

AXCP-də sıravi üzvlərin, xüsusilə də partiyanın əsas rəhbərlərindən olan Nurəddin Məmmədlinin və Asif Yusiflinin istefaya getməsi təşkilat daxilində ideoloji böhranın yaşanmasından xəbər verir. Həm də onların istefası zəncirvari reaksiya olaraq silsilə istefalara səbəb olacaq. Bütün bunlara ona dəlalət edir ki, AXCP siyasi fəaliyyətini yekunlaşdırmağa yaxındır. Ə. Kərimli isə partiya sədri kimi artıq çoxdan bitib. Onun sədrliyi və siyasi fəaliyyəti yalnız nəzarətsiz zona hesab olunan sosial şəbəkələr üzərindən tragikomediya üslubunda edilən çıxışlar ilə məhdudlaşır. Yəqin ki, bundan sonra AXCP-nin mövcudluğu uzun çəkməyəcək. Yəni bir qədər sonra Ə.Kərimli daha bir açıqlama ilə çıxış edəcək: “AXCP adlı firmanı bağlayıram”. Çünki inandırıcı deyil ki, hələ də qurultay keçirə və partiyanın legitim strukturlarını formalaşdıra bilməyən Ə.Kərimli özünü AXCP sədri olaraq təqdim etməyə çalışsın. Belə hal yaşansa, bu, artıq dünyada analoqu olmayan həyasızlıq hesab oluna bilər. Ona görə də, Ə.Kərimli nəhayət mövcud reallıqları istəməsə də qəbul edərək, AXCP-nin buraxıldığını elan edəcək. Beləliklə də, əski peşəsinə- sosial şəbəkələrdə blogerlik fəaliyyətinə başlayacaq. Bəlkə də sosial şəbəkələrdə baboşlardan biri olsun, lakin bundan sonra heç zaman siyasətçi ola bilməz.

İLHAM ƏLİYEV

Digər xəbərlər