Rusiyalı ekspert, tanınmış iranşünas İrina Fyodorova “Moskva-Baku” portalına müsahibəsində İran prezidentinin Azərbaycana səfərini şərh edib. Ekspert 2 ölkə arasında əməkdaşlığın genişlənməsinin bütün region üçün müsbət xarakter daşıdığını deyib. Müsahibəni oxucularımıza təqdim edirik.
- İrina Yevgeniyevna, İran prezidentinin Azərbaycana səfərinin nəticələrini necə qiymətləndirirsiniz, bunun region üçün nə kimi əhəmiyyəti var?
- İran indi bütün qonşuları ilə, o cümlədən Tehranın mühüm iqtisadi əməkdaşlıq etdiyi Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışır. Bakıda Azərbaycan və İran liderləri “qardaş dövlətlər” arasında bütün çətinlikləri aradan qaldırmağın zəruriliyi ilə bağlı bəyanatlar səsləndiriblər. Xüsusən də, İslam Respublikası Prezidentinin indiyədək bu mövzuda müsbət mesajları daha çox qeydə alınıb.
Bakı və Tehran arasında münasibətlərdə son zamanlar təkrarlanan böhranlar fonunda ruhlandırıcı görünən dövlətlərarası münasibətlərin yenilənməsi üçün də vektor götürülüb. Tərəflər qarşılıqlı fəaliyyətin əsas istiqamətləri üzrə əməkdaşlığın intensivləşdirilməsi tendensiyasını qeyd ediblər - bunlar əsasən nəqliyyat dəhlizləridir, onların ən əsası "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizidir. Bu Rusiya üçün də çox mühüm layihədir və o, artıq Azərbaycan Prezidentinin Azərbaycan-İran biznes forumunda dediyi kimi, Araz dəhlizinin nisbətən yeni, fundamental layihəsi adını alıb. Bu, nəinki İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvan hissəsi ilə birləşdirəcək dəhlizdir, bu, həm də Azərbaycan-Ermənistan nəqliyyat dəhlizi layihəsinə Ermənistan ərazisindən Azərbaycanın Naxçıvan hissəsinə gedən dəhlizə alternativdir.
Bu, Azərbaycan və onun ticarət-iqtisadi inkişafı üçün prinsipial əhəmiyyət kəsb edən əlaqədir. Və Azərbaycan Prezidenti iranlı həmkarı ilə biznes forumda bəyan etdi ki, Araz dəhlizi Asiya ilə Avropanı, Aralıq dənizi və Fars körfəzini birləşdirən dünya üçün mühüm layihəyə çevrilə bilər. Sözsüz ki, belə bir layihə regionun əhəmiyyətinin artmasına, Şərqlə Qərb arasında qovşaq kimi Azərbaycan və İranın əhəmiyyətinin artmasına töhfə verəcək. Təbii ki, Azərbaycan və İran qonşu olduqları üçün onların öz aralarında qarşılıqlı anlaşma tapması vacibdir; həm bu, ölkələrin özləri üçün son dərəcə vacibdir – onların inkişafı və təhlükəsizliyi baxımından- həm də region üçün vacibdir.
Və təbii ki, İranın indi düşdüyü, kifayət qədər çətin şərtlərə malik olduğu şəraitdə həm iqtisadi, həm də siyasi fayda əldə etmək üçün Tehranın regionun bütün ölkələri ilə əlaqələr qurması çox vacibdir. İsrailin İranla bağlı siyasəti nəzərə alınmalıdır. Bu vəziyyətdə İsrailin İrana qarşı hərbi əməliyyat keçirməsi təhlükəsi var. Və bu vəziyyətdə Tehran qonşuları ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Azərbaycanın regionda da mövqeyi yaxşılaşır və Tehran bunu görür.
Hazırda ABŞ və İran arasında dialoq gedir, lakin dialoq çox çətin və ləng gedir. Nə İran, nə də ABŞ açıq hərbi münaqişədə maraqlı deyil.
-Pezeşkian etnik azərbaycanlı olduğu və qonşusuna daha sadiq olduğu üçün Azərbaycanla İran arasında münasibətlərin yaxşılaşmasında onun şəxsiyyətinin rolu varmı?
-Təbii ki, İranın siyasətini Ali Rəhbər müəyyən edir. Amma müəyyən dərəcədə ölkədə hakimiyyətə gəlməmişdən əvvəl seçki kampaniyası zamanı İranın bütün qonşuları ilə münasibətlərini yaxşılaşdırmasının zəruriliyindən danışan Pezeşkiyanın fikirləri əhəmiyyətlidir. Eyni zamanda, Pezeşkian bu barədə dəfələrlə danışıb, o, ali dini liderin mövqeyini qəbul edir.
-Sizcə, son onilliklər ərzində çətin olan İran üçün vəziyyət niyə indi daha da mürəkkəbləşir?
-Həqiqətən də bu situasiya yenidən mürəkkəbləşir və İranın iqtisadi vəziyyəti daha da çətinləşir.Rusiya ilk növbədə bu regionda vəziyyətin stabil inkişafında, bütün mübahisəli məsələlərin sülh yolu ilə, diplomatik yolla həllində maraqlıdır. Ona görə də bütün ölkələrin liderləri arasında təmaslar, bütün sahələrdə gərginliyin azaldılması çox vacibdir. Rusiya region ölkələri arasında istənilən dialoqu alqışlayır.
Tərcümə - Elçin Bayramlı